Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə23/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   19   20   21   22   23   24   25   26   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
49 
mənalarla daban sözünün terminoloji mənasının funksiya 
baxımından yaxınlığı var və bu yaxınlıq əsasında o, elmi 
sahədə terminləşmişdir. 
Geologiyada xır sözü “ölçüləri 10-100 min olan və demək 
olar ki, tamamilə itibucaqlı süxur qırıntılarından təşkil olunmuş 
iriqırıntılı kövrək (psefit) süxur” mənasında işlənir [169,s.204]. 
Bu söz Ağdaş, Bakı, Quba, Oğuzda “bostan”, Ordubadda 
“tamam”, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Zəngilanda 
“çınqıl, çınqıl qarışıqlı qum”, Cəlilabad, Göyçay, Kürdəmirdə 
“vint”, Oğuzda “bostan ləki”, Qazaxda “xırda” mənalarında 
işləkdir [150,s.222]. Göründüyü kimi, dildə mövcud olan xır 
sözü səs tərkibini, formasını və ilkin mənasını saxlamaq şərti 
ilə əlavə terminoloji məna qazanaraq geologiya sahəsində 
xüsusiləşmişdir. 
Geologiyanın digər şöbələrindən biri də hidrogeologiyadır. 
Bu sahədə də semantik üsul əsasında terminləşmiş dialekt 
sözlərinə rast gəlinir. Məsələn, basqı sözü “vahid su kütləsinin 
müqayisə müstəvisindən (hidrogeologiyada dəniz səviyyəsi) 
hər hansı hündürlükdə yerləşən nöqtədəki potensial enerji”, 
“süxur keçiriciliyinin azalması və ya axın sərhədində 
səviyyənin qalxması nəticəsində yeraltı su səviyyəsinin 
qalxması” mənasında terminləşmişdir [169,s.50]. Bu söz 
dialekt sözü kimi “tayada otu saxlamaq üçün onun üstünə 
qoyulub bağlanan uzun ağac” mənasında işlənir [150,s.41]. 
Qədim türk sözü olan basqı sözünə bir çox qədim mənbələrdə 
rast gəlinir. Məsələn, “Türkcə-rusca lüğət”də “təzyiq”, 
“sürgün”, [225,s.28] “Türk dillərinin etimoloji lüğəti”ndə isə 
sözün “təzyiq”, “əzmək”, “həngamə”, “məngənə”, “hücum” 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
50 
mənaları qeyd olunub [221,s.76]. Eyni zamanda söz 
V.V.Radlovun “Türk dillərinin sözlüyü” kitabında isim kimi 
“təzyiq”, “basqı”, “pilləkən” mənalarında verilmişdir 
[217,s.1533]. Müasir dildə bu söz basmaq, təzyiq deməkdir. 
Beləliklə, qədim türk sözü olan basqı sözü ilkin mənasına 
yaxın mənada geologiya sahəsi üzrə terminləşmişdir. 
Linqvistik təhlillərə əsasən, aydın olur ki, geologiya 
sahəsində xeyli sayda termin vardır ki, onlar dialekt sözləri 
əsasında yaranıblar. Bu da termin yaradıcılığında dialekt 
sözlərinin əsas mənbələrdən biri olmasını bir daha təsdiq edir. 
A.Axundov yazır: “Başqa dillər kimi, Azərbaycan dilində də 
yeni sözlərin çeşidli qaynaqları var. Onlardan dördü əsasdır: 
ümumxalq dili və ya müxtəlif dialekt və şivələr, klassik ədəbi 
dilimiz, əcnəbi dillər, nəhayət, müasir bədii, publisistik, elmi 
ədəbiyyat və mətbuat üslubu” [8,s.72]. Dialekt sözlərin 
geologiya sahəsi üzrə terminləşməsinin ən əsas səbəblərindən 
biri geologiyanın əldə etdiyi nəticələrin xalq təsərrüfatına 
tətbiqidir. 
Müasir dövrdə tikinti texnologiyasında böyük irəliləyişlər 
baş verir. Memarlıq məktəbləri təsis edilir. Texniki tərəqqi 
dövründə memarlıq sənətinin tikinti mühəndisliyindən 
ayrılması prosesi başlayır. Memarlar əsasən tikililərin xarici 
görünüşü ilə, digərləri isə tikinti işlərinin texnologiyası üzrə 
ixtisaslaşırlar. XX əsrdə tikililərin konstruksiyalarının mü-
rəkkəbləşməsi sayəsində bu istiqamətdə daha da şaxələnmə baş 
verir. Hal-hazırda bu sahəyə qoyulan böyük investisiyalar 
memarlıq sahəsinin daha da inkişaf etməsinə, bu da öz 
növbəsində yeni anlayışlar və tendensiyaların yaranmasına 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin