Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə28/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   24   25   26   27   28   29   30   31   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
59 
üsulun mahiyyəti ədəbi dildə, dialekt və şivələrdə, məişətdə 
geniş yayılmış sözlərin müəyyən semantik inkişafı nəticəsində 
əlavə məna kəsb edərək, yeni leksik vahidə çevrilməsidir. 
Məsələn, kasnı sözü yabanı bitki adlarından biri kimi 
“Botanika terminləri lüğəti”ndə qeyd olunur. Bu söz Ordubad, 
Şamaxı dialektlərində yabanı dərman bitkilərindən birinin 
adıdır [150,s.243]. Botanika sahəsində xalq təbabətində 
işlədilən iynə yarpaqlı, mavi çiçəkli bitki kimi izah olunur. 
Kasnı ağacı isə bu bitkinin çiçəklərindən çəkilmiş, xalq 
təbabətində işlənən bitki növüdür [159,s.203]. Xalq təbabətində 
kasnının köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb 
xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini 
yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə 
kimi və həmçinin öd yolları xəstəliklərində ödqovucu dərman 
kimi qəbul edirlər. Köklərindən hazırlanmış dəmləmə və “kasnı 
arağı” şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir. 
Qaytarma sözü Salyanda dərman bitkisi adıdır, botanika 
sahəsində bu söz “çoxillik çəmən bitkisi” kimi qeyd olunur 
[159,s.192], [151,s.318]. Beləliklə, göründüyü kimi “kasnı” 
sözü formasını qorumaqla terminoloji məna qazanaraq yeni 
vahidə çevrilmişdir. 
Dialektlərdə botanika sahəsi üzrə terminləşmiş bir çox 
yabanı bitki adlarına rast gəlirik, məsələn: alısın Gəncə, İmişli, 
Qazaxda “payızda bitən ot” [157,s.13], [168,s.20]. Qeyd 
olunan söz elmi təbabətə xalq təbabətindən keçmişdir. 
“Botanika terminləri lüğəti”ndə bir sıra yeməli bitki, 
göyərti adlarına da rast gəlirik ki, onların çoxu dialekt 
sözləridir və eyni anlamda termin kimi işlənirlər. Məsələn: 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
60 
vəzərək sözü Kürdəmirdə “yeyilən yabanı bitki adı” deməkdir 
[151,s.614],[159,s.191]. Çiriş sözü Ağdam, Cəbrayıl, Gədəbəy, 
Mingəçevir, Ordubad, Zəngilanda “yeməli bitki adı” 
mənasında işlənir. Sözlərin hər ikisi “Botanika terminləri 
lüğəti”ndə də söz eyni mənada qeyd olunur [151,s.104], 
[159,s.218]. 
Dialektlərdə meyvə ad və növlərini bildirən xeyli sayda 
söz var ki, onların bir çoxu botanika sahəsində terminləşmişlər. 
Məsələn, hulu sözü Bakıda “şaftalı növü”, Cəlilabadda isə “cır 
armud növü” anlamında işlənir [159,s.217], [151,s.231-232]. 
“Botanika terminləri lüğəti”ndə isə söz “üzü xovlu iri şaftalı 
növü, sarı şaftalı” mənasında qeyd olunur. Şaftalı sözünün 
dialektlərdə şaptal hulu variantları da var. Şaptal sözünə 
bulqar qrupu dillərində, hulu sözünə isə ancaq Azərbaycan 
dilində rast gəlinir [96,s.51]. Yaxud, xətmi sözü Salyanda 
“gavalının bir növü” deməkdir. Qeyd olunan məna ilə yanaşı, 
“Türk ləhcələrinin sözlüyü” lüğətində sözün “qızılgül” mənası 
qeyd olunub [220,s.1684]. Botanikanın meyvəçilik sahəsində 
söz dialektdə işlənən mənada, yəni gavalının bir növü kimi xü-
susiləşmişdir [159,s.216], [151,s.243].
Araşdırmalar göstərir ki, Azərbaycan dilində botanika 
terminlərinin formalaşması prosesində dialekt və şivələr mənbə 
kimi istifadə olunmuşdur. Bu terminlərin əksəriyyəti ümumtürk 
mənşəlidir və bu səbəbdən onların böyük qismi qədim dövrlə 
bağlıdır. 
Dialekt sözlərinin müxtəlif bölgələr üzrə fərqli fonetik 
variasiyalarına rast gəlinir. Bu fərqli fonetik variasiyaların 
yalnız biri elmi dildə özünə yer edə bilir. Məsələn, əzgən Xan-



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin