Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 5.5 Turbo Pascal dilinin qrafik operatorları və onlardan istifadə qaydaları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə42/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   38   39   40   41   42   43   44   45   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 5.5
Turbo Pascal dilinin qrafik operatorları və onlardan istifadə qaydaları
Plan:
1. Turbo Pascal dilinin qrafik rejimi
2. Turbo Pascal dilinin qrafiki operatorları
Bütün alqoritmik dillərdə olduğu kimi Turbo Paskal dilinin də proqram, mətn
və qrafik iş rejimləri mövcuddur. Qeyd edək ki, qrafik rejimin operator və əmrləri ilə
işləməzdən əvvəl həmin rejimə keçidi təmin etmək lazımdır. Bu məqsədlə hər şeydən
əvvəl standart modulların elanı hissəsində yeni GRAPH modulunu elan etmək tələb
olunur. Proqram daxilində qrafik rejimə keçidi təmin edəcək aşağıdakı prosedur və
funksiyalardan istifadə edilir:
Qrafik rejimə keçid aşağıdakı kimi yerinə yetirilir. Əvvəlcə adapterin qrafik
rejimdə işləməsini təmi edən prosedur verilir. Bu prosedurun ümumi şəkli aşağıdakı
kimidir:
İNİTGRAPH (, )
Burada, drayver- qrafik rejimin drayverinin tipini müəyyənləşdirən İNTEGER
tipli dəyişəndir;
rejim- qrafik adapterin iş rejimini müəyyən edən İNTEGER tipli dəyişəndir;
yol- drayver faylının yerləşdiyi yaddaş qurğusu və qovluğu göstərən sətir tipli,
yəni
STRİNG tipli dəyişəndir.
Drayveri müəyyənləşdirən sabitlər aşağıdakılardan biri ola bilər:
CONST
Detect=0; - tipin avtomatik müəyyən olunması;
CGA=1;
MCGA=2;
EGA=3;
EGA64=4;
EGAMono=5;
İBM8514=6;
HercMono=7;
ATT400=8;
VGA=9;
PC3270=10;


 80
İstifadəçi göstərilən sabitlərdən istifadə etdiyi monitora uyğun olanı seçir və
yuxarıdakı prosedurda < drayver > əvəzinə yazır. İstifadəçi işinin asanlaşdırmaq
məqsədilə qrafik rejimin adapterinin tipini Detect=0 qəbul etmək məsləhət görülür.
Çünki bu halda drayverin tipi kompüter tərəfindən avtomatik olaraq müəyyən olunur.
Qeyd etmək lazımdır ki, hər bir qrafik adapter müxtəlif rejimlərdə işləyə bilər.
Hər bir monitora uyğun olan rejimlər xüsusi sorğuda verilmişdir. Lakin istifadəçi əgər
qrafik adapterin müəyyən edilməsi üçün Detect=0 qəbul edibsə, sadəcə olaraq rejimin
tam tipli, yəni İNTEGER tipli dəyişən olmasını verməsi kifayət edər. Həmin dəyişən
də yuxarıdakı prosedurdakı ,  əvəzinə yazılır.
Drayverin yerləşdiyi qurğu və qovluq istifadəçi tərəfindən tapılmalıdır. Adətən
istifadə etdiyimiz kompüterlərdə bu drayver, yəni EGAVGA.BGİ faylı C: qurğusunun
BP qovluğunun BGİ altqovluğunda yerləşir. Yəni yuxarıdakı prosedurda < yol >
əvəzinə ‘C:\BP\BGI’ yazmaq lazımdır.
Bütün qeyd olunanlardan sonra qrafik rejimə keçid yerinə yetirilməlidir.
Keçidin düzgün olub-olmamasını yoxlamaq üçün GRAPHRESULT standart
funksiyasının qaytardığı qiymət yoxlanılmalıdır. Əgər onun qaytardığı qiymət grOK
və ya “0” olarsa, deməli, qrafik rejimə keçilib, əks halda, yəni başqa qiymət alınarsa,
onda keçiddə baş verən səhv GraphErrorMsg (dəyişən) standart funksiyası ilə
müəyyən edilərək lazımi tədbir görülür. Burada,
dəyişən- GRAPHRESULT
funksiyasının nəticəsinin mənimsədildiyi dəyişəndir.
Qrafik rejimdə iş qurtardıqdan sonra CLOSEGRAPH proseduru ilə rejim
bağlanaraq ondan çıxılır. Əgər istifadəçi müvəqqəti olaraq, qrafik rejimdən çıxıb mətn
rejiminə keçmək istəyirsə, onda sadəcə olaraq RESTORECRTMODE standart
prosedurunu verməlidir. İstifadəçi qrafik adapterin yeni iş rejimini vermək istəyirsə,
onda SETGRAPHMODE () prosedurundan istifadə edilir. Burada, rejim yeni
təyin olunan rejimin göstəricisidir.
İstifadəçi istifadə etdiyi monitorun qrafik rejimdə ekranının həm üfiqi, həm də
şaquli koordinatlarının maksimum sayını bilmək istəyirsə, onda uyğun olaraq
GETMAXX və GETMAXY standart funksiyalarından istifadə edir. Belə ki, bu
funksiyalar uyğun şəkildə üfiqi və şaquli koordinatların maksimum sayını qaytarır.
Qeyd: Ekranda koordinat başlanğıcı yuxarı sol künc hesab edilir.
Qrafik rejimdə işləyərkən istifadəçiyə tez-tez lazım olan aşağıdakı standart
prosedurları verək:
1.
Kursorun yeni mövqeyinin təyin edilməsi:
MOVETO (X, Y)


 81
Burada, X və Y- İNTEGER tipli ifadələr olub uyğun olaraq üfiqi və şaquli
koordinatları göstərir.
2. Qrafik ekranın təmizlənməsi:
CLEARDEVİCE
Sadə həndəsi fiqurların qurulması:
a) Nöqtə və xəttin çəkilməsi:
1.PUTPİXEL (X,Y, rəng)
Ekranın (X,Y) koordinatlarında , rəng ifadəsi ilə verilmiş rəngdə nöqtəni
(pikseli) çəkir. Burada, X və Y- İNTEGER tipli, rəng- WORD tirli ifadə olmalıdır.
Pixel- ekranda işıqlanan nöqtədir.
2. GETPİXEL (X, Y)
(X, Y) koordinatında yerləşən nöqtənin (pikselin) rənginə uyğun WORD tipli
qiyməti verir.
3. LİNE (X1, Y1, X2, Y2)
Başlanğıcı (X1, Y1), sonu (X2, Y2) nöqtəsində olan düz xətti çəkir. Burada X1,
Y1, X2, Y2- İNTEGER tipli ifadələdir.
3. LİNETO (X, Y)
Kursorun əvvəlcədən durduğu mövqenin koordinatları ilə (X, Y) koordinatını
birləşdirən düz xətti çəkir. X, Y- İNTEGER tipli ifadələrdir.
b)Çoxbucaqlıların çəkilməsi:
1. RECTANGLE (X1, Y1, X2, Y2)
Yuxarı sol küncü (X1, Y1) koordinatlı nöqtədə, aşağı sağ küncü isə (X2, Y2)
nöqtədə yerləşən düzbucaqlını çəkir. Burada X1, X2, Y1, Y2- İNTEGER tipli
ifadələrdir.
v) Qövslərin, çevrələrin və ellipslərin çəkilməsi:
1. CİRCLE (X,Y, R)
Mərkəzi (X, Y) koordinatlı nöqtədə, radiusu R-ə (piksellə) bərabər olan çevrə
çəkir. Burada X, Y- İNTEGER tipli, R- WORD tipli ifadələrdir.
2. ARC (X, Y, başlanğıc bucaq, son bucaqR)
Mərkəzi (X, Y) koordinatlı nöqtədə yerləşən, radiusu R olan, başlanğıc bucağı-
başlanğıc bucaq, son bucağı- son bucaq olan cevrə qövsü çəkilir. Burada, X, Y-
İNTEGER; başlanğıc bucaq, son bucaq, R- WORD tipli ifadələrdir. Qeyd edək ki,
bucaqlar saat əqrəbinin hərəkətinin əksi istiqamətində hesablanaraq dərəcələrlə verilir.
3.ELLİPSE (X, Y, başlanğıc bucaq, son bucaq, RX, RY)
Mərkəzi (X.Y) koordinatlı nöqtədə , başlanğıc və son bucaqları uyğun olaraq
başlanğıc bucaq, son bucaq, radiusları isə Rx və Ry olan ellips cəkir.


 82
Burada, X, Y- İNTEGER; başlanğıc bucaq, son bucaq, RX, RY- WORD
tipli ifadələrdir.
q) Rənglər və fiqur daxilinin doldurulmasının təyini:
1. SETCOLOR (rəng)
Çəkiləcək xətlər və simvollar üçün rəng ifadəsi ilə verilən rəngi təyin edir.
Rənglərə uyğun rəqəmlə 0..15 arasında dəyişir.
2.SETBKCOLOR (rəng)
Ekranın fonunun rəngini müəyyən edir.
3.SETFİLLSTYLE (ştrix, rəng)
Ştrixləmənin üslubunu təyin edir. Burada, ştrix- WORD tipli ifadə olub ştrixin
tipini; rəng- WORD tipli ifadə olub ştrixin rəngini göstərir.
Ştrixləmə üçün 0..12 arasında rəqəmlərdən istifadə etmək olar.
Paskal dilində tərtib edilmiş proqramın yerinə yetirilməsi və idarəetmə ilə
əlaqəli redaktorun əsas əmrləri aşağıdakılardır.
-Proqram mətnini fayl şəklində yadda saxlanılması üçün FİLE menyusunun
SAVE AS və ya SAVE əmrlərindən istifadə edilir. Proqramın yaddaşdan çağırılması
üçün FİLE menyusunun OPEN əmrindən, yeni faylın yaradılması üçün həmin
menyunun NEW əmrindən istifadə edilir. Redaktordan çıxış üçün FİLE menyusunun
EXİT əmri verilməlidir;
- Proqram daxilində düzəlişlərin aparılması üçün EDİT menyusunun əmrləri
istifadə edilir: proqram hissəsinin surətinin yaradılması –COPY, bloka alınmış
hissənin silinməsi CLEAR, bloka alınmış hissənin ekrandan kəsilərək götürülməsi-
CUT (bu halda həmin hissə buferə (müvəqqəti yaddaşa yazılır) ), buferdəki məlumatın
proqrama əlavəsi-PASTE və s;
- Proqram tərtib edildikdən sonra COMPİLE menyusunun eyni adlı əmri ilə
kompilyasiya edilir. Bu isə həm proqramın maşın kodlarına çevrilməsini, həm də
proqramda olan səhvlərin (sintaksis, sematik, məntiqi və tələbata digər
uyğunsuzluqlar) tapılmasına şərait yaradır;
-Proqramın yerinə yetirilməsi üçün RUN menyusunun eyni adlı əmrindən
istifadə edilir;
- Proqram nəticələrinin nəzərdən keçirilməsi məqsədilə DEBUG menyusunun
OUTPUT (proqram mətni ekranda qalmaqla nəticələrə baxış) və USER SCREEN
(nəticələrə tam ekranda baxış) əmrlərindən istifadə edilir.
Qeyd edək ki, burada digər əməliyyatların da yerinə yetirilməsi üçün əmrlər
mövcuddur.


 83

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin