Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
51
səbəb olmuşdur. Bu hadisələr yeni terminlərin yaranması ilə
nəticələnir. Memarlıq sahəsində işlənən terminlərin bir qrupu
alınmalar hesabına dilə daxil olmuşdursa, digər qrupu dilin
daxili imkanları-dialektlər hesabına yaranmışdır. Bu zaman iki
istiqamət nəzərə çarpır, birinci halda dialekt sözləri əvvəlki
mənasını qoruyaraq terminləşir, məsələn: ağlay dialekt sözü
Bakıda “tikinti üçün istifadə edilən çox möhkəm daş”
mənasında işlənir. Memarlıq sahəsində də ağlay sözü “tikintidə
istifadə edilən möhkəm xüsusi daş növü” kimi anlaşılır
[191,s.9],[151,s.5]. Qədim türk sözü olan ağlay əvvəllər də
tikinti sahəsi ilə bağlı məna ifadə etmişdir. Belə ki, ağlay “Türk
ləhcələrinin sözlüyü” lüğətində “dam örtüyü” mənasında qeyd
olunub [220, I,s.177]. Göründüyü kimi, bu dialekt sözün
semantikası daş növünü bildirir və eyni anlamda da elmi
sahədə xüsusi mənalı sözə çevrilərək terminləşmişdir. Yaxud,
şirə sözü Kürdəmir, Mingəçevir, Şamaxı, Şəkidə “evin
divarlarını və torpaq döşəməsini ağartmaq üçün xüsusi gildən
hazırlanmış məhlul” anlamında işlənir [151,s.532]. Eyni
mənada bu dialekt sözü memarlıq sahəsində termindir
[1961s.9]. Gədik dialekt sözü Ordubadda “aşırım, dağ keçidi”
kimi işləkdir. Memarlıq sahəsində isə “çətin keçid” mənasını
ifadə edən termindir [151,s.192],[191,s.12]. “Türk dillərinin
etimoloji lüğəti”ndə isə sözün qə:t+(a)k = qə:dik //gedik
formaları türk dilində “yol”, “boşluq”, “parçalamaq” mənala-
rında qeyd olunub [223,s.30]. Göründüyü kimi, söz qədim
mənasını saxlayaq müasir dövrdə memarlıq sahəsində
terminləşmişdir. Yaxud da, sal sözü memarlıq sahəsində “daş”
mənasını bildirən termindir. Bu dialekt sözü Ordubadda
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
52
“başdaşı” anlamında işlənir. Beləliklə, söz yaxın mənada
memarlıq sahəsində xüsusiləşmişdir [151,s.470],[191,s.29].
Dialekt sözləri hesabına yaranan terminlər xalq tərəfindən
daha asan qavranılır. Bu səbəbdən dialekt sözlərin müxtəlif elm
sahələrində xüsusiləşməsi hər hansı bir məlumatın qav-
ranılmasına, onun daha da anlaşıqlı və işlək olmasına yardımçı
olur. Dialekt sözləri əsasında termin yaradıcılığı prosesi əksər
elmi sahələrdə özünü göstərir. Müxtəlif elmi terminlərin
yaranmasında dialekt sözləri çox böyük rol oynayır. S.Cəfərov
yazır: “Dialektləri öyrənmək və onların müxtəlif təsərrüfat
sahələrinə aid olan zəngin lüğət materialını toplamaq olduqca
faydalıdır. Bu material dilimizin bütün sahələrində getdikcə
artan terminlərin xalq dili əsasında yaradılması üçün imkan
verir” [16,s.10].
Bəzi dialekt sözləri bir çox ərazilərdə müxtəlif mənalarda
işlənir. Amma işləklik dairəsinin və məna çoxluğuna
baxmayaraq, bu mənalardan yalnız biri memarlıq sahəsi üzrə
terminləşir. Məsələn, til dialekt sözü bir çox bölgələrdə
işlədilir. Belə ki, Kəlbəcər, Tovuzda “uc, zirvə”, “hündür”,
Zaqatalada isə “çıxıntı” mənasında işlənir. Dialekt sözünün
yalnız Zaqatala bölgəsində işlək olan “çıxıntı” mənası
memarlıq sahəsi üzrə terminləşmişdir [151,s.567], [191,s.12].
Ağcabədi, Ağdam, Cəbrayıl, Göyçay, Kürdəmir, Ucar, Şuşa,
Zəngilanda “yun daranarkən yerə tökülən və darağın dişləri
dibinə yığılan hissə, keyfiyyətsiz hissəsi” anlamında işlənən
kilkə dialekt sözü Bərdə, Borçalı, Oğuz, Tovuzda “çay puçalı”,
Qazax, Mingəçevirdə “çöküntü” (suda, neftdə, ərinmiş yağda),
Ağdərə, Qazaxda isə “otun yumşaq hissəsi” mənalarında
|