Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   ...   8   9   10   11   12   13   14   15   16
Bədi tərcümə disertasiya işi

goddam, damn, hell, bastard, sonuvabitch kimi təhqirlər, söyüşlər və tabu 
sözlər Azərbaycan dilində müvafiq evfemizmlərlə ifadə edilmiş və yaxud 
mətndən çıxarılmışdır: 
“All the kids kept trying to grab for the gold ring, and so was old 
Phoebe, and I was sort of afraid she'd fall off the goddam horse, but I didn't 
say anything or do anything”.
1
“Uşaqların hamısı qızılı halqanı tutmağa çalışırdı. Fibi də həmçinin. 
Hələ bir az qorxdum da. Qorxdum ki, Fibi o çərdəymiş atın belindən yıxıla, 
ancaq səsimi çıxarmadım.
2
1
Salinger J. The Catcher in the Rye. Little, Brown and Company, 2011. 
2
Selincer C. D. Roman, povest, hekayələr. "Dünya Ədəbiyyatı Kitabxanası" seriyası. Bakı: 
Yazıçı, 1990. 


19
“Even old Stradlater and Ackley, for instance. I think I even miss that 
goddam Maurice.”
“Məsələn, lap elə Stredleyter, Ekli üçün. Hətta, mən deyərdim, lap elə 
o zırrama Morris üçün də.
Nümunələrdən də göründüyü kimi mütərcim “goddam” sözünü kon-
tekstdən asılı olaraq “çərdəymiş”, “zırrama”, “andıra qalmış”sözləri ilə 
əvəz etmişdir. 
Bəzən isə tərcümədə belə sözlər tamamilə buraxılmışdır. Aşağıdakı 
nümunədə bunu bariz şəkildə görə bilərik: 
"What the hellya reading?" he said. – Oxuduğun nədir elə? – soruşdu.
"Goddam book." – Görmürsən, kitabdır!
“Çovdarlıqda uçurumdan qoruyan” romanının orijinalı ilə tərcüməsi ara-
sında müqayisəli təhlillər bir daha göstərdi ki, Tehran Vəliyev tərcümə edər-
kən doğmalaşdırma strategiyasını rəhbər tutaraq əsərdə Amerika mühiti, cə-
miyyəti və mədəniyyətinə xas olan bütün elementləri, əsərin əcnəbiliyini iti-
rərək, hədəf dildə səlis, oxunaqlı, təbii və tam idiomatik bir mətn yaratmışdır.
Apardığımız təhlillər göstərdi ki, “Çovdarlıqda uçurumdan qoruyan” 
əsərinin orijinala tam adekvat olmaması aşağıdakı səbəblərdən irəli gəlir:
1) kultural və ideoloji fərqlər; 2) Amerika cəmiyyətində əsərin yazıldığı 
dövrə xas realilərin tərcümədə adekvat verilməməsi; 3) əsərin hədəf oxucu-
ya həddindən artıq uyğunlaşdırılması, dilinin “təmizlənərək” bəsitləşdiril-
məsi; 4) əsərdə müəllif üslubunun qorunub saxlanılmaması. 
Əslində, yuxarıda göstərdiyimiz nümunələrin timsalında yol verilmiş 
bu və ya digər təhriflər və yaxud yayınmalar kommunikativ məqsədə xid-
mət edirdi. Hər bir mütərcim istər ayrı-ayrı leksik, qrammatik, istərsə də üs-
lubi uyğunluqlardan yayınmaqla həm hədəf dilin normalarına əməl etmiş 
olur, həm də tərcümə etdiyi əsəri hədəf auditoriyasına daha da yaxınlaş-
dırır. Çünki tərcümə təkcə dil faktorlarını deyil, həm də mədəni, normativ, 
praqmatik, sosial, siyasi və kommunikativ şərait (diskurs) və s. amilləri 
özündə ehtiva edən ekstralinqvistik faktorların da mühüm rol oynadığı və 
bəzən əsas amil kimi çıxış etdiyi bir prosesdir.
Dissertasiyanın Nəticə hissəsində tədqiqat işinin başlıca məqamları 
ümumiləşdirilərək təqdim edilmişdir:
1. Tərcümə prosesinin əsas iştirakçısı kimi mütərcimin ekstralinqvistik 
biliklərə malik olması çox mühüm əhəmiyyət kəsb edir. Əgər mütərcim mə-
xəz və hədəf dilin daşıyıcılarının müxtəlif ekstralinqvistik biliklərini nəzərə 
almasa, ən dəqiq tərcümə belə istənilən təsiri bağışlaya bilməz. Praqmatik 
amil tərcümədə tam adekvatlıq əldə etmək üçün mühüm şərtlərdən biridir. 


20
2. İstənilən bədii ədəbiyyat nümunəsinin tərcüməsi zamanı semantik 
yaxınlığın təmin edilməsi əsas şərtdir, çünki bədii əsərin estetik təsirinin 
ekvivalentliliyinə nail olunması linqvistik mənanın ötürülməsindən daha 
vacib amilə çevrilir. 
3. Bədii əsərin tərcüməsi zamanı mütərcimin tərcümə strategiyasını 
hədəf dilin linqvistik imkanlarından daha çox exstralinqvistik amillər (əsə-
rin müəllifinə olan şəxsi maraq və rəğbəti, müəllifin mənsub olduğu xalqı 
və mədəniyyəti təbliğ edib hədəf auditoriyaya tanıtmaq arzusu, ideoloji 
faktorlar və s.) müəyyənləşdirir. 
4. Kommunikativ tərcümənin tələblərinə əsasən hədəf mətn oxucu-
suna sədaqət prinsipi ilə edilən tərcümələrdə orijinaldan yayınma və məxəz 
mətn müəllifinin dil və mədəniyyətinə xas olan söz və ifadələrin tamamilə 
hədəf dil vahidləri ilə əvəzlənməsi tərcümələrin doğmalaşdırılması ilə 
nəticələnir. 
5. İngilis dilindən Azərbaycan dilinə edilən tərcümələrdə kommunika-
tiv adekvatlığın təmin edilməsi naminə başqa millətə və mədəniyyətə xas 
olan qəhrəmanların Azərbaycan dilinin yerli dialekt və şivələrində “danış-
dırılması”, arxaik söz və ifadələrdən geniş istifadə olunması dilin tərcümə 
vasitəsi ilə zənginləşdirilməsi prosesini ləngidir. 
6. Semantik tərcümə prinsiplərinə əsasən edilən tərcümələrdə isə mə-
xəz dildəki söz və ifadələrin hədəf dildə ekvivalanetlərinin tapılması üçün
mütərcimlər Azərbaycan dilinin ifadə imkanlarından yararlanaraq yeni söz 
və terminlərin yaradılması ilə dilin zənginləşdirilməsinə nail olmuşlar. 
7. Tərcümədə adekvatlıq təkcə orijinal ilə forma, məzmun və üslubi 
ifadəlilik baxımından eynilik prizmasından deyil, onların nisbi uyğunluğu 
və orijinalın məzmunun saxlanılması ilə yanaşı, həmin ifadəliliyin hədəf 
dilin daxili normalarına uyğun şəkildə müvafiq bədii ifadə vasitələrinin ek-
vivalentləri ilə verilməsinə əsasən dəyərləndirilməlidir. 
8. İngilis dilindən Azərbaycan dilinə edilmiş tərcümələrin qiymətlən-
dirilməsi zamanı mədəniyyətlərarası fərqlərdən irəli gələn uyğunsuzluqlar 
nəzərə alınmalıdır. 
9. Bədii ədəbiyyat nümunələrinin tərcüməsində müəllif üslubuna xas 
olan bədiilik və obrazlılıq kimi özəlliklərin saxlanılması ilə yanaşı, onları 
təmin edən bədii təsvir vasitələrinin (təkrirlər, elliptik cümlələr, dialoqlar-
dakı natamam cümlələr, eyhamlar, mətnaltı mənalar, simvolizm və s.) hə-
dəf dildə müvafiq ekvivalentlərlə əvəzlənməsi təmin edilməlidir. 
10. İngilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş bədii ədəbiyyat 
nümunələrinin müqayisəli təhlilləri nəticəsində aşkar edilən semantik 


21
adekvatlıqdan yayınma halları və təhriflərin linqvistik amillərdən daha çox 
ekstralinqvistik amillərdən (siyasi, ideoloji, mədəni və s.) irəli gəlməsi faktı 
bir daha həmin əsərlərin yenidən tərcüməsi zərurətini aktuallaşdırır. 
11. Tərcüməşünaslığın əhəmiyyətini və günümüzdəki aktullığını nəzə-
rə alaraq hazırki tədqiqatın həm praktik, həm də nəzəri baxımdan faydalı 
bir mənbəyə çevrilməsi istiqamətində bu sahədə tədqiqat işlərinin davam 
etdirilməsinə ehtiyac vardır. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin