Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
4
Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutunun
Elmi Şurasının 04 mart 2020-ci il tarixli 2№-li qərarı ilə çap
olunur
Elmi redaktor:
Sayalı Allahverdi qızı Sadıqova
filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər:
Məhərrəm Əvəz oğlu Məmmədov
filologiya üzrə elmlər doktoru, professor
Həbib Adil oğlu Mirzəyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Vəfa Ariz qızı Abdullayeva - Nəbiyeva. Müasir Azərbaycan
dilində terminoloji leksikanın inkişafı. AzMİU "Nəşriyyat-Poliqrafiya
Mərkəzi", Bakı, 2020, 239 səh.
ISBN 978 9952 37 4858
Monoqrafiya müxtəlif sahələrə aid çoxdilli və izahlı lüğətlərdə, eləcə də
Azərbaycan dili terminologiyası ilə xarici dil terminologiyasının müqayisəsini əhatə edən
hər hansı metodik vəsaitin, lüğətlərin hazırlanmasında, Azərbaycan dilinin lüğət
tərkibinin dəqiqləşdirilməsində, terminologiya və leksikologiyaya aid dərsliklərin, eləcə
də metodik vəsaitlərin yazılmasında istifadə oluna bilər.
Həmçinin monoqrafiya
Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin
yaradılmasında da lazım ola bilər.
© AzMİU "Nəşriyyat-Poliqrafiya Mərkəzi"
,
2020
Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
5
GİRİŞ
Bazar iqtisadiyyatına keçid, intellektual fəaliyyət sahələri-
nin yaranması və çoxalması, videotexnika, kompüter
texnikasının inkişafı, internetin geniş vüsət alması, sosial-
psixoloji inkişaf yeni anlayış, məfhum, söz və terminlərin
yaranmasına səbəb olur. Bu anlayışların adlandırılması zərurəti
dildə terminologiyanın müxtəlif istiqamətlər üzrə inkişafına
zəmin yaradır. Terminologiyanın inkişaf
istiqamətləri elm və
texnikanın, informatika, kompüter texnologiyalarının sürətli
tərəqqisi ilə bilavasitə əlaqədardır. Müasir Azərbaycan dilinin
terminoloji leksikasının inkişaf istiqamətləri dilin daxili
imkanları və alınmalar olmaqla iki yerə bölünür. İstər dilin
daxili imkanları hesabına, istərsə də alınmalar hesabına olan
termin yaradıcılığı prosesi
müəyyən norma və qaydalar
əsasında tənzimlənməlidir. Alınma terminlərin yad söz kimi
dildə işlənmə məqamı tənzimlənmə tələb etdiyi kimi, dilin öz
sözlərinin terminləşmə prosesində də müəyyən tələb və
normalar nəzərə alınmalıdır. Dilin daxili imkanları əsasında
termin yaradıcılığı dildə milliliyin qorunmasını təmin etməli,
mövcud olan sözlərin terminləşməsi prosesində terminləşən sö-
zün anlayışı nə
dərəcədə dolğun ifadə etməsi, onun yeni
mənasının cəmiyyət tərəfindən nə dərəcədə qəbul olunması,
həmçinin dildə anlaşılmazlıq yaratmaması əsas şərtlərdən
hesab olunmalıdır. Bu baxımdan müasir dövrdə dilin daxili
imkanları-istər dialekt sözləri, istərsə də ümumişlək sözlər
hesabına terminoloji leksikanın inkişafı öz aktuallığı ilə diqqəti
cəlb edir.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
6
Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid,
informasiya əsrinin
tələbləri, informasiya və kommunikasiya texnologiyalarının
müasir cəmiyyətdə rolu və əhəmiyyəti, müstəqil həyatda zəruri
sayılan ilkin texniki və texnoloji biliklərin tətbiq edilməsi,
təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, gündəlik
məişətdə vacib olan texnoloji işlərin yerinə yetirilməsi və s. kimi
hallar müasir dövrdə Azərbaycan dilinin terminologiyasının in-
kişafına səbəb olur. Kütləvi informasiya vasitələrinin çoxalması
və
intensivliyi, internet və kommunikasiya vasitələrinin əhatə
dairəsinin genişlənməsi dildə sözalma-terminalma prosesini
aktivləşdirir. Baş verən siyasi-iqtisadi, texnoloji proseslər dilə
yeni terminlərin keçməsini zəruriləşdirir və bu səbəbdən alınma
terminlərin dildə işlənməsi terminoloji leksikanın inkişafının
əsas istiqamətlərindən hesab olunur. Bu baxımdan bu gün
müasir Azərbaycan dilinin terminoloji leksikasının
nəzəri
aspektlər üzrə araşdırılması vacib məsələlərdən hesab olunur.
Çünki son dövrlərdə dilimizə çoxlu sayda alınma terminlər daxil
olub və olmaqdadır. Keçən əsrdə alınma terminlərin əksəriyyəti
rus dilindən alınırdısa, müasir dövrdə rus dilindən uzaqlaşma
meyli güclənmiş və Avropa dillərindən termin mübadiləsinə
üstünlük verilmişdir. Dilə daxil olan hər bir terminə diqqətlə
yanaşmaq, eyni zamanda bu cür terminləri müəyyən standart və
normalara uyğunlaşdırmaq, həm dialekt sözləri, həm də
ümumişlək sözlər hesabına termin yaradıcılığı
proseslərini
müəyyənləşdirmək zərurəti yaranmışdır. Bununla yanaşı termin
yaradıcılığı prosesində uyğunsuzluq özünü göstərir. Bu tip linq-
vistik proseslərin tənzimlənməsi müasir terminologiyanın əsas