Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə29/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   25   26   27   28   29   30   31   32   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
61 
lar bölgəsində, əzyən isə Ağdamda “yabanı, tikanlı bitki” növü
mənasında işlənir. Sözün yalnız əzyən variantı botanika elmi 
üzrə terminləşmişdir [151,s.181],[159,s.198]. Yaxud, murğuz 
sözü Kürdəmir, Mingəçevir, Ucar, Zərdab bölgələrində 
“qarğıyabənzər bitki” mənasında işləkdir [151,s.403]. Sözün 
murquz variantı Ağdaş, Cəbrayılda eyni anlamda işləkdir 
[150,s.363] “Botanika terminləri lüğəti”ndə isə murğuz variantı 
qeyd 
olunur 
[159,s.208]. 
Göründüyü 
kimi, 
termin 
yaradıcılığında dialekt fərqlərini müşahidə etmək olur, bu da 
bu və ya digər anlayışın müxtəlif ərazidə fərqli formada ifadəsi 
ilə bağlıdır. Qeyd olunan dialekt sözləri zoologiya sahəsi üzrə 
termin kimi çıxış edirlər. Belə ki, sözün termin kimi qəbul 
olunması üçün iki şərt əsas götürülür. Əvvəla, terminləşən söz 
kontekst daxilində yaranaraq definitiv mənaya malik olmalıdır. 
Daha sonra müvafiq elmi sahədə xüsusi söz kimi qəbul 
olunmalıdır. İşlənmə dairəsi genişləndikcə o, müəyyən sahə 
terminologiyasında möhkəmlənərək müvafiq terminoloji 
lüğətlərdə əks olunmalıdır. 
Terminləşmə 
prosesində 
dialekt 
sözlərin 
fonetik 
variasiyaları ilə yanaşı, onların semantik tutumu da diqqət cəlb 
edir. Belə ki, bəzən eyni dialekt sözə müxtəlif ərazilərdə müx-
təlif mənalarda rast gəlinir. Amma məna variasiyalarına 
baxmayaraq, dildə yalnız bir məna xüsusiləşir. Məsələn, dişə 
sözü Salyanda “cücərti”, Kürdəmirdə “qamış növü”, Ağdamda 
“doğranmamış”(yarpaq) 
mənasını 
bildirir 
[151,s.146]. 
“Botanika terminləri lüğəti”ndə sözün yalnız Ağdamda işlənən 
mənasına rast gəlirik [159,s.197]. Yaxud da balba sözü Oğuz, 
Şəki, Zaqatalada “yeyilən yabanı bitki”, Qax, Şəki, Zaqatala 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
62 
bölgələrində isə “müxtəlif pencər, göyərti, yağ, düyü və 
sairədən hazırlanan xörək” deməkdir [151,s.30]. Botanika 
sahəsində sözün yabanı bitki mənası xüsusiləşərək terminləş-
mişdir [159,s.189]. 
Terminləşmə prosesi mürəkkəb prosesdir. Fikrimizcə, 
termin yaradıcılığında ən çox dilin daxili imkanlarından 
istifadə olunmalı, xalq dilində olan zəngin lüğət ehtiyatına mü-
raciət edilməlidir. V.Dall yazır: “...hərgah biz hissə qapılaraq 
öz əlimizlə xalq dili kimi qüdrətli bir mənbəni məhv etsək, 
böyük bir quraqlıqla üz-üzə gələrik. Öz doğma dilimizi başqa 
köklərdən qida alan peyvənd budaqlar kimi yabancı şivələrlə 
becərməyə və qidalanmağa məcbur olarıq. O zaman bizim 
özümüzə aid heç bir şeyimiz, hətta öz dilimiz və öz sözümüz 
də qalmaz” [110,s.26]. 
Zoologiya elminin terminoloji leksikasının inkişafında 
dialekt sözlərinin terminləşməsi xüsusi olaraq diqqəti cəlb edir. 
Çünki ovçuluq, maldarlıq, balıqçılıq qədim zamanlarda 
əhalinin başlıca məşğuliyyətləri olub. Buna sübut olaraq, 
dialekt və şivələrdə çoxlu sayda terminləşmiş heyvan, quş, 
balıq adlarına rast gəlirik. Nəşr olunan lüğətlərdə xalq dilindən 
qaynaqlanan bu tip xeyli sayda terminlər vardır ki, onlardan bir 
qrupu fərqli mənada xüsusiləşmişdir. Bu zaman dialekt 
sözlərdə semantik derivasiya baş verir, yəni söz əvvəlki 
mənadan tam fərqli məna ifadə edir, məsələn: tikan Lənkəranda 
“tıx, balığın xırda sümükləri” mənasında işlənir [151,s.567]. 
Zoologiya sahəsində də sözə eyni anlamda rast gəlinir 
[196,s.218]. Tikan sözünün DLT-da tikan//tikən variasiyaları 
qeyd olunub: tikən tonığ ildi= tikan paltara ilişdi 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin