Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
“Computer” qovluğu. Windows 7 əməliyyat sisteminin əsas obyektlərindən olan 
Компьютер (Computer (Kompüter)) qovluğunu açmaq üçün Tapşırıq (Məsələlər) panelində 
(Taskbar)-da Start (Пуск (Başlat)) düyməsindən sağda yerləşən düyməsinə siçanla sıxmaq 
lazımdır və ya Win və E klavişlərini birlikdə sıxmaq lazımdır. “Computer” (Компьютер) 
pəncərəsi vasitəsilə kompüterdə olan hər hansı bir mənbəyə (disklərə, disketlərə) asanlıqla 
müraciət etmək olar. Bu pəncərəyə aşağıdakılar daxildir: 
❖ 
Sabit disklər - C: hərfindən başlayaraq adlandırılır. Hər əlavə sabit disk sürücüsünə D:, 
E: kimi sonrakı hərflər ad olaraq verilir. 
❖ CD-ROM sürücüləri dairəvi disk simvolları ilə göstərilir. Yalnız bir sabit disk və ya bir 
CD-ROM sürücüsü varsa, CD-ROM sürücüsü D: drive (D: sürücüsü) adlandırılacaqdır. Iki 
sabit disk varsa, CD-ROM sürücüsü E: drive (E: sürücüsü) adlandırılacaq. 
“Computer” (Компьютер) pəncərəsi kompüterdə olan yaddaş qurğularını, kompüterin 
yazı tipləri və bağlı olan printerlər haqqında məlumatların saxlandığı qovluqları seçə bilər 
və idarəetmə panelini işlədərək WINDOWS-un xüsusiyyətlərini dəyişdirə bilər. 
Windows 7-də Libraries (Библиотеки/Kitabxanalar) qovluğu. Windows 7 əməliyyat 
sisteminin əvvəlki versiyalarından fərqli xüsusiyyətlərindən biri də Libraries 
(Библиотеки/Kitabxanalar) qovluğudur. Bu qovluq sənədlərin musiqinin şəkillərin, 
videoların və. s faylların idarə olunması üçün nəzərdə tutulan bir yerdir. Kitabxanalar fiziki 
olaraq biz bildiyimiz mənada qovluq deyildir. Kitabxanada sadəcə olaraq faylların 
yerləşməsi haqqında məlumat, yəni qovluqlara və bu qovluqlarda yerləşən sənədlərə keçid 
əlaqələri yerləşir. Yəni kitabxananın məzmunu əlaqələr qovluğundan ibarətdir və bu 
əlaqələrdən istifadə edərək bir andaca zəruri ünvana keçid etmək olur. Kitabxanalarda heç 
bir başqa fiziki verilənlər olmur . 
Kitabxanalar müəyyən mənada qovluqlara bənzəyir. Məs kitabxana açılarkən bir və ya bir 
neçə fayl obyektləri ekranda əks oluna bilər. Lakin qovluqdan fərqli olaraq kitabxana 
açılarkən fayl obyektlərini saxlandıqları bir neçə müxtəlif yerlərdən toplayaraq ekranda əks 
etdirir. 
Kitabxanalar fayl obyektləri saxlanılan qovluqları izləyir və həmin obyektlərə baxmağa və 
onları müxtəlif üsullarla nizamlamağa imkan verir. 
Windows 7 əməliyyat sistemində susmaya görə Libraries (Библиотеки/Kitabxanalar) adlı 
bir əsas kitabxana var və bu kitabxana daxilində öz növbəsində əvvəlcədən quraşdırılmış 
dörd kitabxana saxlanılır. Yəni mənim sənədlərim, mənim musiqim, mənim şəkillərim, 
mənim videoların qovluqlarını xüsusi qovluqlar əvəz edir: Documents (Документы
/Sənədlər), 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin