Microsoft Excel 010 cədvəl prosessoru 112 IX. Microsoft excel 2010 CƏDVƏl prosessoru excel haqqında qısa məlumat


Microsoft Excel 2010 cədvəl prosessoru



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix25.01.2023
ölçüsü1,64 Mb.
#80832
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
9.MİCROSOFT EXCEL 2010 CƏDVƏL PROSESSORU (1)

Microsoft Excel 2010 cədvəl prosessoru
126 
2. Bu əmr xanadakı ədədi 
Accounting (Maliyyə) formatına çevirir. Xanadakı ədədi müxtəlif 
pul vahidləri (məsələn, Euro, Dollar və s.) formatında göstərir. 
3. Bu əmr xanadakı ədədi 
Percentage (Faiz) formatına çevirir. 
4. Bu əmr xanadakı ədədi onluq kəsr formatında göstərir. Yəni, 65 ədədini 65,00 kimi 
göstərir. 
5. Bu əmrlər xanadakı ədədin kəsr hissəsindəki rəqəmlərin sayını artırır və azaldır. Ədədi 
yuvarlaqlaşdıraraq kəsr hissədə olan rəqəmləri silir. Artıqdıqda isə sıfırlar əlavə edir. 

Styles(Stillər) lent qrupu. Bu qrupun əmrləri xana və xanalar qrupuna xüsusi stil verir. 
Eyni zamanda şərti formatlaşdırmanı buradan yerinə yetirə bilərik. 
Style 
qrupunun şəkli sağda verilmişdir. 
Style qrupunun əmrləri haqqında ətraflı 
danışaq:
1. Bu əmr xanaların müqayisə edilməsini asanlaşdırır. Məsələn, 
minlərlə xananın içərisində qiyməti 90 olan xanaları axtarmaq lazım 
gəldikdə işimiz çətinləşir. Bu əmr həmin xanaları xüsusi rəngə 
boyamaqla işimizi xeyli asanlaşdırır. Bu əməliyyata 
Şərti 
formatlaşdırma deyilir. 
2. Bu əmr seçilmiş xanalar diapazonuna xüsusi format tətbiq edir. 
3. Bu əmr seçilmiş xana və xanalar çoxluğuna xüsusi stil verir. 

Cells lent qrupu. Bu qrup əmrləri işçi vərəqə xana, sətir, sütun əlavə edir və işçi vərəqdən 
xana, sətir, sütun silir. Eyni zamanda xanaları, sətirləri və sütunları formatlaşdırır. 
Cells qrupunun şəkli 
sağda verilmişdir. 
Cells qrupunun əmrləri haqqında ətraflı danışaq: 
1. Bu əmr işçi vərəqə yeni xana, sətir və sütun əlavə edir. Eyni zamanda işçi kitaba yeni işçi 
vərəq də əlavə edir. Düymənin aşağısındakı əmri klikləndikdə sağdakı pəncərə açılır. Bu pəncərədəki 
əmrlərlə yaxından tanış olaq: 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin