Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 435,61 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix18.01.2023
ölçüsü435,61 Kb.
#79623
1   2   3   4   5   6   7   8   9   ...   16
Bədi tərcümə disertasiya işi

Tədqiqatın işçi fərziyyəsi. Dissertasiya işində nəzərdə tutulan əsas iş-
çi fərziyyə Azərbaycan dilinə tərcümə edilmiş ingilisdilli ədəbiyyat nümu-
nələrinin müqayisəli təhlili zamanı semantik və kommunikativ adekvatlıq 
prinsiplərini müəyyənləşdirmək, adekvatlığın təmin edilməsini şərtləndirən 
linqvistik amillər ilə yanaşı, ekstralinqvistik (mədəni, siyasi və ideoloji) 
təsirlərin rolunu müəyyənləşdirmək və mütərcimlər tərəfindən istifadə edil-
miş tərcümə strategiyalarına nəzər yetirmək və onları təhlil etməkdir. 
Müdafiəyə çıxarılan əsas müddəalar:
1. Tərcümə zamanı adekvtalığın təmin edilməsi müvafiq obyektiv və 
subyektiv amillərlə şərtlənir. 
2. Tərcümə, xüsusilə bədii tərcümə mövcud olduğu dövrün, ictimai-
siyasi quruluş və formasiyanın əsas təbliğat vasitələrindən biri kimi çıxış 
etdiyindən müvafiq ideoloji, ictimai-siyasi, mədəni və sosial təsirlərdən kə-
narda qalmır. 
3. İngilis dilindən Azərbaycan dilinə tərcümələrdə məhz qeyd olunan 
təsirlərlə yanaşı, tərcüməçi peşəkarlığı, onun mətn müəllifi və həmin mətnə 
sədaqəti, tərcümə zamanı məxəz mətnin hədəf mədəniyyətə, xalqın milli-
mənəvi dəyərlərinə uyğunlaşdırılması, ümumbəşəri dəyərlərin əks etdiril-
məsinin təmin edilməsi kimi mühüm amillər tərcümənin adekvatlığını şərt-
ləndirir. 
4. Tərcümə prosesində mütərcim tərəfindən tərcümə strategiyalarının 
seçimi linqvistik amillərdən daha çox ekstralinqvistik amillər ilə şərtlənir. 
5. Bədii tərcümənin ən mühüm xüsusiyyətlərindən biri olan bədii təs-
vir və ifadə vasitələri, kultural terminlər və ekzotizmlərin hədəf dilə trans-
formasiya üsulları, onların spesifikliyinin saxlanılması və yaxud tamamilə 


8
neytrallaşdırılaraq müəllif üslubundan və milliliyindən yayınmalar, ümumi-
likdə mədəni tərcüməedilməzlik problemini şərtləndirən amillərin aradan 
qaldırılması tərcümə nəzəriyyəsində ən aktual problemlərdən biri kimi daha 
da geniş tədqiqat obyektinə çevrilməlidir. 

Yüklə 435,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin