Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


olunur. SEƏD və SEƏB-nin üzərinə aşağıdakı vəzifələr qoyulur



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə78/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

olunur. SEƏD və SEƏB-nin üzərinə aşağıdakı vəzifələr qoyulur: 
1. İHYD-si və digər tibbi müəssisələrə metodik köməyin göstərilməsi; 
2. İHYD-ni dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri ilə təmin etmək; 
3. İHYD-ni əhalinin daha sanitar təmizlənməsi üçün dezinfeksiya – duşxana avtomobili və ya 
qurğusu ilə təmin etmək; 
4. Xəstələrin və yığılmış patoloji materialların bakterioloji laboratoriyada müayinəsinin təşkili; 
5. İHYD-ni və digər müalicə-profilaktika müəssisələrini peyvənd materialları, anatoksin, bakterifaq 
və antibiotiklərə təmin etmək; 
6. Bitki və heyvanların mühafizə xidmətlərinin patofitogiya və veterinar laboratoriya ilə qarşılıqlı 
əlaqəsinin təşkili. 
SEƏD-in şəxsi heyəti 65 nəfərdən ibarətdir. Dəstə idarə və 3 şöbəyə bölünür: 
1. İdarə - 29 nəfər; 
2. 1-ci sanitar – epidemioloji şöbə - 7 nəfər; 
3. 2-ci laboratoriya şöbəsi – 18 nəfər; 
Bu şöbə 3 istiqamətdə fəaliyyət göstərir (bakterioloji, sanitar – kimyəvi və radioloji); -3-cü 
dezinfeksiya şöbəsi – 11 nəfər; 
Şəxsi heyətin 9 nəfəri həkim, 10 nəfəri orta tibb işçisi və yerdə qalanları kiçik tibb işçilərindən 
ibarətdir. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
63
MÖVZU 30
 
 
Tam və qismən sanitar təmizlənmə 
Radiasiya kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə və kütləvi qırğın 
silahları (nüvə, kimyəvi, bioloji) tətbiq edildikdə insanların dərisi, paltarları, texniki vasitələr, binalar, 
mühafizə qurğuları və s. zəhərlənə bilər. Radioaktiv maddələrin təsiri bir neçə gün ərzində, damcı 
şəklində olan zəhərləyici maddələr bir neçə gün, soyuq vaxtlarda isə bir neçə həftə və ay davam edir. 
Bioloji vasitələrin təsir müddəti bir neçə gün və ay ola bilər.
İnsanlar zəhərləndikdə sanitariya təmizlənməsindən, ərazilər, qurğular, binalar, texniki vasitələr 
xüsusi təmizlənmədən keçməlidirlər. Sanitariya təmizləməsi adamların bədənini və paltarlarını 
zəhərlənmələrdən təmizləməkdən ibarətdir. Bu təmizlənmə qismən və tam ola bilər. Adamların 
sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır. Qismən sanitariya 
təmizlənməsi zədələnmə ocağında və oradan çıxarkən hər bir adam tərəfindən müstəqil olaraq aparılır. 
Qismən sanitar təmizlənməni bədənin açıq səthlərinə, paltara, ayaqqabılara və fərdi mühafizə 
vasitələrinə düşmüş radioaktiv maddələrin və bakterial vasitələrin kənar edilməsindən və 
zərərsizləşdirilməsindən ibarətdir. Qismən təmizlənmə zədələnmə ocaqlarında və yaxud onlardan 
çıxandan sonra vaxt az olduqda bədənin açıq hissələrini müstəqil təmizləməklə bitir. 
Qismən sanitariya təmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin