Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
13
və s. Ancaq bununla yanaşı iqtisadi sahədə kalka yolu ilə
yaradılan terminlər də üstünlük təşkil edir. Məsələn, səhmdar,
sifarişçi, ödəmə və s. Avropa dillərindən alınan terminlərin
əksəriyyəti beynəlxalq səciyyə daşımaqla yanaşı, mənbə dildə
olduğu kimi işlənir: bank, audit, dividend və s. Qloballaşan
dünyada universallıq meyli hər sahədə olduğu kimi,
iqtisadiyyat terminologiya və anlayışlar sahəsində də xüsusilə
özünü büruzə verir. Təbii ki, milliyyətindən və dilindən asılı
olmayaraq, dünyanın hər bir vətəndaşı üçün internet, kompüter,
e-mail və s. terminlər o qədər doğmadır ki, onları ana dilinə
tərcümə etmək haqqında çox az sayda adam düşünür. Bu
qəbildən olan dövlət maliyyəsi sahəsində bir sıra populyar
anlayışları, məsələn, büdcə, bank, birja və s. kimi terminləri
göstərmək olar. Amma bununla yanaşı, dövlət maliyyəsi sahəsi
o qədər zəngin və mürəkkəbdir ki, burada çoxsaylı mürəkkəb
anlayışları ifadə edən terminlər də mövcuddur.
Cəmiyyətin bütün sahələrini getdikcə daha çox əhatə edən
daşınma axınlarının inkişafı nəticəsində yeni texnologiyalara
ciddi maraq yaranmışdır. Bununla da logistika elminin yüksək
sürətlə inkişaf etməsi bu sahədə işlənən və yeni meydana çıxan
anlayışların ifadəsi olan terminlərin sayının da sürətlə
artmasına səbəb olmuşdur. Bu sahədə işlənən terminlərin
əksəriyyətini milli sözlər (çıxarılma, çıxış, cürbəcür,
dəyişdirilmə, bağlantı, ailə, etibarlılıq, yük, yükalan, anbar və
s.) təşkil etsə də, rus, xüsusilə ingilis dilli (dok, dok-tu-stok,
agent, autsayder, autsorsinq, biq-beq, implosion, indossament,
inkoterm, hedc və s.) terminlər də çoxluq təşkil edir.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
14
Müasir dövrdə inşaat işləri sahəsində beynəlxalq
əməkdaşlıq vüsət almışdır. Bu baxımdan informasiya
mübadiləsi aparılarkən yeni terminlərin istifadə edilməsinə
xüsusi diqqətlə yanaşmaq tələb olunur. Hazırkı dövrdə
Azərbaycan Respublikasında xarici investisiya hesabına icra
olunan inşaat işlərinin miqyasının artması yeni anlayışların ya-
ranmasına səbəb olmuşdur. Yeni anlayış-yeni söz və bir çox
hallarda yeni termin deməkdir. Araşdırmalara əsasən, inşaat
sahəsində ingilis terminologiyasından istifadə açıq aydın
nəzərə çarpsa da, layihələrdə texniki terminlərin daha çox rus
dilində çap edilməsi bu sahədə rus dilli terminlərin daxil
olmasına da səbəb olmuşdur. İlk dəfə T.Xəlilova “Azərbaycan
dilində inşaat terminlərinin linqvistik təhlili” adlı namizədlik
dissertasiyasında inşaata aid terminoloji leksika həm tarixilik
və müasirlik baxımından, həm də nəzəri və praktik aspektdə
tədqiq olunmuşdur. İnşaat terminlərinin yaranma üsulları, mən-
bələri, formalaşması monoqrafik tədqiqata cəlb olunmuş,
onların ədəbi dildə normalaşması prosesi izlənilmişdir [40].
İnşaat terminləri üzərində aparılan linqvistik təhlillərin nəticəsi
olaraq bu qənaətə gəlinir ki, “yeni terminlərin yaradılmasında
semantik,
morfoloji,
sintaktik, kalka və abreviatura
üsullarından istifadə edilir. Bu sahədə abreviatura üsulundan ən
az istifadə edilir. Yaranan terminlərin əksəriyyəti rus dilindən
və rus dili vasitəsi ilə Avropa dillərindən leksik, morfoloji və
sintaktik birləşmələr variantında kalka olunmuşdur” [40,s.126].
Respublikamızda ordu quruculuğu işinin sürətlə və
keyfiyyətlə yerinə yetirilməsi günün ən vacib məsələlərindən
biridir. Müasir dövrdə dünya dövlətləri ilə diplomatiya və hərbi
|