FAT32 fayl sistemi yaradıldı. Windows 95 OSR2-dən sonrakı bütün versiyalarında FAT32 fayl sistemindən istifadə edilmişdir. Yeni fayl sisteminin adından göründüyü kimi bu
sistemdə faylın ünvanı iki baytla yox, dörd baytla (və ya 32 bitlə) yazılır. 32 mərtəbəli
FAT32 fayl sisteminə uyğun formatlaşdırılmış diskdə isə maksimum 232 sayda ünvan və
232 sayda klaster ola bilir. FAT32 fayl sistemində klasterin ölçüsü 8 Kb - la 64 Kb arasında
dəyişir. FAT32 fayl sistemində məntiqi diskin həcmi maksimum 32 Gb, bir faylın həcmi isə
4 Gb ola bilər.
NTFS (New Technology File System). Bu fayl sistemi Microsoft NT ailəsindən olan
əməliyyat sistemləri üçün nəzərdə tutulmuş standart fayl sistemidir. NTFS fayl sistemi
indiyə qədər Windows NT, Windows 2000, Windows Vista sistemlərində istifadə edilmiş və
hazırda Windows XP və Windows 7 əməliyyat sistemləri ilə işləyən bütün müasir
kompüterlərdə əsas fayl sistemi kimi tətbiq edilir. Digər fayl sistemləri kimi NTFS fayl
sistemi də bütün disk oblastını kiçik hissələrə - klasterlərə bölür və fayllar isə parçalanaraq
həmin hissələrdə yerləşdirilir. Bu fayl sistemi 512 baytla 64 Kb arasında istənilən ölçülü
klasterdən istifadə edə bilir. Bununla yanaşı standart hal üçün (susmaya görə) 4 Kb ölçülü
klasterdən istifadə edilir. Faylların klasterlərdən istifadə etməklə diskdə yazılıb saxlanması
qaydasını aşağıdakı misalla izah etmək olar.
Tutaq ki, klasterin ölçüsü 4 Kbaytdır, biz isə 9 Kbayt ölçüdə MagistrOL.docx mətn
faylını saxlamaq istəyirik. Bu halda həmin fayl klasterə yerləşmir və ona görədə bizə 3 klaster yəni, 12 Kbayt yaddaş hissəsi ayrılır. Belə ki, faylın ölçüsündən asılı olmayaraq ona
həmişə tam klasterlər ayrılır. Hətta faylın həcmi cəmisi bir bayt olsa belə, yenə onun üçün
bir klaster ayrılır. Yarımçıq qalmış bir klasterin üzərinə başqa bir fayl yaza bilmərik.