Yanğın təhlükəsizliyi haqqında
Azərbaycan Respublikası Qanunu
I f
əsil. Ümumi müddəalar
Madd
ə 1. Qanunda istifadə olunan əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) yanğın — maddi
ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə
təbiətə zərər yetirən nəzarətsiz yanmadır;
2) yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin
təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün
yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və
vasitələrin məcmusudur;
3) yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və
qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət
nəzarəti fəaliyyətinin xüsusi növüdür;
4) yanğın təhlükəsizliyi — təşkilati,
iqtisadi, sosial, elmi-texniki,
tərbiyə və
təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və
obyektlərinin, binaların, qurğuların, inzibati-ərazi vahidlərinin, şəhərlərin,
rayonların və digər yaşayış məntəqələrinin
təhlükəsiz fəaliyyətini, yanğınların
törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə
sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının
mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf
mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv
olmaqdan qorumalıdır;
5) yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək
məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş,
sosial və texniki xarakterli xüsusi şərtdir;
6) yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi
tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;
7) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə
yönəldilmiş qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və
elmi-texniki xarakterli tədbirlərin məcmusudur;
8) yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını
almaq və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları,
istehsalın təşkili və binaların (ərazilərin) sazlanması qaydasıdır;
9) yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o
cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi
sahəsində
fəaliyyətdir;
10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə,
yanğınların söndürülməsinə yönəldilmiş əməliyyatlardır;
11) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların,
əmlakın xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım
göstərilməsi üçün yanğından mühafizənin apardığı operativ əməliyyatdır;
12) yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin
edilməsi üçün nəzərdə tutulan xüsusi texniki
və elmi-texniki məhsul, o cümlədən
yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı,
yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi rabitə və idarəetmə
vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları,
habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir;
13) yanğından mühafizə qarnizonu — müəyyən ərazidə yerləşdirilmiş yanğından
mühafizə orqanlarının,
bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-
texniki tədris müəssisələrinin məcmusudur.