Yanğın təhlükəsizliyi haqqında


Madd ə 24. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix26.02.2023
ölçüsü485,55 Kb.
#85616
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
313 q

Madd
ə 24. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və 
h
əyata keçirilməsi
Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın 
təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla 
mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, 
konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi 
əsasında işlənib hazırlanır. 
Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq 
texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın 
təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi 
tədbirlərini hökmən göstərməlidirlər. 
Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o 
cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib 
hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı, 
avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi 
barəsində qərarlar hökmən nəzərdə tutulmalıdır. 
Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini 
müvafiq icra hakimiyyəti orqanları
 hazırlayır və həyata keçirirlər. 
Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə 
təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya 
layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə 
tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində 
hökmən Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 ilə 
razılaşdırılmalıdır. 
Madd

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin