Microsoft Excel 2010 cədvəl prosessoru 128
Up – seçilmiş xanalar diapazonundakı ən aşağıdakı xananın qiymətini sütun üzrə və yuxarı
istiqamətdə digər seçilmiş xanalara doldurur.
Left – seçilmiş xanalar diapazonundakı ən sağdakı xananın qiymətini sətir üzrə və sola
istiqamətdə digər seçilmiş xanalara doldurur.
Across Workseets – işçi vərəqin seçilmiş xanalarındakı verilənləri digər seçilmiş işçi
vərəqlərə doldurur.
Series – xanalara qiyməti müxtəlif üsullarla
(məs ələn, ədədi silsilə, həndəsi silsilə və s.) doldurur. Bu
əmr klikləndikdə sağdakı şəkildəki kimi pəncərə açılır.
Bu pəncərədəki parametrlər haqqında danışaq:
•
Series in –bu bölmədə iki parametr var.
Rows parametrləri doldurmanı sətir üzrə, Columns parametrləri isə doldurmanı sütun üzrə aparır.
•
Type – bu bölmənin dörd parametri var: 1. Linear - ədədi silsilə kimi doldur. 2. Growth – həndəsi silsilə kimi doldur. 3. Date – tarixlərdən ibarət silsilə kimi doldur. 4. Autofill – xananın qiymətini sağa və aşağı istiqamətdə avtomatik olaraq seçilmiş xanalara
doldur.
•
Date Unit – bu bölmə Type bölməsindəki Date parametri seçildikdən sonra aktivləşir və
tarixlərdən ibarət silsilənin artacağını təyin edir.
•
Step Value – bu parametr artım qiymətini təyin edir. Məsələn, bu bölməyə iki daxil etsək,
artım iki-iki davam edəcək.
•
Stop Value – bu parametr artımın dayanma qiymətini təyin edir. Məsələn, bu bölməyə yüz
daxil etsək, artımın sonuncu qiyməti yüzü keçməyəcək.
3. Bu əmr xanadakı verilənləri təmizləyir. Bu əmrin üzərinə klikləndikdə sağdakı şəkildəki
kimi pəncərə açılacaq. Bu pəncərədəki əmrlər ilə yaxından tanış olaq: