Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
39
k>x; Azərbaycanın qərb, şimal və cənub dialekt və
şivələrində çoxhecalı sözlərin axırında x səsinə üstünlük verilir.
Məsələn, köynək> köynəx'; Köynəx' sözüAğdaş, Mingəçevir,
Şəkidə “barama qurdunun üstündəki nazik pərdə” deməkdir
[151,s.289]. Sözün köynək variantı isə “sazın örtüyü, donu,
torbası” və s. mənalarını ifadə edir [168,s.58].
c>ş; C səsinin ş səsi ilə əvəzlənməsi hadisəsi, əsasən, Qərb
və Şimal dialekt və şivələrinə aiddir. Məsələn, qirtiş sözü
İmişlidə “ot, yaz otu”, sözün qırtıc variantı “Botanika
terminləri
lüğəti”ndə
eyni
mənada
terminləşmişdir
[151,s.333],[159,s.194].
c>j; Sözdə c səsinin j səsi ilə əvəzlənməsi hadisəsi, əsasən,
Qərb dialekt və şivələrinə aiddir. Belə ki, aciqici dialekt sözü
Cəbrayıl, Zəngilan bölgələrində “vəzəri” deməkdir. Sözün
acıqıjı variantı eyni mənada botanika sahəsində termindir
[151,s.1],[159,s.189]. Göründüyü kimi, sözün səs əvəzlənmiş
forması terminləşmişdir.
ı>i; Kasnı//kasni dialekt sözü Ordubad, Şamaxı
bölgələrində “yabanı dərman bitkilərindən birinin adı” kimi
işləkdir. Sözün kasnı forması “Botanika terminləri lüğəti”ndə
xalq təbabətində işlədilən “iynə yarpaqlı, mavi çiçəkli bitki”
kimi verilmişdir [159,s.203], [151,s.269]. Kasnı ağacı isə bu
bitkinin çiçəklərindən çəkilmiş, xalq təbabətində işlənən
növüdür.
i>u; Sözdə u səsinin i səsi ilə əvəzlənməsi hadisəsi,
əsasən, Şərq dialekt və şivələrinə aid olub, sözün son hecasında
özünü göstərir. Zopu>Zopi; Zopi sözü Ucarda “milli oyun adı,
yallı”, zopu forması isə musiqi sahəsində “keçmiş əyyamlarda
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
40
toylarda cavanların zopa ilə oynadıqları əşyanın adı”
mənasında termindir [150,s.652],[168,s.49].
u>i; Sözdə i səsinin u səsi ilə əvəzlənməsi hadisəsi,
əsasən, Şərq və Cənub dialekt və şivələrinə aiddir. Məsələn,
gecəquşu sözü “Azərbaycan dilinin izahlı lüğəti”ndə iki
mənada- zoologiya termini kimi “yarasa, yəni gündüzlər yatıb
gecələr ov edən, siçana oxşar geniş pərdəqanlı heyvan” və
məcazi mənada isə “cəhalətpərəstlik, maarif düşməni simvolu”
kimi qeyd olunur [153,s.215]. Sözün gecequşi variantı
Cəlilabadda, gecəquşu variantı isə Cəbrayılda yarasa
mənasında işlənir [150,s.175].
ə >i; Sözdə, xüsusilə, söz köklərində ə səsinin i səsi ilə
əvəzlənməsi hadisəsinə bəzi dialekt və şivələrdə təsadüf
olunur. Bu fonetik hadisəni Azərbaycan dili ilə tatar, başqırd və
xakas dillərini müqayisə etdikdə də görə bilirik. Tənəkə//tənikə
Ordubadda “alaçığın yan tərəflərini örtmək üçün qamışdan
toxunmuş hasar” mənasında işlənir. Ancaq bu dialekt sözün
yalnız tənəkə variantı “hasar” mənasında memarlıq sahəsi üzrə
xüsusiləşmişdir [151,s.559], [191,s.19].
Azərbaycan dilinin dialekt və şivələrində ilkin uzanma çox
zəif halda bəzi sözlərdə özünü göstərir. Məsələn, bari/ ba:ri
Ağstafa, Gəncə, Göyçay, Qazax, Oğuz, Şuşada bari dialekt
sözü “divar”, Ağstafa, Oğuzda isə “hasar” mənalarını ifadə
edir. Dialekt sözün ba:ri variantına Şəki dialektində də rast
gəlinir. Sözün həm “divar”, həm də” hasar” mənaları memarlıq
sahəsində termin kimi işlənir [151,s.33],[191,s.19].
Söz ortasında samitlərin düşümünə dialekt və şivələrdə
daha tez-tez rast gəlmək mümkündür. Belə ki, şərq dialekt və
|