7
avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın
idarə
edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə
yetirilməsinə nəzarət edir.
Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə 3 qrupa bölünür:
■
birməsələli (biristifadəçili);
■
çoxməsələli (çoxistifadəçili);
■
şəbəkə
Birməsələli əməliyyat sistemləri - bir istifadəçinin iş prosesində yalnız
konkret bir
məsələnin həlli üçün istifadə edilir. Bu cür əməliyyat sisteminin əsas nümunəsi MS DOS -
dur.
Çoxməsələli əməliyyat sistemi - fərdi kompüterdən istifadəçilərin multiproqram vaxt
bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Belə əməliyyat sisteminə misal olaraq
UNİX, OS/2, WINDOWS 95/98/2000 və s. göstərmək olar.
Şəbəkə əməliyyat sistemləri - lokal və qlobal kompüter
şəbəkələrinin meydana
gəlməsi ilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciətini
təmin edir. Bu əməliyyat sisteminə Novell Net Ware, WINDOWS NT, Banyan Vines, İBM
LAN, UNİX, Solaris və s. misal göstərmək olar.
Əməliyyat sistemi kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi
arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə
interfeysin aşağıdakı növləri vardır:
- Proqram interfeysi-hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı
əlaqəsini təmin edən vasitələr məcmusudur.
- istifadəçi interfeysi-istifadəçinin kompüterlə qarşılıqlı
əlaqəsi üçün proqram və
aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrli və obyektyönlü ola bilər.
- Əmrli interfeys-istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri
klaviaturadan daxil etməyə imkan verir.
- Obyektyönlü interfeys-obyektlər,
yəni fayl, kataloq (qovluq), disk aparıcısı,
proqram, sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin
resurslarını idarə edir.
Dostları ilə paylaş: