Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Bədi tərcümə disertasiya işi

munikativ adekvatlıq”) isə dissertasiya mövzusunun digər bir aspektini 
təşkil edən kommunkativ adekvatlıq probleminə həsr edilmişdir. Burada 
kommunikativ tərcümənin mahiyyəti, praqmatika baxımından şərh edilməsi 
ilə yanaşı, tərcümədə ideologiya, xüsusilə də siyasi ideologiyanın mütərci-
1
Antill K. Moon in the Ground. Sydney: Norstrilia Press, 1979. 
2
Keyt A. Yerə enmiş ay. Bakı: Yazıçı, 1985. 


15
min tərcüməyə yanaşması, müvafiq strategiya seçiminə təsiri geniş təhlil 
edilir.
Andre Lefevr yazır ki, tərcümə təkcə mütərcimin beynində gedən bir 
proses deyil, o həm də rəqib ideologiyaların arasındakı mübarizədə mühüm 
rola malikdir.
1
Mütərcimlər elədikləri tərcümələrdən xoşladıqları və ya 
rəğbət bəslədikləri ideologiyanı dəstəkləmək və yaxud ona qarşı çıxmaq 
üçün istifadə edə bilərlər. Oxucular da eyni zamanda həmin tərcümələri 
qəbul, ya rədd, yaxud eyni mətnin fərqli tərcümə variantlarına müraciət edə 
bilərlər. Doğrudur, hər bir oxucu tərcümə edilmiş hər hansı bir mətnə fərqli 
aspektdən yanaşaraq onu dəyərləndirə bilər, amma onlar müəyyən bir 
sosio-kulturoloji mühitin daxilində yaşayır və eyni ideologiyanın təsiri 
altındadırlar. Ona görə də tərcümə olunan mətnlərin əksəriyyətinin çox vaxt 
hədəf dilin oxucularının yaşadıqları ədəbi və siyasi mühitin hakim ideologi-
yasına uyğunlaşdırılması hallarına daha çox təsadüf edilir. Müxtəlif tarixi-
coğrafi areallarda və ya situasiyalarda mövcud olan fərqli ideologiyalara 
görə tərcümələr oxucular tərəfindən ya qəbul edilərək sevilir, ya da ciddi 
müqavimət ilə qarşılanaraq rədd edilir.
Əslində, bir faktı da nəzərə almaq lazımdır ki, istənilən mütərcim 
müraciət etdiyi əsəri orijinaldan oxumaq imkanına malikdir, tərcümə o 
şəxslərə lazımdır ki, onlar orijinalı oxuya bilmirlər. Vaxtilə Sovet hakimiy-
yəti dövründə oxucular dünya ədəbiyyatı nümunələrini və ya ölkənin sər-
hədlərindən kənarda baş verən hər hansı hadisəni tərcümə vasitəsi ilə öy-
rənə və əldə edə bilirdilər. Lakin bu tərcümələrin əksəriyyyəti orijinalda ol-
duğu kimi deyil, müəyyən düzəlişlər, hətta məna təhriflərinə yol verilərək 
ideoloji senzuranın tələblərinə uyğun olaraq oxuculara çatdırılırdı. Tərcümə 
üçün seçilən əsərlər və müraciət olunan müəlliflər dəqiq “siyasi-ideoloji 
süzgəc”dən keçirilərək oxucuların ixtiyarına verilirdi. Hakim ideologiyaya 
xidmət edən tərcümələr oxucular tərəfindən ona görə qəbul edilirdi ki, onlar 
doğru zamanda və doğru yerdə oxucuya çatdırılırdı. Məhz ideologiyanın 
tərcüməyə təsirini dövrlər üzrə tədqiq etsək, oxucuların tərcümələrə mü-
nasibətinin hakim ideologiyalar və sosial dəyişikliklərin bir-birini əvəz 
etməsi ilə necə dəyişdiyini və cəmiyyətdə hansı izləri qoyduğunu görərik. 
Bu fəslin “Kommunikativ tərcümədə doğmalaşdırma strategiyası” 
adlı ilk yarımfəslində doğmalaşdırma strategiyasının kommunikativ tərcü-
mədə tətbiqi və onu şərtləndirən amillərə yer verilmişdir. Həm hədəf, həm 
1
Lefevere A. Translation: Its Geneology in the West” // Translation History and Culture, 
London: Pinter, 1990. 


