Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   2   3   4   5   6   7   8   9   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı

vəzifələrindən hesab olunmalıdır. Lakin müstəqillik illərində 
terminologiya ilə bağlı yazılan tədqiqat işlərində dialekt sözləri 
hesabına elmi terminoloji və peşə-sənət leksikasının forma-
laşması, ümumişlək sözlərin mənasını saxlayaraq, yaxud 
qismən, tam dəyişərək terminləşməsi prosesi araşdırılmamışdır. 
Müasir dövrdə terminlərin Avropa dillərindən birbaşa alınma 
prosesi üstünlük təşkil etdiyinə görə onların mənimsənilmə 
üsulları da fərqlənir. Bütün bunlar terminologiyada vacib 
məsələlərdən hesab olunur.
Monoqrafiyada Azərbaycan dili terminologiyasının müasir 
vəziyyəti, istər milli, istərsə də alınma mənbələr əsasında bir 
çox elmi sahələrdə formalaşan terminlər zəngin faktlarla 
araşdırılmışdır. Monoqrafiyada müasir dövrdə terminolo-
giyanın inkişafında iki istiqamət - dilin daxili imkanları və 
alınmalar əsas götürülmüşdür. Dialekt sözləri və ümumişlək 
sözlər hesabına yaranan terminlər dilin daxili imkanları he-
sabına terminoloji leksikanın inkişafında əsas mənbə hesab 
edilmişdir. Bununla yanaşı, monoqrafiyada dialekt sözləri 
hesabına elmi terminoloji və peşə-sənət leksikasının inkişafı 
müxtəlif sahələr üzrə zəngin faktlarla araşdırılmışdır. Ümu-
mişlək sözlər hesabına terminoloji leksikanın inkişafı isə 
ümumişlək semantika əsasında, sözlərin ümumişlək mənasını 
qismən və tam itirərək terminləşməsi prosesi qrup-
laşdırılmışdır. Eyni zamanda monoqrafiyada elmi texniki 
tərəqqinin müasir dövrdə terminoloji leksikanın inkişafına 
təsiri, alınma terminlərin mənimsənilmə formaları, tərcümə 
vasitəsi ilə terminoloji leksikanın inkişafı elmi sahələr üzrə 
sistemli şəkildə tədqiq olunmuşdur.  


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin