Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
16
prosesləri dəqiq ifadə etməli olan terminlər sürətlə inkişaf edən
sahələrdə özünü daha çox göstərir. Kino, teleradio istehsalı və
yayım texnologiyasının inkişafı ilə bağlı xarici dillərdə yaranan
saysız-hesabsız terminlər sürətlə Azərbaycan dilinin lüğət
fonduna daxil olur. Tərcümə yolu ilə alınan terminlər bu
sahədə üstünlük təşkil edir, məsələn:
time-table- iş cədvəli,
work station-işçi stansiya, light image-işıq təsviri, primary
frame-ilkin kadr; Bu baxımdan “müasir şəraitdə televiziyanın
cəmiyyət həyatına və insanların şüuruna təsirinin artdığı bir
vaxtda bu elektron informasiya vasitəsinin spesifik dil
sisteminin hərtərəfli öyrənilməsi getdikcə aktuallaşır”
[192,s.6].
İqtisadi, sosial, mədəni və digər sahələrdə olduğu kimi elm
və təhsil sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir.
Aeronaviqasiya təminatı, meteorologiya, radiomübadilə, hava
gəmiləri və aeroport avadanlıqları ilə bağlı
xeyli sayda
terminlər dilə daxil olmuşdur. Bu sahədə də üstünlüyü tərcümə
yolu ilə alınan terminlər təşkil edir. Bu səbəbdən aviasiya sa-
həsində mürəkkəb söz birləşməsi şəklində terminlər çoxluq
təşkil edir. Məsələn
: hava gəmisinin mühərriki, mövqeyi
təyinetmə vasitəsi, yardımçı hava gəmisi, orta yükləmə əmsalı,
təsir zonasının orta radiusu; I növ təyini söz birləşməsi
şəklində
: əsas reys, şüa mərkəzi, şəffaf buz, zolaqlı filtr; II növ
təyini söz birləşməsi şəklində
: qum boranı, çarter daşıyıcısı,
işıq üfüqü və s. III növ təyini söz birləşməsi şəklində:
şüanın
zəifləməsi, şüanın eni; Terminlərin tərcüməsi zamanı aviasiya
terminlərinin rus, fransız və türk dillərində tərcümələri
təcrübəsindən istifadə edilmişdir. Alınma terminlərə bütün elmi