Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
32
1.2. Elmi terminoloji leksikanın inkişafında dialekt
sözlərinin rolu
Müasir dövrdə ayrı-ayrı dillərin inkişafının əsas mənzərəsi
ən çox terminologiyada əks olunur.
Ona görə ki, dilin lüğət
tərkibində meydana gələn yeni sözlərin əksəriyyətini terminlər
təşkil edir. Azərbaycan dilində də belədir. Terminoloji leksika
dilin ümumişlək leksikasından fərqli olaraq özünəməxsus
spesifik inkişaf xüsusiyyətləri ilə fərqlənir.
Terminlərin
yaranmasının əsasında dilin öz sözlərinin semantik baxımdan
terminləşməsi, terminalma, beynəlmiləlləşmə, digər dillərdən
birbaşa götürmə, təbii və texniki
elmlər terminlərinin
modifikasiyası,
qrammatik
üsullarla
terminyaratma,
abreviasiya və s. durur.
Termin yaradıcılığı üçün əsas zəmin anlayışın
yaranmasıdır. Anlayışın təkmilləşdirilməsi üçün mühüm vasitə
anlayışın digər anlayışlarla münasibətidir. Burada digər məna-
ların əsas anlayışla ayrı-ayrılıqda münasibəti əsas rol oynayır.
Bu baxımdan, terminologiyanın inkişafı bu tip hadisələr üçün
mühüm şərait yaradır. Belə ki, terminoloji leksikanın inkişafı
nəinki terminoloji səviyyədə söz və anlayış arasındakı
münasibəti, eləcə də anlayışların özləri arasındakı münasibəti
aydınlaşdırmağa imkan verir. Sözün terminoloji leksikada
yerini tapması üçün anlayışın olması və onu ifadə edən sözün
mənasının semantik inkişafı və təkmilləşməsi
əsas şərtlərdən
sayılır. Məsələn, söz anlayışın mahiyyətini tam dərk etmək və
açmaq üçün onu digər anlayışlarla əlaqəsini dəqiqləşdirir
(fonem, morfem və s.) Beləliklə, söz anlayışla bağlı dərketməni
daha da dərinləşdirmiş olur. Bir anlayışın digər anlayışla