16
də məxəz mətn müvafiq kommunikativ situasiya daxilində ünsiyyət vasitə-
ləri kimi çıxış edir, yəni məxəz mətn məxəz mədəniyyətdə, hədəf mətn isə 
hədəf mədəniyyətdə eyni funksiyanı yerinə yetirir. Mütərcim hədəf dilin 
mədəniyyətinin hakim olduğu situasiyaya uyğun kommunikativ baxımdan 
adekvat hədəf mətnə nail olmaq üçün tərcümə prosedurlarını seçərkən qeyd 
olunan amilləri mütləq nəzərə almalıdır. 
Doğmalaşdırma strategiyası tərcümədə lap antik dövrdən tətbiq olun-
muşdur. Bunun mahiyyəti ondan ibarətdir ki, məxəz mətn hədəf mətnin ya-
zıldığı dilin mədəni, əxlaqi, etik və s. anlamına uyğunlaşdırılır. Bu strategi-
yadan daha çox kommunikativ tərcümədə istifadə olunur. Kommunikativ 
tərcümə orijinalın dəqiq kontekstual mənasını elə bir şəkildə çevirməyə 
cəhd edir ki, orijinalın həm məzmunu, həm də dili oxucu tərəfindən asan-
lıqla qəbul edilsin və başa düşülsün. Bu tərcümə üsuluna oxucu yönümlü 
(reader-oriented, reader-centered) tərcümə də deyilir. Burada məqsəd tərcü-
mənin oxucu tərəfindən daha asan qəbulu və başa düşülməsidir. Bu baxım-
dan kommunikativ tərcümə daha çox informativ və vokativ mətnlər üçün 
daha çox məqbuldur. Doğmalaşdırma strategiyası Sovet tərcümə məktəbin-
də ən çox istifadə edilən metodlardan biri olmuşdur, burada əsas tərcümə 
startegiyaları iki sözlə xarakterizə edilirdi: “sərbəstlik” (вольность) and 
“hərfilik” (буквализм). Sovet tərcümə məktəbində adekvat tərcüməni tərəf-
darları onun orijinalın olduğu kimi (hərfi) çevrilməsini üstün tuturdular, bə-
ziləri isə ekvivalent (əsərin özünü yox, onun ruhunu) eks etdirməyin tərəf-
darı idilər. Bu da fərqli tərcümələrin meydana çixması ilə nəticələnirdi, belə 
ki, tərcümələrin bəzilərində əsərin ideya-məzmun xüsusiyyətləri saxlanıl-
dığı halda, digərlərində isə dili, üslubu, üslubi xüsusiyyətləri qorunurdu. 
Bəzi tərcümələrdə isə uyğunlaşdırma, milliləşdirmə, adaptasiya meylləri 
daha aydın hiss olunur. Bu da o dövrün ən böyük problemi olan senzura ilə 
bağlı idi. Sovet senzurası bu məsələdə də milli ideologiyanı, dövlətin siyasi 
maraqlarını önə çəkir, senzuranın süzgəcindən keçə bilməyən əsərlər məz-
munundan, keyfiyyətindən, bədii dəyərindən asılı olmayaraq, «dəmir pər-
də»ni yarıb keçə bilmirdi. Tərcümə olunan əsərlər də müəyyən təhriflərə 
məruz qalırdı. 
Uzun illər Sovet hakimiyyətinin altında olmuş Azərbaycanda da bu cür 
yanaşma o dövrdə dilimizə edilən tərcümələrdə özünü açıq-aşkar şəkildə 
biruzə verirdi. Burada bir məqamı xüsusilə vurğulamaq yerinə düşərdi ki
Azərbaycan oxucusu tərcümə edilmiş əsərləri ana dili ilə yanaşı rus dilində 
oxumaq imkanına malik idi, ona görə də mütərcimlər hətta orijinaldan 
tərcümə etsələr belə, “mükəmməl tərcümə” kimi sterotepiləşdirilmiş rus di-


17
lində olan tərcümələrdən fərqli tərcümə etməkdən çəkinirdilər. Əslində bu 
stereotipləşmiş tərcümələrin fəsadlarını müasir dövrümüzün oxucuları da 
hiss edirlər. Müstəqillik əldə etsək də, dünya ədəbiyyatına birbaşa çıxışımız 
olsa da, nəşriyyatlar vaxtilə tərcümə edilmiş əsərləri yenidən fərqli tərcü-
mələrlə nəşr etmək əvəzinə, köhnə tərcümələri təkrar nəşr etdirməyə üstün-
lük verirlər. 
Tərcümə prosesində linqvistik amillər ilə yanaşı, ekstralinqvistik amil-
lərin rolunu və təsir yükünü nəzərə alaraq “Çovdarlıqda uçurumdan qo-

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin