Məzarların ziyarəti
Camal: Nə üçün siz şiələr, özünüzə çətinlik yaradırsınız?
Cavad: Hansı çətinlik?
Camal: Yə`ni, Peyğəmbərin (s), imamların (ə) və saleh bəndələrin qəbirlərini ziyarət
edirsiniz?!
Cavad: Bunun nə eybi var?
Camal: Bu iş, haramdır və Allaha şirk qoşmaq sayılır!
Cavad: Təəccüb edirəm ki, siz də bə`zi nadan insanlar kimi danışırsınız. Güman
etmirdim ki, sizin kimi ziyalı bir şəxs, əldə heç bir sübut olmadan belə bir kor-koranə
təəssübkeşliyə qapılsın. Mən həmişə sizə, həqiqətsevərlik ruhiyyənizə görə xüsusi
ehtiram göstərmişəm.
Camal: Sizin fikrinizcə mən də əsassız təəssübkeşliyə qapılmışam?
Cavad: Bəli, düzdür.
Camal: Nə üçün belə fikirləşirsiniz?
Cavad: Əgər həqiqəti bilmək istəyirsinizsə, gəlin, qəbirləri ziyarət etmək barədə ətraflı
söhbət edək. Bu vaxt aydın olacaq ki, kim, haqlıdır və kim, yersiz təəssübkeşliyə
düçar olub.
Camal: Mən, hazıram, çünki tam əminəm ki, qəbirləri ziyarət etmək şirkdir.
Cavad: Hansı əsasla siz, bu əməli şirk hesab edirsiniz?
Camal: çünki bu əməl, bir növ müşriklərin bütə sitayişinə bənzəyir.
Cavad: Sənin sübutun yalnız budur?
Camal: Bəli. Bütpərəstlər bütlərin ətrafına cəm olduğu kimi, qəbirləri ziyarət edənlər
də qəbirlərin ətrafına cəm olurlar.
Cavad: Deməli, qəbirlərin ətrafına toplaşmaq, onları ziyarət etməyin şirk olduğunu
göstərir?
Camal: Bəli.
Cavad: Onda bütün müsəlmanlar, hətta bütün insanlar- siz də daxil olmaqla-
müşrikdirlər.
Camal: Hansı səbəbə görə?
Cavad: Siz, Həcc ziyarətinə getmisiniz?
Camal: Bəli.
Cavad: Məscidül-həramda namaz qılmısınız?
Camal: Bəli.
Cavad: Orada müşahidə etmisiz ki, namaz vaxtı bütün müsəlmanlar özü Kə`bəyə
tərəf dayanırlar?
Camal: Bəli, görmüşəm. özüm də belə namaz qılmışam, yə`ni Allah evinin hansı
tərəfində dayansaydım, özümü Kə`bəyə tərəf tuturdum. çünki namazı özü Kə`bəyə
tərəf qılmaq lazımdır, əks təqdirdə namaz batildir.
Cavad: Elə bu səbəbə görə bütün müsəlmanlar və siz də müşriksiniz!!!
Camal: Nə üçün?
Cavad: çünki ibadət halında bütpərəstlər bütə tərəf üz tutub ibadət etdikləri kimi biz də
özümüzü Kə`bəyə tərəf tuturuq. Bir fərqlə ki, onlar, özlərinin düzəltdikləri bütlərə tərəf
dayanıb, onlara sitayiş edirlər, amma biz, ibadət etdikdə özümüzü daşdan tikilən bir
evə tərəf tuturuq.
Camal: İbadət edərkən mənim Kə`bə evinə tərəf dayanmağımla bütpərəstlərin bütə
tərəf dayanmağı ilə böyük fərq vardır.
Cavad: Hansı fərq?
Camal: Mən və başqa müsəlmanlar namaz qılarkən üzü Kə`bəyə tərəf dayanırıq,
amma bu o demək deyil ki, biz, Kə`bəyə Allah əvəzinə sitayiş edirik. Əksinə biz,
Allahın hökmünə itaət edirik. Bütpərəstlər isə bütlərə Allah kimi sitayiş etdikləri üçün
ibadət vaxtı üzü onlara tərəf dayanırlar. Xülasə, bütpərəstlər ibadət edərkən üzü
bütlərə tərəf dayanıb, bütün vücudları ilə onlara sitayiş edirlər. Amma biz, namaz
qılarkən bütün varlığımızla Allaha sitayiş edirik. Odur ki, bütpərəstlərin əməlləri açıq-
aşkara bir şirkdir. Biz isə Allahın əmrinə itaət edərək üzü Kə`bəyə tərəf dayanırıq.
Yenə də bizi şirklə ittihamlandırırsan? Halbuki, bizim ibadətlə onların ibadəti arasında
yerdən göyə qədər fərq vardır.
Cavad: Sizin bu izahınıza əsasən rəftarların zahiri oxşarlığı şirkin icad olmasına
səbəb olmur. Əks təqdirdə sizin də ibadətiniz bütpərəstlərin ibadətinə bənzədiyi üçün
əməliniz şirk sayılardı. Bütpərəstlərin niyyəti sırf şəkildə bütlərə sitayiş etmək olduğu
üçün onların əməlləri şirk sayılır. Amma müsəlmanların üzü Kə`bəyə tərəf dayanıb,
ibadət etməyi şirk sayılmır, çünki onların niyyəti Kə`bə evinə sitayiş etmək deyil.
Camal: Doğrudur.
Cavad: Bilməlisiniz ki, biz şiələr və ya digər müsəlmanlar Peyğəmbərin (s), imamların
(ə) və saleh bəndələrin məzarlarını ziyarət etdikdə, məqsədimiz bu məzarlara sitayiş
etmək deyil. Bizimlə müşriklərin əməlləri arasında yalnız zahiri oxşarlıq mövcuddur.
Əgər niyyət, Allahdan qeyrisinə sitayiş etmək deyilsə, müşriklərlə bizim əməlimiz
arasındakı zahiri oxşarlıq, qəbirləri ziyarət etməyin haram və şirk olmasına səbəb ola
bilməz. Hədislərimizdə də deyilib ki, əməllərə, niyyətə görə savab və ya əzab
veriləcək[1]. Bununla da hər hansı bir işdə insanın niyyəti Allahdan qeyrisinə sitayiş
etməkdirsə, bu əməl, şirk sayılacaq, əks təqdirdə belə bir şəxsi müşrik adlandırmağa
haqqımız yoxdur. Məsələn, namaz qılan bir nəfərin müqabilində bir büt yerləşib. Əgər
bu şəxsin niyyəti o bütə sitayiş etməkdirsə, deməli müşrikdir. Amma əgər onun niyyəti
bütə deyil, Allaha ibadət etməkdirsə, sözsüz ki, onun namazı düzgündür və onu
müşrik adlandırmağa haqqımız yoxdur.
Camal, dərin fikrə daldıqdan sonra dedi:
Siz haqlısınız. Çox mühüm bir mövzunu mənə açıqladığınız üçün sizə minnətdaram.
Mən, əsassız məzhəbi təəssübkeşlik ucbatından belə mühüm bir mövzudan xəbərsiz
idim. Sizdən başqa bir sual da soruşa bilərəm?
Cavad: Buyurun.
Camal: Bura qədər mənə aydın oldu ki, qəbirləri ziyarət etmək haram deyil və caizdir.
Amma siz şiələr nə üçün qəbirlərin ziyarətinə böyük əhəmiyyət verirsiniz?
Cavad: Çünki qəbirlərin ziyarəti tə`kidlə tövsiyə edilən müstəhəb bir əməldir.
Camal: Deyirsiniz bu əməl müstəhəbdir?
Cavad: Bəli, özü də tə`kidlə tövsiyə edilibdir.
Camal: Peyğəmbərin (s) və saleh bəndələrin qəbirlərini ziyarət etməyin müstəhəb
olduğunu sübuta yetirən bir hədis varmı?
Cavad: Əlbəttə var! Bu barədə bizə gəlib çatan saysız-hesabsız hədislərdən əlavə
Peyğəmbərimizin özü və bütün müsəlmanlar- İslamın meydana çıxdığı dövürdən
indiyədək- bu əmələ, müstəhəb bir əməl kimi yanaşıblar.
Camal: Əgər mümkündürsə bu barədəki hədislərdən bir neçəsini mənə de.
Cavad: 1-
Rəvayətlərin birində deyilir ki, Peyğəmbəri-əkrəm (s), Ühüd döyüşündə
şəhid olanların qəbirlərini ziyarət edibdir[2].
2-
Həmçinin rəvayət olunur ki, Peyğəmbər (s), Bəqi qəbiristanlığındakı qəbirləri
ziyarət edibdir.
3-
“Sünəni-Nisai”, “Sünəni İbn Macə” və “Ehyaül-ülum” kitablarında qeyd edilib ki,
Əbu Hüreyrə, Peyğəmbərdən nəql belə edib:
ز لَُُِ عمعاعِعا ْذلَ اتوت الق لَِعُعَْ َ ََعَِعا
“Qəbirləri ziyarət edin, çünki axirəti sizin yadınıza salır.”[3]
4-
Əbu Hüreyrə yenə də nəql edir ki, Peyğəmbər (s), anası Aminə Vəhəb qızının
ziyarətinə getdi və onun qəbri üstündə ağladı. Peyğəmbərin başına toplaşanlar da
ağladılar. O həzrət buyurdu:
َعُعَْ َ ََعَِعالقز لُِ ُْا ُ ْمعاعِعاْذلَ اتوت الق لِ
“Qəbirləri ziyarət edin, çünki axirəti sizin yadınıza salır.”[4]
5-
Qəbirləri ziyarət etməyin qaydası barədə çoxlu hədislər nəql olunubdur, o
cümlədən bu hədisi misal çəkmək olar:
“Bəqi qəbiristanlığını ziyarət etdiyiniz vaxt belə deyin:
ْي ِ َ ْْعِْ َ لَ لْي ت َِعِْ َ لْ ِ ِاي لْ َ لمُْل ْمعاْيلَلي عم وْ َ
“Salam olsun sizə, ey bu məkanda sakin olan mö`minlər və müsəlmanlar!”[5]
Bu hədislər, mö`min və saleh bəndələrin qəbirlərini ziyarət etmək barədə idi. Xüsusilə
Peyğəmbərin (s) qəbrini ziyarət etmək barədə də bir çox hədislər vardır və bu
hədislərin bir neçəsini sizin nəzərinizə çatdırıram:
1-Daru-
Qitəni, Qəzzali və Beyhəqi nəql edirlər ki, Peyğəmbər (s) buyurub:
ع َلياولَ عهل ْنلُ لَ لَ ع ت لَِا ْْلِ
“Hər kim məni ziyarət etsə, mənim şəfaətim onun üçün vacib olar.”[6]
2-
Peyğəmbər (s) buyurub:
ْلِاي َْ َ لم َْلي َُلْي تلَ لَ ُاُي ولَ عهل عنْتعا ُاُ ق علَ ْْعِ ْلتي لْلِْ ا ُ ع تلَِا ْْلِ
“Hər kim Allaha xatir Mədinədə məni ziyarət etsə, qiyamət günündə onun şahidi və
şəfaətçisi olaram.”[7]
3-
Nafi, İbn Ömərdən nəql edir ki, Peyğəmbər (s) buyurdu:
ع تاو لَ ْلْلَلق ع ت ِْعالي ْمل لَ و لْ ْْلِ
“Hər kim Həcc ziyarətini yerinə yetirib, məni ziyarət etməsə, mənə cəfa (zülm)
edibdir.”[8]
4-
Əbu Hüreyrə nəql edir ki, Peyğəmbər (s) buyurdu:
ُاَي لْ و ت لَِا اِوتلالالق و َ َْلِ للْ ُْلُ و ت لَِا ْْلِ
“Hər kim vafatımdan sonra məni ziyarət etsə, sanki məni sağlığımda ziyarət
edibdir.”[9]
5-
İbni Abbas, Peyğəmbərdən (s) belə rəvayət edir:
وَ لْ عهل ْنلتاا ظ لْ َْْلِ ع ق ع تللْلكلت لَ و لْ ْْلِْاَلَِعُِْلِ ْاَ
“Hər kim Həcc ziyarəti ilə yanaşı mənim məscidimdə məni ziyarət etsə, ona iki qəbul
olunmuş həccin savabı yazılar.”[10]
Xülasə, Allah Rəsulunun (s), habelə saleh və mö`min bəndələrin qəbirlərini ziyarət
etməyin müstəhəb olduğu barədə saysız-hesabsız hədislər mövcuddur.
Səncə Peyğəmbərin (s) bu sözü- yə`ni, hər kim Həcc ziyarətini yerinə yetirsə, amma
məni ziyarət etməsə, mənə cəfa edibdir- o həzrəti ziyarət etməyin müstəhəb olduğunu
yetirmir? Yaxud o həzrət bu sözü ilə -yə`ni, mənim şəfaətim onun üçün vacibdir[11]-
zəvvarları öz ziyarətinə də`vət etmirmi? Və ya bu hədisdə -qəbirləri ziyarət edin, çünki
axirəti sizin yadınıza salır- Peyğəmbər (s), qəbirləri ziyarət etməyi bizə göstəriş
vermirmi? Qeyd etmək lazımdır ki, bu hədisdəki hökm, qəbirləri ziyarət etməyin vacib
olduğuna dəlalət etmir, amma şübhəsiz ki, onun müstəhəb olduğunu bildirir.
Camal: Bu hədisləri hansı kitablarda oxumusan?
Cavad: bütün hədis kitablarında bu məzmunda saysız-hesabsız hədislər mövcuddur.
Camal: Mən indiyədək bu hədislərdən heç birini eşitməmişəm və demək olar ki, heç
bir hədis kitabını mütaliə etməmişəm.
Cavad: Siz, Səhihi-Buxarını[12] oxumusunuz?
Camal: Bu kitab məndə yoxdur.
Cavad: Səhihi-Müslimi[13] necə, oxumusunuz?
Camal: Bu kitabdan babamda var idi. O, vəfat etdikdən sonra əmim o kitabı özünə
götürdü.
Cavad: Sünəni-Nisaini[14] oxumusan?
Camal: Bu kitabın mövzusu nədir?
Cavad: Hədis kitabıdır.
Camal: Xeyr, bu kitabı görməmişəm.
Cavad: Bəs sən, hansı hədis kitabını oxumusan?
Camal: Bağışlayın, mən, Tibb universitetinin tələbəsiyəm. Dərslərim çox olduğu üçün
həvəsim olsa da hədis oxumağa vaxt tapa bilmirəm.
Cavad: Bir halda ki, indiyədək heç bir hədis kitabını nəzərdən keçirməmisən və
hədislər barədə heç bir mə`lumatın yoxdur, bəs nə üçün Peyğəmbərin (s) və
imam
ların (ə) qəbirlərini ziyarət edənləri məhkum edirsən? Heç bilirsən ki, qəbirləri
ziyarət etməyi şirk sayanların heç bir sübutu yoxdur?
Camal: Mən də, atam da, dostlarım da indiyədək ətrafdakılardan yalnız bunu eşitmişik
ki, qəbirləri ziyarət etmək haram və qadağandır. Amma sənin dediyin bu hədisləri heç
kimdən eşitməmişdim.
Cavad: Hər bir şəxs həqiqəti bilmək üçün sə`y göstərməli, Allahın istədiyi əqidə və
rəftarlara yiyələnməli və ətrafındakıların sözü ilə kifayətlənməməlidir. çünki başqaları
səhvə düçar olub, bizi də səhv yola çəkə bilərlər.
Camal: Deməli, Peyğəmbərin (s), imamların (ə) və saleh bəndələrin qəbrini ziyarət
etmək müstəhəb bir əməldir.
Cavad: Sizdən bir xahişim var.
Camal: Buyurun, sizi eşidirəm.
Cavad: Sizdən xahiş edirəm ki, hər eşitdiyin sözü həmin an qəbul etməyəsən və
ətrafındakıların əqidəsinin tə`siri altına düşməyəsən. Həmişə həqiqəti bilmək üçün
özün də zəhmət çəkib, axtarış apar.
Camal: İndiyədək mən, qəbirləri ziyarət etməyi şirk bilirdim. Lakin indi bu əməlin
müstəhəb bir əməl olduğunu hədislərə əsaslanaraq qəbul edirəm. Eləcə də bu
nəticəyə gəlmişəm ki, belə ixtilaflı mövzular barədə mütləq axtarış aparmaq lazımdır.
Söz verirəm ki, sizin tövsiyələrinizə də əməl edəcəyəm. Bu məsələni atam üçün də
açıqlayacam, Ümidvaram ki, o da həqiqəti başa düşüb, düz yola hidayət olsun.
Cavad: Sizə təşəkkür edirəm.
Camal: Çox sağ olun.
İstinadlar
[1] Səhihi-Buxarı, 1/3/1, 1-ci bölüm. Həmçinin Fəxri Razinin “Təfsiri-kəbir” kitabı, 4-cü
cild, 5-
ci səh. və “Təhzibül-əhkam”ın 1/83/67, “Sifətül vüzu min kitabit-təharət” adlı 4-cü
bölüm, habelə “Niyyətüs-siyam” adlı 44-cü bölüm
[2] Səhihi-Müslimin 2-ci cildi, 63-cü səh. Həmçinin Sünəni-Nisainin 3-cü cildi, 76-cı səh.
[3] Sünəni İbn Macənin 1-ci cildi, 500-cü səh; 4-cü bölüm, 1569-cu hədis. Həmçinin
“Ehyai-ülumiddin” kitabının 4-cü cildi, 490-cı səh.
[4] Sünəni İbn Macənin 1-ci cildi, 501-ci səh, 48-ci bölüm, 1572-ci hədis: “Ma caə fi
ziyarəti qüburül-müşrikin” (Qəbristanlığı ziyarət edin ki, ölümü sizin yadınıza salır.)
[5] Sünəni İbn Macənin 1-ci cildi, 494-cü səh, 36-cı bölüm, 1574-cü hədis: “Ma caə fima
yuqalu iza dəxələl məqabir”. Həmçinin Səhihi-Müslimin 2-ci cildi, 365-ci səh; 35-ci
bölüm, 104-cü hədis: “Ma yuqalu ində düxulil qüburi və əd-dua li əhliha”. “Müntəxəbü
künzul ümmal” ktabı (“Haşiyeyi müsnədi Əhməd”in 2-ci cildi, 89-cu səh.)
[6] Əli ibn Ömər Daru-Qitəninin sünəni, 2-ci cild, 278-ci səh; 194-ci hədis: “Babul-
məvaqit”. Bu hədisdə deyilir:
ع َلياولَ عهل ْنلُلَ لَ ت ُِْلت لَِا ْْلِ
“Hər kim mənim qəbrimi ziyarət etsə, şəfaətim ona vacib olar.
Ehyaül-ülumun 4-cü cildi, 490-491-ci səh.-lər, “Bəyanu ziyarəti qübur və düa bəraye
meyyit” adlı fəsil. Həmçinin Əhməd ibn Hüseyn Beyhəqinin “Sünəni –kübra” kitabı, 5-ci
cild, 254-
cü səh; “Ziyarəti qəbri Peğəmbər” adlı bölüm:
«ت ُِْلت لَِا ْْلِ لَ» لَ :لمات َْ« ُاُي ولَ عهل عنْتعا و تلَِا ْْلِ»
“Hər kim mənim qəbrimi və ya məni ziyarət etsə, ona şəfaət edərəm.”
[7] Ehyaül-ülumun 4-cü cildi, 491-ci səh; “Bəyane ziyarəte qübur və düa bəraye meyyit”.
Həmçinin “Müntəxəbi kənzül-ümmal” (Müsnədi Əhmədin 2-ci cildi, 392-ci səh.-dəki
qeyd)
[8] Kənzül-ümmal kitabında belə yazılıb: “Mən həccəl bəytə...” (Hər kim Allah evinin
həccinə getsə...) (Müsnədi Əhmədin 2-ci cildi, 392-ci səh.-dəki qeyd)
[9] Əvvəlki mənbə
[10] Əvvəlki mənbə
[11] Ehyai ülumid-din” kitabı, 4-ci cild, 490-491-ci səh.-lər
[12] Buxarı ləqəbi ilə tanınan şəxs, Məhəmməd ibn İsmayıldır. Hafiz Əqili deyir: “Buxarı,
“Səhih” adlı kitabını yazdıqdan sonra onu Əhməd ibn Hənbələ, Yəhya ibni Mü`inə, Əli
ibn Mədiniyə və başqalarına gösətərdi. Onların hamısı bu kitabı bəyəndilər və dörd
mətləbdən savayı digər mövzularda onu “Səhih” (yə`ni, düzgün) bildilər. Nisai, Səhihi-
Buxarı kitabı barəsində deyib: “Tə`lif edilən kitablar içərisində Məhəmməd ibn İsmayıl
Buxarının kitabından üstün bir kitab yoxdur.” Hakim Nişapuri isə belə deyib: “Allah,
Məhəmməd ibn İsmayıla rəhmət etsin, o, hədisləri cəm edib, başqalarına dayaq oldu.
Ondan sonra bu sahədə təhqiqat aparanlar sözsüz ki, Səhihi-Buxarıdan bəhrələniblər.”
[13] O, Müslim ibn Həccac Qüşeyridir. Hafiz Əbu Əli Nişapuri “Səhihi-Müslim” kitabı
barədə deyib: “Bu dünyada hədis elmi sahəsində Müslim ibn Həccacın kitabından
düzgün bir kitab yoxdur.”
[14] O, Əhməd ibn Şüeyb Nisaidir. İbn Rəşid Fəhri, Nisainin səhihi barədə deyib:
“Nisainin kitabı “Sünən”lər içərisində ən e`tibarlı kitabdır. Nisai, bu kitabda müslim və
Buxarının metodundan istifadə etmiş, habelə “Əl-iləl” kitabından da bəhrələnibdir.
Dostları ilə paylaş: |