Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


ruyan” romanının tərcüməsində ideoloji və kultural amillərin təsiri”



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   ...   8   9   10   11   12   13   14   15   16
Bədi tərcümə disertasiya işi

ruyan” romanının tərcüməsində ideoloji və kultural amillərin təsiri” 
adlı ikinci yarımfəsildə də kultural tərcüməedilməzlik, reali və ekzotizmlə-
rin tərcüməsi Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı-
nın müqayisəli təhlili baxımından geniş izah edilmişdir.
Tərcümədə mütərcimin peşəkarlığının əsas göstəricilərindən biri də 
əsərdəki obrazların mənəvi-psixoloji aləmini hədəf dildə orijinal səviy-
yəsində oxucuya çatdırmaqdır. Müəllif özünəməxsusluğu çox vaxt özünü 
məhz onun yaratdığı qəhrəmanının həyat tərzi, dünyagörüşü, daxili aləmi, 
özünü ifadə şəkli, yaşadığı cəmiyyətə münasibətində biruzə verir. Tədqiqat 
obyektinə daxil edilən “Çovdarlıqda uçurumdan qoruyan” romanı bu baxım-
dan xüsusilə diqqətəlayiqdir. Əsər amerikalı yazıçı Cerom Selincer tərə-
findən 1951-ci ildə qələmə alınıb. Əsərdə Holden adlı gənc tərəfindən çox 
açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir 
cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır.
İlk dəfə yazılmasından təxminən 40 il sonra ana dilimizə Tehran Vəli-
yev tərəfindən tərcümə edilən bu əsər ədəbi tənqidçilər tərəfindən ən yaxşı 
tərcümə əsərlərindən biri kimi dəyərləndirilir. Dünya ədəbiyyatının əksər 
nümunələri kimi bu əsər də dilimizə tərcümə olunana qədər Azərbaycan 
oxucusu onun rus dilindəki tərcüməsi ilə artıq tanış idi. Əsəri ilk dəfə rus 
dilinə 1965-ci ildə məşhur mütərcim Rita Rayt-Kovalyova tərcümə etmiş-
dir. O, Sovet tərcümə məktəbinin ən görkəmli nümayəndəsi hesab edilirdi. 
Tehran Vəliyev 1990-cı ildə Selincerin təkcə məşhur romanını deyil, povest 
və hekayələrini də ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək Selin-
ceri azərbaycanlı oxucalara daha da yaxınlaşdırdı. 
Əsərin orijinalı ilə Azərbaycan dilinə tərcüməsinin müqayisəli təhlilini 
apararkən əsas diqqət Selincerin yazı üslubuna və onun istifadə etdiyi dilə 
yönəldilmiş və tərcümədə bu xüsusiyyətlərin nə dərəcə saxlanıldığını nü-
munələr ilə təqdim edilmişdir. Burada tərcümə zamanı anlaşılmazlıqlar nə-
ticəsində yol verilən səhvlər, ekvivalentlik problemi, tərcümədə itkilər, o 
cümlədən linqvistik və kultural tərcümedilməzlik, hədəf mətndə mütərci-


18
min görünməzliyi, tərcümədə dəqiqlik, aydınlıq və təbiilik aspektləri əsas 
götürülür. 
Selincer əsərdə hadisələri öz qəhrəmanının dilindən təsvir edir, odur 
ki, biz Holdeni düşdüyü bütün situasiyalarda görə bilirik və onun hadisə-
lərə, ətrafindakı insanlara münasibəti bir növ onun özünü biruzə verməsi ki-
mi başa düşülə bilər. Bu kimi obrazların tərcüməsi mütərcimdən xüsusi pe-
şəkarlıq tələb edir. O, hədəf dildə obrazı olduğu kimi, real şəkildə canlan-
dırmaq üçün onun zahiri portretini yaratmalı, ictimai mühit və insanlarla 
münasibətdəki dinamikasını təsvir etməli və obrazın danışıq üslubunu, tər-
zini saxlamalıdır. Lakin adı çəkilən əsərdə buna nail olmaq o qədər də asan 
deyil, burada əsərin qəhrəmanı 16 yaşlı amerikalı yeniyetmədir, o yaşadığı 
dövrə xas yeniyetmələrin danışdığı bayağı, söyüş xarakterli, vulqar söz və 
ifadələrdən geniş istifadə edir. Azərbaycanlı oxucu üçün belə bir mək-
təblinin dilində bu kimi sözlər heç də məqbul qarşılanmır. Bundan başqa, 
din, mədəniyyət və mənəviyyat fərqləri də əsərdəki bəzi məqamların adek-
vat transformasiyasına imkan vermir. Əsərdə müəllif qəhrəmanın dili ilə bir 
çox söyüşlərdən istifadə edir. Əslində, bu, o dövrün Amerika mühitində ya-
şayan yeniyetmələrin əksəriyyətinə xas olan bir xüsusiyyətdir. Lakin Ame-
rika mühitində tam təbii qəbul edilən bu sözlər, Azərbaycanda, xüsusilə 
əsərin tərcümə olunduğu dövrdə məktəblinin dilinə xas olmayan sözlər idi. 
Burada müəyyən ideoloji faktorlarla yanaşı, mədəniyyət, mütərcimin 
özünüsenzurası kimi amillər əsas rol oynayır. Ona görə də bu sözlər tərcü-
mədə çox vaxt ya buraxılmış, ya ümumiləşdirilərək daha neytral sözlərlə
evfimizmlərlə ifadə olunmuşdur. Nəticədə isə Selincerin qəhrəmanının tam 
əksi olan bir Holden qarşımıza çıxır. Holdenin dilində çox tez-tez işlənən 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin