Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
69
MÖVZU 33
Fövqəladə vəziyyətlərdə uşaqlara, hamilə qadınlara və zahı qadınlara
göstərilən ilk tibbi yardım
Uşaqlara göstərilən ilk tibbi yardım - Uşaqlarda baş verən travmaların klinikası orqanizmin
anatomotopoqrafik və toxumaların morfoloji quruluşundan asılıdır. Uşaqların tənəffüs sistemi bir sıra
xüsusiyyətləri ilə fərqlənir: toxumaların zədələnməsinə meyilli olması, tənəffüs yollarının darlığı, ağ
ciyərlərin az havalı olması, döş qəfəsi divarının nazik olması, qığırdaq toxuması hesabına
elastik
olması və s. Ona görə də zədələnmələr zamanı ağciyərlərin ventilyasiyası kəskin zəifləyir, tənəffüs
yollarının keçiriciliyi pozulur, pnevmoniya və atelektazların əmələ gəlməsinə, döş qəfəsi sümükləri
zədələnmədən daxili orqanların yaralanmasına meyilli olurlar.
Ürək-damar sisteminin xüsusiyyətləri bunlardır: yüksək periferik müqavimət,
ürəyin vurğu
həcminin kiçik olması, yaşla əlaqədar baroreseptorlarının zəifliyi, ürək-damar sisteminə simpatik sinir
sisteminin təsiri və s. Bu hallar sirkulyator pozğunluqlara və kompensasiyanın tez bir vaxtda
dekompensasiyaya keçməsi ilə nəticələnir.
Böyrək epitelinin natamam inkişafı, aşağı osmolyar
konsentrasiya xüsusiyyəti, suyun
reabsorbsiyası ilə əlaqədar travmalar zamanı
uşaqlarda metobolik asidoza, böyrək çatmamazlığının
inkişafına meyillilik yaradır. Qarın divarının elastikliyi, qarın
əzələlərinin zəifliyi, qarın boşluğu
orqanlarının ölçülərinin böyüklüyü qarının qapalı travmalarında ağırlaşmaların yaranmasına
şərait
yaradır.
Dayaq hərəkət aparatının xüsusiyyətləri: böyüklərə nisbətən uşaqlarda sınıqlara, onurğanın
zədələnməsinə az rast gəlmək olur. Belə ki, uşaqlarda sümüklər və bağ aparatının elastikliyi, onurğa
sütünunun hərəkətlilik dərəcəsi zədələnmələrin sayını azaltmış olur. Eyni zamanda fəqərəarası
disklərin yerdəyişməsi hesabına onurğa beyninin zədələnməsi müşahidə oluna bilər.
Ancaq yuxarıda qeyd olunanlara baxmayaraq, uşağın vəziyyətinin ağırlıq dərəcəsini təyin etmək
o qədər də asan deyil. Bunun üçün zədələnmənin ağırlıq dərəcəsinin parametrik cədvəli müəyyən
edilmişdir. Məsələn ağciyər zədələnməsi 3,0; ürəyin zədələnməsi 1,1; başbeyinin travması 0,5;
onurğanın zədələnməsi 1,6; bud sümüyünün zədələnməsi 2,7; və s. Politravmaların ağırlıq dərəcəsi bal
sistemi ilə təyin edilir. Bal sisteminə əsasən zədələnmələrin 6 baldan yuxarı olması travmatik şokun
inkişafına təhlükə sayılır.
Yanıq şokunu uşağın yaşı və termik zədələnmələrin sahəsi ilə müəyyən olunur. Belə ki, bədən
səthinin 10%-dən yuxarı (3 yaşa qədər uşaqlarda 5%) zədələnməsində yanıq şoku inkişaf edir. 3
dərəcəsi var: I,II, III.
Ağır mexaniki və termiki travmalar zamanı uşaqlarda həyati vacib funksiyaların bərpa olunması
ilk tibbi yardımın vaxtında aparılmasından və növbəti etapa təxliyyəsindən çox asılıdır. İlk tibbi
yardım zədə alınan yerdı əlaltı və tabel vasitələrindən istifadə etməklə sadə tibbi tədbirlərin həyata
keçirilməsi deməkdir.
Dostları ilə paylaş: