Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
24
imkanları, eləcə də alınmalar olmaqla iki yerə bö-
lünür.S.A.Sadıqova Azərbaycan dilinin terminoloji leksikasını
yalnız termin kimi işlənənlər və həm ümumişlək söz, həm də
termin kimi işlənənlər olmaqla iki qrupa ayırır. [85,s.117]
Demək, müasir Azərbaycan dilində terminoloji leksikanı
aşağıdakı kimi qruplaşdırmaq olar:
1.
Həm ümumişlək, həm termin kimi işlənən sözlər:
tələbat, uyğunlaşma, yüklənmə, yükləyici, yazı;
2. Yalnız termin kimi işlənən sözlər:
admin, adarme,
autizm, dilinq, domen, sloqan;
a. Bir neçə sahə üzrə xüsusiləşmiş terminlər
: relaksasiya,
qroteks, fiksiya, breyk, kastinq;
b. Yalnız bir sahə üzrə xüsusiləşmiş terminlər:
ağdiş, bayt,
baybek, kiker, printer;
c. Müəyyən elmi sahə üzrə
bir neçə məna ifadə edən
terminlər:
rekvizisiya, rekuperasiya, reqres, adapter, diler,
banner, deqradasiya, diskont, inteqrator, kart.
Müasir dövrdə nəşr olunan qəzet
və jurnallarda daha çox
Avropa mənşəli terminlər işlənsə də, türk mənşəli terminlərin
işlədilməsinə də meyl güclənmişdir. Hətta bir çox alınma
terminlərin milli dildə qarşılığı yaranmış və işləklik
qazanmışdır. S.Sadıqova yazır: “Bu dövrdə yaranmış texniki
anlayışları
bildirən tıxac, sıxac, bağlanc, süzgəc, üzlük, yo-
rğunluq, kövrəklik, çəkisizlik kimi terminlər dildə işləklik
qazanmışdır” [88,s.5]. 90-cı illərdə publisistik üslubun lüğət
tərkibini səciyyələndirən mühüm cəhətlərdən
biri də mətbuata
xeyli miqdarda türk sözlərinin axınıdır, məsələn:
olay, gündəm,
ilgi, sonuc, özəl, yatırım, bəstəçi və s. Son dövrlər Türkiyə