1. Lokal şəbəkələr ( LAN-Lokal Area Network);
2. Qlobal şəbəkələr (WAN- Wide Area Network).
Hər bir kompyuterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompyuterdə qoyulmuş
proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompyuterin öz resurslarını idarə edən
(əməliyyat sistemi) və digər kompyuterlərlə mübadiləni idarə edən.
Şəbəkə resurslarını şəbəkə proqram təminatı idarə edir ki, bu da şəbəkə proqramı şəklində ayrıca
paket ya da şəbəkə əməliyyat sistemi şəklində həyata keçirilir.
Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompyuter sistemlərinin
qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat açıq sistemlərin
qarşılıqlı əlaqəsini təmin edən Etalon model təklif etmişdir. 1983-cü ildə Beynalxalq standartlaşma
institutu tərəfindən şəbəkələrin qarşılıqlı əlaqələrinin əsası olan model yaradıldı. Bu model OSI (Open
System Interconnection) (Qarşılıqlı Əlaqəli Açıq Sistem) adlandırılaraq müasir kompyuter şəbəkələrinin
əsasını təşkil edir.
OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə
səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə
yetirməsini göstərir.
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür:
fiziki səviyyə;
kanal səviyyəsi;
şəbəkə səviyyəsi;
nəqliyyat səviyyəsi;
seans səviyyəsi;
təqdimetmə səviyyəsi;
tətbiqi səviyyə.
Dostları ilə paylaş: