Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 11. İSTEHSALIN UÇOTU VƏ MƏHSULUN



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə61/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   91
document hrclubaz 226

MÖVZU 11. İSTEHSALIN UÇOTU VƏ MƏHSULUN 
MAYA DƏYƏRİNİN KALKULYASİYASI 
11.1. Məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyası üzrə ümumi müddəalar 
 
Məhsulun maya dəyəri müəssisənin istehsal, təsərrüfat və 
maliyyə fəaliyyətinin bütün cəhətlərini özündə ehtiva edən gös-
təricidir. Ona görə də istehsal məsrəflərinin uçotu və məhsulun 
maya dəyərinin kalkulyasiyası mühasibat uçotunun əsas sahələ-
rindən biri hesab olunur. Mövcud planlaşdırma sistemində 
müəssisənin fəaliyyətini qiymətləndirmək üçü istifadə edilən 
əsas göstəricilərdən biri də mənfəət göstəricisidir. Müəssisənin 
istehsal təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasında və mən-
fəətin artırılmasında maya dəyərinin aşağı salınması həlledici 
rol oynayır. Bu baxımdan da müəssisələrdə məsrəflərin uçotu-
nun tələb olunan səviyyədə aparılmasına (təşkilinə) və məhsu-
lun maya dəyərinin kalkulyasiyasının dəqiq və düzgün hesab-
lanmasına xüsusi fikir verilir. Mühasibat uçotu məhsulun isteh-
salı və satışı ilə bağlı olan xərclərin düzgün əks etdirilməsini, 
onların üzərində ciddi nəzarət olunmasını təmin edir və maya 
dəyərinin aşağı salınması planının yerinə yetirilməsinə müsbət 
təsir göstərir. Buradan da məsrəflərin uçotunun əsas vəzifəsi 
aşağıdakılardan ibarətdir: 
1. Məhsulun istehsalı və satışı ilə əlaqədar olan faktiki 
xərclərin vaxtında, tam və düzgün əks etdirilməsi; 
2. Norma, normativlər, smeta və limitlərlə müqayisə et-
məklə istehsal prosesində istifadə olunan material resurslar, pul 
vəsaitləri və əmək məsrəfləri üzərində nəzarətin təşkili; 
3. Müəssisənin sexlərə və digər struktur bölmələri üzrə 
faktiki məsrəflərin aşkara çıxarılması; 
4. Müəyyən hesabat dövrləri üzrə müəssisənin istehsal tə-
sərrüfat fəaliyyətinin nəticələrini aşkara çıxarmaq və istehsal 


139 
məsrəflərinin azaldılması (ixtisar edilməsi) ehtiyatlarının aşka-
ra çıxarılması məqsədi ilə məhsulun maya dəyəri planının yeri-
nə yetirilməsi vəziyyətinin yoxlanılması, təhlili və qiymətləndi-
rilməsi kimi işlərin həyata keçirilməsi; 
5. Əmtəəlik məhsulun, bitməmiş istehsalın və konkret 
növ məhsulların daha düzgün hesablanmasının təmin edilməsi. 
Sovet dövründə sənayedə istehsal məsrəflərinin planlaş-
dırılması və uçotunun məhsulun maya dəyərinin hesablanması 
metodologiyasını tənzimləyən əsas sənəd “Sənaye müəssisələ-
rində məhsulun maya dəyərinin planlaşdırılması uçotu və kal-
kulyasiyası” üzrə təlimat olmuşdur. Bu sənədə əsasən nazirlik-
lər və baş idarələr tərəfində sənayenin ayrı-ayrı sahələri üçün 
“Məhsulun maya dəyərinin planlaşdırılması, məhsulun uçotu 
və kalkulyasiyası” üzrə təlimatlar hazırlanmışdır. 
İstehsal müəssisələrinin maliyyə, təsərrüfat fəaliyyəti 
yoxlanılarkən və təhlil edilərkən daxili və xarici auditorlar tərə-
findən yoxlanılarkən istehsal məsrəflərinin uçotunun əsas prin-
siplərinə ciddi riayət etməlidirlər. İstehsal məsrəfləri uçotunun 
təşkilində və məhsulun maya dəyərinin kalkulyasiyasında ən 
mühüm şərtlərdən biri də istehsal məsrəflərinin düzgün təsnif-
ləşdirilməsidir. Məhsulun maya dəyərini təşkil edən xərcləri 
uçota alarkən və məhsulun plan və faktiki maya dəyərini he-
sablayarkən məhsulun maya dəyərinə daxil edilən və edilmə-
yən xərclər haqqında real biliyə malik olmaq və həmin xərcləri 
bir-birindən düzgün ayırd etməyi bacarmaq lazımdır.
Əks halda məhsulun maya dəyəri digər mənbələr hesabı-
na silinməli olan xərclər hesabına şişirdilmiş olar. 
Yeri gəlmişkən qeyd edək ki, məhsulun maya dəyərinə 
daxil edilməyən xərclər əsas vəsaitlərin əsaslı təmirinə sərf edi-
lən məsrəflər, müəssisə işçilərinin mədəni-məşğul ehtiyaclarına 
çəkilən xərclər, bank kreditləri üçün ödənişlərin faiz məbləğlə-
ri, cərimələr, premiyalar, dəbbə pulları və s. xərclər aiddir. Bu 


140 
xərclər yaradılmış xüsusi fondlar, mənfəət və s. mənbələr hesa-
bına silinir. 
Məsrəflər əsasən aşağıdakı əlamətlər üzrə təsnifəşdirilir: 
1. məsrəflərin iqtisadi məzmununa görə; 
2. məsrəflərin texniki-iqtisadi təyinatına görə; 
3. məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə; 
4. məhsulun həcmi ilə bağlı olan xüsusiyyətlərə görə. 
İqtisadi məzmununa görə istehsal məsrəfləri iqtisadi ele-
mentləri və kalkulyasiya maddələri xərc maddələri üzrə təsnif-
ləşdirilir. 
İqtisadi elementlər dedikdə məhsul istehsalına ilkin eyni-
cinsli məsrəflər başa düşülür. Bu xərcləri müəssisə çərçivəsin-
də tərkib hissələrinə parçalamaq mümkün deyil. Məsələn, xam-
mal və əsas material, köməkçi materiallar, əməkhaqqı, kənar-
dan satın alınan enerji və s. Məsrəflərin elementlər üzrə bölgü-
sü bütövlükdə müəssisə üzrə plan və faktiki istehsal məsrəfləri-
ni müəyyən etmək üçün lazımdır. 
Məsrəflər texniki-iqtisadi təyinatı və məqsədli istifadəsi 
üzrə - əsas xərclərə və istehsala xidmət və idarəetmə xərclərinə 
ayrılır. 
Əsas xərclərə məhsul buraxılışının texnoloji proseslərinin 
yerinə yetirilməsi və satışı ilə əlaqədar olan xərclər daxildir. Bu 
xərclərə - sərf edilmiş xammalın, materialların, yarımfabrikat-
ların maya dəyəri; texnoloji məqsədlər üçün istifadə edilən ya-
nacaq və enerjinin maya dəyəri; istehsalat fəhlələrinin əsas və 
əlavə əmək haqqı; bu işçilərin əmək haqqından sosial sığortaya 
ayrılmalar; istehsalın hazırlanması və mənimsənilməsi xərcləri. 
İstehsala xidmət və idarəetmə xərcləri – istehsal prosesi-
nin təşkili və xidməti və onların ayrı-ayrı bölmələr, həm də bü-
tövlükdə idarə olunması ilə əlaqədar olan xərclərdən ibarətdir. 
Bu xərclərə üstəlik xərclər də deyilir. Bunlara idarə aparatının 
saxlanılması xərcləri, istehsala xidmət xərcləri, əmək mühafi-
zəli, bina və qurğuların saxlanılması xərcləri və s. daxildir. 


141 
Bunlar ümumsex və ümumzavod xərclərindən ibarətdir. Ayrı-
ayrı məhsul növlərinə aid edilmə üsuluna görə xərclər – müstə-
qim (birbaşa) və qeyri-müstəqim (dolayı) xərclərə ayrılır. Müs-
təqim (birbaşa) xərclər bilavasitə ayrı-ayrı növ məhsul istehsalı 
ilə bağlıdır (xammal, material, və s.). Bu xərclər istehsal edilən 
məhsulun əsasını təşkil edir. Bunlarsız məhsul istehsal etmək 
olmaz. Qeyri-müstəqim (dolayı) xərclərə sexdə və yaxud bü-
tövlükdə müəssisədə istehsal edilən bir neçə növ məhsul isteh-
salı ilə bağlıdır (ümumsex və ümumzavod xərcləri). Qeyri-
müstəqim (dolayı) xərclər ay ərzində tonlayıcı-bölüşdürücü he-
sablarda cəmlənir və ayın axırında müəyyən edilmiş metodika-
ya (istehsal əmək haqqına, avadanlığın (dəzgahların) işlərinin 
maşın - dəzgah - saatların miqdarına mütənasib olaraq) uyğun 
olaraq ayrı-ayrı növləri arasında bölüşdürülür.
Məsrəflərin ayrı-ayrı məhsul növlərinə daxil edilməsi 
üsuluna görə müstəqim (birbaşa) və qeyri-müstəqim (dolayı) 
xərclərə bölünməsi xərc maddələrinin kalkulyasiya nomenkla-
turasına, istehsal məsrəflərinin uçotunun təşkilinə, məsrəflərin 
uçotu və məhsulun maya dəyərinin kalkulyasiyasına əhəmiy-
yətli dərəcədə təsir edir.
Məhsul istehsalı ilə əlaqə xarakterinə görə, başqa sözlə 
desək istehsal prosesindəki və məhsul satışındakı roluna görə 
məsrəflər istehsal və qeyri-istehsal xərclərinə bölünür. Məhsul 
istehsalı əlaqədar olan xərclər istehsal məsrəflərinə aiddir. 
Məhsulların satışı ilə əlaqədar olan xərclərə qeyri-istehsal 
xərcləri deyilir. Bunlara – hazır məhsulun taralaşdırılması, yola 
salınma stansiyasına qədər nəqliyyat xərcləri, yükləmə, boşalt-
ma xərcləri və digər satış xərcləri daxildir. 
Sənaye müəssisələrində məsrəflərin əmələ gəldikləri yer-
lər üzrə təsnifatı da maya dəyərinin hesablanması və kalkulya-
siyalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir (əsas və kö-
məkçi istehsalat ayrı-ayrı sexlər, istehsal mərhələləri və digər 
struktur bölmələri). 


142 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin