Microsoft Excel 2010 cədvəl prosessoru
116
Nisbi ünvan- Belə ünvanlaşdırma zamanı xanadakı düsturun başqa xanaya köçürülməsi
və sürüşdürülməsi nəticəsində düsturun həm sətir nömrəsi, həm də sütun adı dəyişəcək. Məsələn,tutaq
ki, B1 xanasına =A4 düsturu daxil edilib və C7 xanasına sürüşdürülür. Deməli =A4 düsturu C3
xanasında =B10 düsturuna çevriləcək. Çünki B1-dən C7 keçdikdə sətir 6 vahid və sütun 1 vahid artır.
Artımın nəticəsi isə xanadakı düstura təsir edir. Yəni, A4 düsturu 1 sətir və 1 sütun artaraq =B10
düsturuna çevrilir.
Mütləq ünvan- Belə ünvanlaşdırma zamanı xanadakı düsturun başqa xanaya
köçürülməsi və sürüşdürülməsi nəticəsində düstur dəyişməz qalır. Mütləq ünvanlaşdırma $(dollar)
işarəsi ilə göstərilir. Məsələn, H$5,$Q$3 və s Mütləq ünvanlaşdırma 3 formada göstərilə bilər.
1. $ işarəsi ancaq sütun adının qarşısındadırsa, bu zaman sürüşmə zamanı sütun adı
dəyişməz qalır ,sətir nömrəsi dəyişir. Məsələn, $Q4, $B12,$E4 və s. Göründüyü kimi $ işarəsi yalnız
sütunu sabit saxlaya bilir. Bu ünvanlara deyilir-sütun mütləq sətir isə nisbi. Belə ünvanlara qarışıq
ünvanlar da deyilir.
2. $ işarəsi ancaq sətir qarşısındadırsa, bu zaman sürüşmə zamanı sətir nömrəsi dəyişməz
qalır, sütun adı dəyişər. Məsələn, A$6,N$12,G$5 və s. Bu ünvanlara deyilir- sütun nisbi sətir mütləq
.Belə ünvanlara qarışıq ünvanlar da deyilir.
3. $ işarəsi həm sütun adının, həm də sətir nömrəsinin qarşısındadərsa, bu zaman sürüşmə
zamanı sütun və sətir nömrəsi dəyişməz qalır. Məsələn,$B$12,$MB$567,$GH$12 və s.
Dostları ilə paylaş: