Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   2   3   4   5   6   7   8   9   10   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
17 
sahələrdə olduğu kimi aviasiya sahəsində də rast gəlinir. 
Məsələn, eleron, kontur, xorda, klirens, demodulyator
deinterlearer, deskrebler və s. Bu sahədə abreviatura şəkilli 
terminlər digər elmi sahələrə nisbətən daha çoxdur. Məsələn: 
ATIS-radioyayım məlumatı, HHX-marşurutun indeksi, ATN-
istiqamət göstəricisi, CAT, CAS; 
Həm ümumi leksik fond, həm də terminoloji leksika iki 
mənbə hesabına dilin daxili imkanları hesabına və sözalma 
yolu ilə zənginləşir. Bu da dilin bütövlükdə leksik sisteminin 
zənginləşmə qanunauyğunluqları ilə eyniyyət təşkil edir. Milli 
dil əsasında termin yaradıcılığı prosesi daim terminologiyanın 
inkişafında əsas mənbə olmuşdur. Hal-hazırda mövcud sözlərin 
yeni məna ifadə etməsi ilə yeni yaranan anlayışların ifadə 
vasitələrinin müəyyənləşməsi ən məhsuldar üsullardan biridir. 
Belə ki, müasir Azərbaycan dilində kənd təsərrüfatı, coğrafiya, 
geologiya, həmçinin başqa sahələrə aid terminologiyanın tək-
milləşməsi və zənginləşməsi üçün əsas mənbələrdən biri 
dialekt və şivələrdir. Azərbaycanda qədim zamanlardan 
əkinçilik, heyvandarlıq, bağçılıq, ipəkçilik, toxuculuq, sə-
nətkarlıq kimi sahələr geniş inkişaf etdiyindən Azərbaycan 
dilinin dialektlərində müxtəlif peşə və sənətlərə aid texniki alət 
və vasitələrlə bağlı çoxlu sözlər işlədilmiş və indi də 
işlədilməkdədir. Ona görə də bu sahələrə aid anlayışların 
adlandırılmasında dialektlərdə işlədilən söz və ifadələrdən 
istifadə olunmuşdur. Xüsusilə, son dövrlərdə terminoloji 
lüğətlərin tərtibi zamanı dialektlərə məxsus söz və ifadələrə 
daha 
çox yer ayrılmışdır. Məsələn, heyvandarlığa, 
torpaqşünaslığa, coğrafiyaya aid terminoloji lüğətlərdə bir sıra 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
18 
dölçə, kədi, ödək, mağal, bozaq, burma, çilləmə, göycə, 
acıqovun və s. dialekt sözləri termin kimi işlənmişdir. Bu 
lüğətlərdə dialekt və şivələrdən termin kimi işlətmək üçün 
sözlər götürülərkən müəyyən prinsiplər gözlənilmiş, eyni 
məfhumun ifadəsi üçün müxtəlif dialektlərdə müxtəlif sözlər 
işlədilsə də, belə sözlərdən daha əlverişlisi, nəzərdə tutulan 
məfhumu daha dəqiq ifadə edəni seçilmişdir. Elmi 
terminologiyanın inkişafı üçün xalq dilinin dərindən 
öyrənilməsi zəruridir. Dilimizi yad təsirlərin qalıqlarından 
təmizləmək üçün, ilk növbədə, xalq dilinə müraciət etmək ən 
doğru seçimdir. Belə ki, terminologiyaya daxil olan terminlərin 
bir qismi müəyyən mühitdə dialekt vahid olsa da, bu mühitdən 
kənarda xüsusi funksiya daşıyan elmi səciyyəli sözə çevrilir.
Müasir Azərbaycan dilində terminoloji sistemin təhlili 
göstərir ki, bir çox terminoloji sahələrdə dialekt sözlərin 
terminləşməsi ilə bağlı yaranmış çoxlu sayda terminoloji va-
hidlər mövcuddur. Lakin terminlər dialekt sözlərindən öz 
funksiyasına və işlənmə xüsusiyyətlərinə görə fərqlənir. 
Dialekt sözləri hesabına anlayışların yaranması həm başqa dil-
lərdən söz alınmasının qarşısını alır, həm də həmin 
məfhumların dildə asan ifadə olunmasına şərait yaradır. Bu 
proses dilin lüğət fondu tərkibində baş verir və yaranan hər 
yeni termin-sözlə lüğət tərkibi keyfiyyətcə zənginləşir. 
Müasir dövrdə yeni texnologiyaların genişlənməsi ilə bağlı 
olaraq dilin daxili imkanları hesabına söz yaradıcılığına şərait 
yaranmışdır. Semantik üsulla terminoloji leksikanın inkişaf 
prosesində dil vahidləri təkmənalılıqdan omonimliyə doğru 
inkişaf edir. Bu zaman ümumişlək söz əvvəlki mənasından 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin