193
dir: hazırkı kursdan fərqli olaraq kompüter savadı formalaşdırmaq vəzifəsi deyil,
şagirdlərin informatika əsasları ilə fundamental elm sahəsi kimi tanış edilməsi vəzifəsi
irəli sürüləcəkdir.
Ü ç ü n c ü m ə r h ə l ə təlimdə HT vasitələrinin
geniş tətbiqlərinə əsaslanan
yeni informasiya texnologiyasının formalaşdırılmasında növbəti addım olacaqdır. Bu
mərhələnin təkcə təlim metodikasının sadəcə dəyişdirilməsi ilə deyil, bütün tədris
prosesinin əsaslı şəkildə yenidən qurulması ilə xarakterizə olunacağı gözlənilir. Bu isə
TMS-də radikal dəyişikliklərə gətirəcək, o cümlədən
müxtəlif təlim vasitələrinin
dərslik və pedaqoci proqram vasitələrinin, kompüter ilə ənənəvi texniki təlimin vasitə-
ləri və s. arasında uyğunluq yaradılması problemi aktuallaşacaqdır.
İTM üzrə TMS-in təkmilləşdirilməsi probleminin həlli onun aşağıdakı
kompanentlərinin dəyişdirilməsi ilə sıx əlaqədardır:
– İTM-nin tədrisi təcrübəsinin ümumiləşdirilməsi və aparılan
tədqiqatlar
əsasında məqsədlər sisteminin
dəyişdirilməsi;
– təlimin məqsədlərinin yeni travtovkasına uyğun olaraq İTM kursunun
məzmununun dəyişdirilməsi;
– (digər təlim vasitələrini inkar etmədən) kompüterdən təlim vasitəsi kimi
geniş istifadə olunması ilə əlaqədar olan təlim metodlarının dəyişdirilməsi;
– fənnin xarakterik xüsusiyyətlərini nəzərə almaqla
məşğələlərin təşkili
formalarının dəyişdirilməsi.
Bütün bu dəyişikliklərə sıx qarşılıqlı əlaqədə, yeganə şəkildə
baxılmalıdır.
Dostları ilə paylaş: