Bu qrupun əmrlərini aşağıda sadalayaq.
1.
PivotTable - Bu əmr böyük cədvəldən lazımı məlumatı seçməyə
imkan verir.
2.
Table – Bu əmr diapazona xüsusi formatlı cədvəl əlavə edir.
İllustrations (İllüstrasiya) qrupu. Bu qrupun əmrləri vasitəsi ilə işçi
vərəqə müxtəlif şəkillər, fiqurlar, ağıllı təsvirlər və s. əlavə etmək olar. Bu əmrlər
haqqında
Word proqramında danışdığımız üçün tay birdə danışmayaq
Charts (Diaqramlar) qrupu. Bu qrupun əmrləri işçi vərəqə müxtəlif formatlı diaqramlar
əlavə edir. Bu diaqram formatlarını aşağıda sadalayaq:
1.
Column – Sütunlu
2.
Line – Xətti 3.
Pie – Tort 4.
Bar –Zolaq 5.
Area – Sahə 6.
XY Scatter – XY Paylama 7.
Stock – Birja 8.
Surface – Səth 9.
Doughnut – Dairəvi 10.
Bubble – Qabarcıq
11.
Radar – Radar
Links (Əlaqələr) qrupu. Bu qrup hiperəlaqələrin yaradılması üçün istifadə
edilir. Bu qrupun bir əmri mövcuddur. Bu əmr ilə yaxından tanış olaq: Bu əmr xanaya
hiperlink əlavə edir. Yəni, xanadakı verilən başqa fayla keçid edir.
Text (Mətn) qrupu. Bu qrupun əmrləri işçi vərəqin səhifələrinə kolontitullar,
mətn qutuları, elektron imza və s. əlavə edir.
Text qrupunun şəkli sağda verilmişdir. Bu qrupun əmrləri
ilə yaxından tanış olaq:
1.
Text Box – İşçi vərəqə mətn qutusu əlavə edir. 2.
Header & Footer – İşçi vərəqin səhifələrinə yuxarı və aşağı kolontitul əlavə edir.