Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
53
işlənir. Memarlıq sahəsində söz yalnız “çöküntü” anlamında
terminləşmişdir [151,s.281], [191,s.32]. Söz terminləşən zaman
yeni vahidə çevrilir. Çünki sözün terminoloji mənası onun
mahiyyətcə dəyişməsinə səbəb olur və buna görə o, elmi
sahədə yeni vahid kimi qəbul oluna bilər.
Memarlıq termini kimi “dayaz, çökək yer” mənasında
işlənən bərə sözü Göyçayda “sahilə yaxın dayaz yer”,
Lənkəran, Kürdəmirdə isə “bağ və ya bostanların arasından ge-
dən cığır” mənalarını ifadə edir. Bakı, Füzuli, Göyçay, İmişli,
Quba, Ucar bölgələrində isə bu dialekt sözü “kiçik arx”
mənasında anlaşılır [151,s.47], [191,s.32]. Ədəbi dildə “bərə”
sözü insanları, maşınları və s. dənizin, çayın bu tayından o
tayına keçirən qurğudur. Nümunələrdən aydın olur ki, qədim
türk sözü olan bərə sözünün Göyçay dialektində işlək olan
mənası memarlıq sahəsində terminləşmişdir.
Kətil dialekt sözü İmişlidə “yeni doğmuş heyvanın ilk
südündən bişirilən yemək”, Dərbənd, Quba, Mingəçevirdə isə
“ev tikərkən tirlərin altına qoyulan ağac” mənasını verir.
Memarlıq sahəsində terminləşmiş bu söz “taxta parçası” kimi
izah olunur. Deməli, bu söz Dərbənd, Quba, Mingəçevirdə
işlək olan mənaya yaxın anlamda memarlıq sahəsində xü-
susiləşərək termin kimi formalaşmışdır [151,s.279],[191,s.24].
Dialekt sözləri əsasında termin yaradıcılığı prosesi ədəbi
dil normalarına tabe edilməlidir. Bir çox hallarda dialekt və
şivə sözlərinin müxtəlif fonetik variantlarına rast gəlinir.
Dialekt sözlərinin hər hansı elmi sahədə terminləşməsi
prosesində sözün fonetik variantları əks olunmamalıdır, çünki
bu hal onun vahidlik prinsipinə ziddir. Məsələn, tamasa dialekt
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
54
sözünə bölgələr üzrə iki variantda rast gəlirik. Lənkəran,
Masallı bölgələrində sözün tamaza variantı, Balakən, Qazax,
Ordubad və Quba bölgələrində isə sözün tamasa forması
işləkdir. Lənkəranda tamasa sözü “tavan”, Balakən, Qazax,
Ordubadda “taxta haşiyə”, Qubada isə “boyunduruğun alt
ağacı” mənalarında anlaşılır. Dialekt sözünün yalnız “tavan”
mənası və tamasa forması memarlıq sahəsi üzrə xüsusi mənalı
söz kimi terminləşmişdir [151,s.546], [191,s.35].
Dialekt sözləri dil tarixi prosesinin göstəriciləri sayılırlar.
Dildə baş vermiş bir çox dəyişikliklər məhz bu sözlərdə əks
olunub. İstər məna, istərsə də fonetik baxımdan bu sözləri
müasir dil səviyyəsi ilə müqayisə etdikdə fərqlərin şahidi
oluruq. Linqvistik təhlillərə əsasən, müxtəlif fonetik
variantlarda işlək olan dialekt sözlərin yalnız bir variantı ter-
minləşir. Bəzən də dialekt sözün ifadə etdiyi bir neçə məna
memarlıq sahəsi üzrə dəyişmədən terminləşə bilir. Məsələn,
baca dialekt sözü Biləsuvar, Yardımlıda “pəncərə”, Culfada isə
“taxça” mənasını ifadə edir. Söz hər iki mənada memarlıq
termini kimi lüğətdə yer almışdır [151,s.25],[191s.18]. Bu hal
terminin çoxmənalılığına səbəb olur ki, bu da dialekt sözləri
əsasında formalaşan terminoloji leksikada tez-tez təsadüf
olunan haldır. Çünki bir çox hallarda eyni dialekt sözü müxtəlif
mənalarda işlənir. Milli dil əsasında termin yaradıcılığı
prosesində bu proses eyni sözün müxtəlif mənalarının eyni və
ya müxtəlif sahələrdə xüsusi məna qazanması ilə nəticələnir.
Dildə çoxmənalılıq nöqsan hesab olunmasa da, terminoloji
sistemdə bu dolaşıqlıq yaradır və bir çox halda terminin
müxtəlif mənaları bəzən bir-birini inkar edir.
|