Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
42
1. Dialekt sözləri əsasında formalaşan sadə terminlər:
darangi, əbrişim, ərik, barınc, boranı; Sadalanan dialekt
sözləri semantik cəhətdən inkişaf edərək yeni terminoloji məna
qazanır. Belə ki, bu sözlər dilin inkişafı prosesi nəticəsində
ədəbi dilə daxil olaraq ümumişlək sözə çevrilmişlər. Daha
sonra müəyyən elm sahələrində
yer alaraq xüsusiləşmiş və
terminə çevrilmişlər. Məsələn,
darangi sözü Gəncə, Şəki,
Tovuzda “qələmə ağacı”, Qazaxda “ağacın kəsilmiş quru
budaqları” mənasında işlənir [151,s.124]. Söz semantik inkişaf
prosesi nəticəsində ümumişlək söz və termin kimi botanika
sahəsində “qovaq cinsindən olan ağac”, “piramidal qovaq”,
“ağaclardan kəsib-tökülmüş budaqlar” mənalarında termindir
[152,s.537],[159,s.196]. Eyni formada
semantik inkişafa digər
sözlərdə də rast gəlinir:
Əbrişim Ağdaş, Kürdəmir, Göyçay
bölgələrində “qovaq ağacının bir növü” deməkdir [150,s.154].
Botanika sahəsində “lələkli yarpağı və ətirli çiçəyi olan ağac
növü, akasiya” mənasında xüsusiləşmişdir [159,s.198].
Ərik
sözü Dərbənd, Quba bölgələrində “cır alça”
deməkdir
[151,s.176]. Botanika sahəsində isə “sarı, ətli, şirin,
birçəyirdəkli meyvə və bu meyvənin ağacı” kimi
terminləşmişdir [159,s.199].
Barınc sözü Oğuz bölgəsində
“alaq otu” mənasında işlənir [151,s.33]. “Botanika terminləri
lüğəti”ndə bu söz “paxlalılar fəsiləsindən olan alaq
bitkilərindən biri” kimi qeyd olunur [159,s.221].
Boranı sözü
Bakı, Gəncə, Şərur, Ordubadda “göyərti və yumurtadan
hazırlanan xörək növü”
deməkdir, botanika sahəsində isə eyni
söz “qabaq növü” mənasında termindir [151,s.57], [168,s.190].