11
əməliyyat sistemləri məhz belə yarandı. Bu əməliyyat sistemləri həm ayrıca
kompüterin,
həm də şəbəkənin fəaliyyətini təmin edir. Şəbəkə əməliyyat sistemləri şəbəkədəki bütün
kompüterlərin fayl fəzalarını vahid fayl fəzası kimi istifadə edir, yəni,
istifadəçi öz
kompüterində nə edə bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə əməliyyat sistemləri
çoxistifadəçili sistemlər olduğundan, hansı proqramın hansı kompüterdən işə buraxıldığını,
fayl sistemindən açılmış fayldan kimin istifadə etdiyini izləmək lazım gəlir.
Bu zaman
əməliyyat sistemi həmin istifadəçinin həmin fayla müraciət hüququnun olub - olmadığını
yoxlayır və istifadəçi prioritetini nəzərə alır.
Dostları ilə paylaş: