3. REPEAT operatoru:
Operatorun ümumi şəkli aşağıdakı kimidir:
REPEAT UNTIL <şərt>;
Burada, REPEAT və UNTİL – dilin ehtiyat sözləridir (ingiliscə “təkrarlamaq”,
“ o vaxta qədər ki (yerinə yetirilməyənədək)” mənasını daşıyır);
- Turbo Paskal dilinin operatorları ardıcıllığıdır;
<şərt> - məntiqi tipli ifadə və ya şərtdir.
Operator belə yerinə yetirilir: əvvəlcə dövrün gövdəsi heç olmazsa bir dəfə
yerinə yetirilir. Sonra şərt yoxlanılır, əgər şərt ödənmirsə onda dövrün gövdəsi
yenidən hesablanır, əks halda yəni şərt ödəndikdə idarəetmə dövrdən sonrakı
operatora verilir.
71
MÖVZU 5.3
Turbo Pascal dilində sətir tipli verilənlər, yazilar, çoxluqlar və massivlərlə
işin təşkili
Plan:
1. Turbo Pascal dilində sətir tipli verilənlər, yazilarla işin təşkili
2. Turbo Pascal dilində çoxluqlarla işin təşkili
3. Turbo Pascal dilində massivlərlə işin təşkili
Turbo Paskal dilində əvvəlki dərslərimizdə qeyd olunduğundan məlumdur ki.
verilən və dəyişənlərin tiplərindən biri də struktur tiplilərdir. Bu tipə massivlər, yazılar
və çoxluqlar aiddir. Qeyd edək ki. bu tipə aid olan bütün verilən və dəyişənlərin
ümumi xüsusiyyəti onların elementlər çoxluğundan ibarət olmasıdır.
Sətir tipli dəyişənlərlər və onlar üzərində əməllər:
Sətir tipli dəyişənlər aşağıdakı kimi elan edilirlər: Dəyişən: STRING [N];
Burada, N- sətirin uzunluğudur. Onun maksimum qiyməti 256 ola bilər, başqa sözlə
sətirdəki simvolların sayı maksimim 256 ola bilər. Əgər sətirdəki simvolların sayı
göstərilməyibsə (sadəcə olaraq Dəyişən: STRING; kimi elan edilibsə) onda sətirin
uzunluğu 255 qəbul edilir.
Məsələn, VAR S1:STRİNG[10]; S2:STRING [20];
Burada S1 dəyişəni 10, S2 dəyişəni 20 simvoldan ibarət sətir tipli dəyişənlərdir.
Sətir tipli dəyişənlər üzərində aşağıdakı əməliyyatları aparmaq olar:
CONCAT (S1, S2, ..., SN)- S1, S2, ..., SN sətirlərini ardıcıllığa uyğun olaraq
birləşdirir;
COPY (S, N, M)- S sətrindən N nömrəli simvoldan başlayaraq M sayda
simvolların surəti köçürülür;
DELETE(S, N, M)- S sətrində N nömrəli simvoldan başlayaraq M sayda simvol
silinir:
İNSERT(ST, S, N)- S sətrinin N-ci mövqeyindən başlayaraq ST alt sətri əlavə
edilir;
LENGTH (S)- S sətrinin uzunluğunu (simvolların sayını) təyin edir:
POS (ST,S)- S sətrində ST alt sətrinin daxil olduğu mövqeyə uyğun qiyməti
veriri;
UPCASE (simvol) – simvolun yuxarı registrdəki qiymətini qaytarırı. Əgər belə
qiymət yoxdursa, onda simvolun özünü qaytarır.
Nümunə:
PROGRAM STR;
72
USES CRT, PRINTER;
VAR S1, S2:STRING [18];
S3: STRING [2];
S4: STRING[60];
BEGIN
S3:=’ ‘; READLN(S1);
READLN(S2);
S4:=CONCAT(S1, S3, S2); WRITELN(S4); END.
Dostları ilə paylaş: |