4
❖
utilitlər;
❖ antivirus proqramlar.
Utilitlər disk və fayl sisteminə əsaslanaraq, istifadəçiyə əlavə imkanlar verirlər.
Onlar aşağıdakı funksiyaları yerinə yetirirlər:
■
disklərə xidmət etmək (formatlaşdırma və s.);
■
informasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın
mümkünlüyü
və s.;
■
fayl və kataloqlara xidmət etmək;
■
arxivlərin yaradılması və yeniləşdirilməsi;
■
kompüter resursları, disk sahəsi, proqramların ƏY-də paylanması haqqında
informasiyanın verilməsi;
■
müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı;
■
kompüteri viruslardan mühafizə.
Antivirus proqramlar vasitələri virusların neytrallaşdırılmasını və kompüterin
diaqnostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, lazımsız və
ziyanlı müxtəlif əməliyyatları həyata keçirir. Verilənləri məhv olmaqdan qorumaq,
kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan
proqramlar antivirus
proqramları adlanır. Bu proqramların aşağıdakı tipləri mövcuddur:
❖
filtr və ya keşikçi;
❖ detektorlar;
❖
həkimlər və ya faqi;
❖
müfəttişlər;
❖
immunizatorlar və ya vaksinlər.
Filtr rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir.
Detektorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
Həkim antivirus proqramlar virusların aşkar edilməsinə və zərərləşdirilməsinə imkan
verir.
Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin
məzmununu
yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin
vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirilə bilər.
Müfəttişin üstünlüyü ondadır ki, o proqramda dəyişiklik edən virusları
tapmaq
xüsusiyyətinə malikdir.
İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə
yoluxmanın qarşısını alır. Vaksinləşdirmənin mahiyyəti ondan ibarətdir ki, proqram və ya
diskin modifikasiyasında
proqramın normal yerinə yetirilməsində əks olunmur.
Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də yayılmaya təkid etmir.
Geniş yayılan antivirus proqramları aşağıdakılardır: Aidstest, Doctor Web,
Doctor
Web for Windows, Dr. Solomon Antivirus, F-Prot Professional, IBM Antivirus, PC-cillin
Antivirus, NOD 32, KAV Personal Pro, Thunder Byte Antivirus Utilities.
Dostları ilə paylaş: