Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


TƏDRİS-METODİKİ KOMPLEKS (TƏLİM VASİTƏLƏRİ) VƏ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə88/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   84   85   86   87   88   89   90   91   ...   94
Informatika-Muhazireler-2

TƏDRİS-METODİKİ KOMPLEKS (TƏLİM VASİTƏLƏRİ) VƏ
ONLARIN TƏKMİLLƏŞDİRİLMƏSİ
İTM-nin tədrisi metodikasının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri
məqsədəuyğun tədris-metodiki kompleks (təlim vasitələri) yaradılmasıdır. İTM üzrə
tədris-metodiki kompleks təkcə dərslik və müəllim üçün metodik vəsaitdən ibarət
olmayıb, həm də əlavə oxumaq üçün geniş ədəbiyyat sistemindən, pedaqoci proqram
vasitələrindən (PPV) və onların tətbiqi üzrə metodik vasitələrdən ibarətdir. Tədris-


 194
metodiki kompleksin mürəkkəbliyi bu kompleksin yaradılması işinə pedaqogika və
psixologiya üzrə mütəxəssislərin və müəllimlərin geniş dairəsinin cəlb olunmasını
tələb edir.
HT-nin təlim vasitəsi kimi tətbiq edildiyi müasir mərhələdə PPV-lər
yaradılması, xüsusilə İTM-nin tədrisi üçün aktual vəzifədir. PPV yaradılması onların
tədris prosesinə tətbiqləri konsepsiyasının işlənib hazırlanmasını tələb edir. Bu
konsepsiya təlimin təkmilləşdirilməsi üzrə məsələlərinin həlli üçün PPV-dən səmərəli
istifadə şərtlərinin təhlili ilə bərabər, həm də PPV-ləri İTM təliminin məqsədlərindən
və məzmunundan irəli gələn metodiki tələblər sisteminin təhlilini zəruri edir. Bu gün
PPV-lərə psixoloci-pedaqoci tələblərin ön plana çəkilməsi problemi daha geniş şəkildə
qoyulur.
Perspektivdə tədris proqram təminatı yaradılması vəzifəsi durur. Bu təminat
şagirdlər qarşısında kompüterin daha bir mühüm vəzifəsinin – insanın təfəkkür fəaliy-
yəti üçün alət də ola bilməsinin mahiyyətini açır.
Şagirdlr üçün instrumental proqramlar yaradılması onlarda kompüterdən tədris
fəaliyyətinin səmərəliliyini yüksəldən vasitə kimi istifadə vərdişləri yaratmalıdır.
Şübhə yoxdur ki, təlimdə istifadə olunan PPV-lər biliklər verilməsi və
bacarıqlar formalaşdırılması prosesini təmin etməklə bərabər, həm də onların şagirdlər
tərəfindən mənimsənilməsinə operativ nəzarət edə bilməlidir. Bu isə diaqnostik
proqramlar sistemi yaradılmasını tələb edir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin