Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 65
MÖVZU 31 Kombinəolunmuş zədələnmə ocağında yaranmış şəraitin qiymətləndirilməsi Müasir dövrdə nüvə, kimyəvi və bakterioloji silahların eyni zamanda, ya da onların ardıcıl tətbiqi
təhlükəsi mövcuddur. Onlar aşağıda göstərilən variantlardır:
1. Nüvə və kimyəvi;
2. Nüvə və bakterioloji;
3. Kimyəvi və bakterioloji;
4. KQS-ri adi silahlarla da tətbiq oluna bilərlər.
İki və ya daha artıq kimyəvi qırğın silahlarının yaxud digər hücum vasitələrinin təsiri nəticəsində
yerin və obyektlərin zərərləşməsi və xilasedici işlərinin aparılmasını tələb edən vəziyyət yaranmış
əraziyə kombinəolunmuş zədələnmələr ocağı deyilir.
Kombinəolunmuş zədələnmələr ocağında ümumi vəziyyət çox böyük dağıntılarla,
kommunikasiyaların sıradan çıxması ilə, obyektlərin zədələnməsi, çoxlu itkilərlə, son dərəcə ağır
vəziyyətlə, əhali arasında vahimə və kütləvi kombinəolunmuş zədələnmələrin ağırlığı ilə, eyni vaxtda
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanların sayının kəskin surətdə artması ilə digər ocaqlardan
fərqlənir.
Bir neçə silahın insan orqanizminə təsiri nəticəsində kombinəolunmuş zədələnmələr: 1. Mexaniki travmalar, yanıqlar, radiasiya zədələnmələri;
2. Mexaniki travmalar, zəhərlənmələr, yoluxucu xəstəliklər;
3. Şüa zədələnmələri, mexaniki travmalar, yanıqlar və s. kütləvi halda baş verməsi.
Məlum olduğu kimi bir növ zədələnmələr digərlərinin gedişini ağırlaşdırır. Kombinəolunmuş
zədələnmələrin bu xüsusiyyəti ―qarşılıqlı ağırlaşdırma sindromu‖ kimi məlumdur. Məsələn, şüa
xəstəliyi yoluxucu xəstəliklərin gedişini xeyli ağırlaşdırır. Kombinəolunmuş zədələnmələr ocağında
yaranmış şəraiti qiymətləndirəndə bütün qeyd edilmiş amilləri o cümlədən, yerin meteoroloji və
coğrafi xüsusiyyətlərini, yaşayış məntəqələrinin xarakteristikasını təhlil edərək MMTX qurumlarının
fəaliyyəti və əhalinin tibbi təminatının səmərəli təşkili üzrə qərar qəbul edilməlidir. Belə hallarda tibb
xidməti ―ekstremal postsindrom‖ diaqnostikası taktikasını tətbiq edir, yəni həyatı vacib orqanların
funksiyasının bərpası ön plana çəkilir.