Mütləq ünvandan nisbi ünvana keçidi və ya əksinə klaviraturadan funksiyonal düymə olan F4 –lə də yerinə yetirmək olar. Verilənlərin daxil edilməsi.Verilənləri xanaya daxil etmək üçün ya xananın özündən, ya da
düstur sətrindən istifadə edilir. Yəni,məlumat ya xananın özünə daxil edilir, ya da xana seçilir və
düstur sətrindən əlavə edilir. Excel 2010-də xanaya ya düstur, ya da hər hansısa başqa informasiya
əlavə edilir. Xanaya düstur əlavə edildikdə hökmən “=” işarəsi ilə başlamalıdır. Məsələn, =A1+C4.
Əgər düsturu yazarkən bərabər işarəsi ilə başlamasaq, Excel bizim düsturumuzu adi mətn kimi qəbul
edəcək. Excel 2010 proqramında xanaya verilən daxil edildikdə ad qutusu və düstur sətrinin arasında
qalan panel bu şəkildə olacaq. Xanaya yazılan veriləni təsdiq etmək üçün ya klaviraturadan Enter
düyməsini kilik etmək, ya da Enter əmrini klik etmək lazımdır. Xanaya yazılan verilənlərdən imtina
etmək üçün klaviraturadan
Esc düyməsi, ya da Cancel əmrini klik etmək lazəmdır. Paneldə görünən
İnsert Function əmri ilə xanaya funksiya əlavə etməyə imkan verir. Xanaya mətn yazdıqda xananın
soluna, rəqəm yazdıqsa sağ tərəfdə dayanır.
Excel 2010 proqramında xanaya verilən daxil etdikdən sonra həmin verilənlərin
redaktesinə(düzəlişlərin edilməsinə) ehtiyac yarana bilər. Dolu xananın redaktə edilməsi üçün üç üsul
var:
1. Cədvəl kursoru(böyük üstəgəl işarəsi) redaktə olunacaq xana üzərində 1 dəfə klik edilir və Formula Bar(Düstur sətri) sahəsinə daxil olunur və düzəlişlər yerinə yetirilir. 2. Redaktə olunacaq xana üzərində cədvəl kursoru ikiqat klik olunur və düzəlişlər yerinə yetirilir. 3. Redaktə olunacaq xana üzərində kursor bir dəfə klik olunaraq, F2 funksional düyməsi səxələr və dəyişiklik yerinə yetirilir. Qeyd: Excel 2010 proqramında dolu xana üzərində cədvəl kursorun 1 dəfə klik edib verilən
daxil etsək, xanadakı verilən silinir və yeni verilən əlavə olunur. Hər hansısa xana üzərində kursor iki
dəfə klik olunduqda kursor xananın içinə daxil olur.
Excel 2010 proqramında xanaları müxtəlif üsullarla seçmək olar. Xanaları seçmək üçün
maus və klaviraturadan istifadə edilir. İndi isə seçimin üsullarına baxaq: