Clipboard, Font, Alignment, Number, Styles, Cells, Editing İndi bu qruplar haqqında söhbət edək.
Clipboard (Mübadilə buferi) qrupu. Bu qrupun əmrləri xanaları və verilənləri başqa
xanalara köçürmək və kopyalamaq işini görür. Bu qrupun əmrləri haqqında Word proqramında
danışmışıq.
Font (Şrift) qrupu. Bu qrupun əmrləri xanadakı verilənlərin şriftini düzənləyir. Bu qrupun
əmrləri haqqında Word proqramında danışmışıq.
Alignment qrupu. Bu qrupun əmrləri xana daxilindəki verilənləri düzənləmək üçündür.
1. Bu əmrlər verilənləri xananın yuxarısına,
mərkəzinə və aşağısına yerləşdirir.
2. Bu əmr verilənləri xanada müxtəlif istiqamətlərdə
döndərə bilir. Bu əmr vasitəsi ilə xanadakı verilənləri
[-90;90] dərəcə bucaq altında döndərmək olar.
3. Bu əmrlər xanadakı verilənləri sola,
mərkəzə və sağa düzənləyir.
4. Bu əmrlər xanadakı verilənləri sola və sağa sürüşdürür.
5. Bu əmr xanadakı verilənləri xana daxilində bir neçə sətirdə yazmağa imkan verir. Bu əmri
klaviaturadan
Alt+Enter düymə kombinasiyası ilə etmək olar.
6. Seçilmiş xanaları birləşdirir və verilənləri mərkəzə düzləndirir. Düymənin sağındakı
düyməsi klikləndikdə aşağıdakı pəncərə açılır:
1. Seçilmiş xanalardakı verilənləri birləşdirir və xanadakı verilənləri mərkəzə düzləndirir.
2. Seçilmiş xanaların sütunlarını birləşdirir.
3. Seçilmiş xanaları birləşdirir.
4. Birləşdirilmiş xanaları ayırır.
Number lent qrupu. Bu qrupun əmrləri xanalardakı verilənlərin tipini və formatını təyin
etmək üçündür.
Number qrupunun şəkli aşağıda
verilmişdir.
1. Bu əmr excel proqramında mövcud ola
biləcək tiplərin siyahısını göstərir. Yəni, Excel
xanasına bu tipdə verilən daxil etmək olar. Bu
tiplərin siyahısını sizə təqdim edirik:
1
2
3
4
6
5
1
4
3
2
1
2
3
4
5