3
1. Proqram təminatı anlayşı. Proqram təminatının təyinatı və
təsnifatı
Kompüterin proqram təminatı dedikdə informasiya emalının təşkili və idarə edilməsi
üçün istifadə olunan proqramlar kompleksi başa düşülür. Proqram təminatı sistemini yerinə
yetirdiyi funksialarına görə 2 hissəyə bölmək olar:
>
sistem proqram təminatı
>
tətbiqi proqram təminatı
Sistem proqramları əməliyyat və istifadəçi interfeysi mühitinin yaradılmasını, kompüterin
qurğularının və digər proqramların birgə fəaliyyətini, kompüter şəbəkəsinin idarə
olunmasını, diaqnostika və profilaktika, bir sıra köməkçi texnoloji əməliyyatların (məsələn,
informasiyanı arxivləşdirmə, ehtiyat surətinin yaradılması və s.) yerinə yetirilməsini təmin
edir. Bu kateqoriyaya aid proqramlar kompüterin arxitekturasını nəzərə almaqla və
keyfiyyət standartlarına uyğun hazırlanır.
Sistem proqram təminatına aşağıdakılar daxildir:
❖
əməliyyat sistemləri
❖
texniki xidmət proqramları
❖
servis proqramları
❖
proqramlaşdırma sistemləri
Dostları ilə paylaş: