Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə20/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   16   17   18   19   20   21   22   23   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
43 
2. Dialekt sözləri əsasında formalaşan terminlərin mühüm 
bir hissəsini düzəltmə terminlər təşkil edir, məsələn: qaytarma  
(qaytar+ma) sözü –ma şəkilçisinin köməyi ilə əmələ gəlmiş və 
Salyanda dərman adıdır [159,s.192],[151,s.318]. Qaytarma
sözü botanika sahəsində “çoxillik çəmən bitkisi”dir. Eyni 
zamanda bu söz musiqidə “oyun havalarından birinin adı” kimi 
işlənir. Döşəmə (döşə+mə); Şəmkirdə “çarıq altına qoyulan 
yamaq”, Borçalı, Laçın, Lənkəran, Mingəçevir, Salyan, Şəkidə 
“ev və ya tövlənin tirlərinin üstünə döşənən şax budaq” 
deməkdir [150,s.143]. İqtisadiyyat termini kimi bu söz “birja 
üzvləri ilə sazişlər bağlamağa icazə verirlən yer” anlamında 
xüsusiləşmişdir. Bu sözün, həmçinin “çuxur”, “birja halqası, 
rinq” mənaları da işləkdir [178,s.197]. 
3.Dialekt sözləri əsasında formalaşan mürəkkəb terminlər: 
Quruluşca sadə dialekt sözlərin terminləşməsini daha çox 
şahidi oluruqsa da, mürəkkəb quruluşlu dialekt sözlərinin 
terminləşməsinə də rast gəlinir. Məsələn, karvanqıran sözü 
karvan və qıran sözlərinin birləşməsindən yaranıb və “zəhərli 
bitki” adı bildirən termindir. Bu söz Ordubad, Şahbuzda da 
“zəhərli bitki” adı kimi işləkdir [150,s.203], [151,s.268]. 
Dəmirqara dialekt sözü Ağdam, Bərdə, Borçalı, Tovuz 
bölgələrində “dəmirağac” mənasını ifadə edir [151,s.132]. 
Botanika termini kimi dəmirqara sözünə “vələs ağacının 
meşələrdə bitən bir növü” mənasında rast gəlinir [159,s.197]. 
Yaxud, bat-bat sözü “yabanı bitki” adı kimi Ağcabədi, Ağdam, 
Bərdə, Ucar, Xanlar, Kəlbəcər, Şuşa ərazilərində, “Botanika 
terminləri lüğəti”ndə isə “bəngotu”, “pis qoxulu acı dadan ot 
bitkisi” [xalq təbabətində işlədilir] mənasında qeyd olunur 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
44 
[151,s.37], 
[159,s.190]. 
Başaltı 
baş+altı 
sözlərinin 
birləşməsindən yaranıb Bu söz Şimali Azərbaycanda 
maldarlıqla məşğul olan tərəkəmələrin məişətdə istifadə 
etdikləri “yastıq” deməkdir və daxilində qırxıntı və ya yun dol-
durulan bu yastıq baş altına qoymaq üçün istifadə edilir 
[151,s.34]. Buzovburnu sözü buzovburun(u) sözlərinin 
birləşməsindən əmələ gəlib, Xaçmaz ərazisində “danadişi” 
mənasında işlənən sözdür [151,s.66]. Çayotu (çay+otu) 
Ağdam, Qazax, Tovuz bölgələrində “çay dəmləmək üçün 
istifadə edilən ətirli ot”, Qazax, Zaqatalada isə “quru çay” an-
lamını verir [151,s.94]. “Botanika terminləri lüğəti”ndə bu söz 
“çay dəmləmək üçün istifadə edilən ətirli ot” mənasında 
termindir [159,s.217]. Safsaf Ordubadda “tülküyə oxşar vəhşi 
heyvan” adıdır [151,s.468]. Zığzığ Qax, Oğuz, Tovuz, Zaqatala 
bölgələrində “alabaxta” (quş adı) deməkdir. Bu dialekt sözü 
zooloji 
termin 
kimi 
eyni 
anlamda 
xüsusiləşmişdir 
[151,s.644],[196,s.84]. Qılbaş Göyçay, İmişli, Lənkəranda 
“yara” (dırnağın altında) deməkdir [150,s.296]. 
Dialekt sözləri əsasında yaranmış terminlərin əksəriyyətini 
adlar, xüsusilə, isimlər təşkil edir. Çünki termin hər şeydən 
əvvəl addır. Definitiv funksiyaya malik olmaqla yanaşı, o, 
nominativ funksiyaya da, yəni adlandırmaq xüsusiyyətinə də 
malikdir. Dialektlərimizdə müxtəlif elm, peşə, təsərrüfat 
sahələrinə aid xeyli sayda anlayış adları vardır. Məsələn: ağıl, 
maça, bar, basqı, külçə, lay, boyaq, çətənə, darangi, ərik, 
bozaq, buzovburnu və s. Dialekt və şivələrdə yerli təsərrüfat, 
maldarlıq, sənətkarlıqla bağlı olan bir çox terminlər işlənir ki, 
bunlar ədəbi dildə təsadüf edilmir. Dialekt sözləri ədəbi dildə 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin