Ad: Tahir Soyad:Əbülfəzov Qrup: 814 Sərbəst işin mövzusu: Vergi siyasətinin təşkili



Yüklə 2,55 Mb.
tarix27.10.2019
ölçüsü2,55 Mb.
#29446
vergi



Ad:Tahir

Soyad:Əbülfəzov

Qrup:814

Sərbəst işin mövzusu:Vergi siyasətinin təşkili

Vergi siyasəti dedikdə,maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə tələbatlarının təmin olunması və həmçinin ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədi ilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məcmusu başa düşülür.



Vergilərin iqtisadi fəallığa uzunmüddətli stimullaşdırıcı təsirini təmin etmək, investisiyaları təşviq etmək, müəssisələrin istifadəsində qalan maliyyə vəsaitlərini artırmaq məqsədilə ötən 10 il ərzində mənfəət vergisinin dərəcəsi mərhələlərlə aşağı salınaraq, 2003-cü ildə 27 faizdən 25 faizə, 2004-cü ildə 24 faizə, 2006-cı ildə 22 faizə 2010-cu ildən isə 20 faizə endirilmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə fiziki şəxslərin 14 faiz dərəcə ilə vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2006-cı ildə 600 manatdan 1000 manata, 2008-ci ilin əvvəlindən 2000 manata, 2013-cü il yanvarın 1-dən isə 2500 manatadək artırılmışdır. 2010-cu il yanvarın 1-dən fiziki şəxslərin gəlir vergisi dərəcəsinin maksimal həddi 35 faizdən 30 faizə, 2013-cü ilin yanvar ayının 1-dən 25 faizə endirilmişdir Fərdi sahibkarlar üçün gəlir vergisinin və hüquqi şəxslər üçün mənfəət vergisinin dərəcələrinin bərabərləşdirilməsi və vergi yükünün aşağı salınması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gəlir vergisinin dərəcəsi 20 faizə endirilərək hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi ilə eyniləşdirilmişdir. - 28 - Ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma mexanizmini asanlaşdırmaq məqsədilə 2001-ci ildən sadələşdirilmiş verginin dərəcəsi Bakı şəhəri üçün 4 faiz, regionlar və Naxçıvan Muxtar Respublikasının ərazısındə isə 2 faiz müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə vergi ödəyicilərinin risklərinin minimallaşdırılması, vergi münasibətlərinin partnyorluq prinsipləri əsasında qurulması üçün vergi orqanları ilə partnyorluq sazişinin bağlanması barədə vergi ödəyicilərinə hüquq verilmiş, innovativ sahibkarlığın stimullaşdırılması məqsədilə sənaye və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənfəət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sıra güzəşt və azadolmalar müəyyən olunmuşdur.

Aktiv vergi siyasətinin əsas prinsiplərinin gözlənilməsi məqsədilə vergi dərəcələrinin azaldılması hesabına vergi yükünün aşağı salınması zamanı təsərrüfat subyektlərinin sərəncamında olan əlavə vəsaitlər təkrar istehsalın genişləndirilməsinə yönəldilməlidir. İqtisadi inkişafın hazırkı mərhələsində vergi yükünün iqtisadiyyatın sektorları, iqtisadi agentlərin ayrı-ayrı kateqoriyaları üzrə paylanılmasının rasional mexanizminin hazırlanaraq tətbiq olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi ilə istehsal, istehlak və istehsal amillərinin qiymətlərinin müvazinətliyinin təmin olunmasına nail olmaq mümkündür. Eyni zamanda, aktiv vergi siyasəti müasir mərhələdə inkişaf aləti (resursu) olmaqla yanaşı, verginin fiskal funksiyalarını saxlamaqla, həm də məqsədlilik funksiyasını, yəni innovasiya fəaliyyətinin stimullaşdırılması funksiyasını icra edəcəkdir. İqtisadi inkişafın müasir mərhələsində passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçilməsi, bu məqsədlə azad (xüsusi) texnoloji iqtisadi zonaların yaradılması, innovasiya və bilik iqtisadiyyatının inkişafının stimullaşdırılmasının zəruriliyini nəzərə alaraq aktiv vergi siyasəti və modernləşdirmənin üstün prinsiplərinin həyata keçirilməsi olduqca vacibdir. Aktiv vergi siyasətinin aparılmasında ikililik, yəni duallıq prinsipi mövcuddur. Vergi siyasətini həyata keçirən subyektlər-insanlar eyni zamanda onun əsas məqsədinə və obyektinə çevrilirlər. Aktiv vergi siyasətinin əsas məqsədi son nəticədə iqtisadi inkişafın təmin edilməsindən, əhalinin həyat səviyyəsinin yüksəldilməsindən , onun maddi rifahının yaxşılaşdırılmasından, cəmiyyətin müxtəlif - 34 - təbəqələri arasında sosial partnyorluq prinsipinin formalaşdırılmasından, vətəndaş cəmiyyətinin yaradılmasından və daha yüksək modern inkişaf mərhələsinə daxil olmasının təmin edilməsindən ibarətdir.
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin