Şiəliyin gizli tərəfləri Ön söz



Yüklə 1,02 Mb.
səhifə1/14
tarix28.03.2017
ölçüsü1,02 Mb.
#12712
  1   2   3   4   5   6   7   8   9   ...   14
Şiəliyin gizli tərəfləri


Ön söz
Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun. Möhtərəm oxuculara təqdim olunan bu risalənin qələmə alınmasında əsasən şeyx əl Məvsulinin türk dilinə tərcümə olunmuş “Aldanmayalım” kitabından istifadə edilmişdir.Risalədə bir çox digər mənbələrdən də istifadə edilmişdir.Onların sırasında möhtərəm qardaşımız Əbu Əli Abdullahın rus dilində qələmə aldığı “Не обманитесь” risaləsini göstərmək olar.Həmçinin, ”Kurana dil uzatanları tanıyalım” kitabından və digər qaynaqlardan da istifadə olunmuşdur.Eyni zamanda qeyd etmək lazımdır ki,risalədə olan bir çox məsələlər daha ətraflı olaraq Antirafizi bloqunda təqdim olunmuşdur.Ümid edirəm ki,bu risalə müsəlmanlara haqqın araşdırılmasında faydalı olacaqdır.

Burhan


Şiələrə görə təqiyyə
Şiəliyə görə təqiyyə və etiqadlarını gizlətmələri
İlk öncə təqiyyə məfhumunu açıqlamaq yerinə düşərdi.

Uca Allah Quranda buyurur:


Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.” (Ali İmran 28)
İbn Abbas (r.a) dedi: “Təqiyyə elə bir haldır ki,adam qəlbində iman daşıdığı halda günah qazanmadan öldürülməməsi üçün dininə əks olan söz söyləyir.” (Qurtubi “Cəmiul əhkam” 4/164)

İmam Qurtubi yazır: “Həmçinin deyilib: “Əgər kafirlər arasında yaşayan mömin onun həyatına təhlükə olmasından ehtiyyat edərsə,o sözləri ilə onları arxayın edə bilər.Bununla belə təqiyyə yalnız həyat,işğəncə və edam qorxusu, olduğu zaman icazəlidir.Daha doğru rəyə görə əgər kimisə küfrə məcbur edirlərsə,ona buna müqavimət göstərib,küfr söz söyləməməsinə icazə verilir.” (“Cəmiul əhkam” 4/164)

Güman edirəm ki,bu iki sitat təqiyyənin nə olduğunu izah edir.Müsəlmanın Rəbbinə,Onun hər hansı məxluqunun qorxusundan asi olmasına məcbur edilmə bu terminlə vəsf olunur.Həmçinin,aydındır ki,təqiyyə vacib olmayıb,sadəcə istifadəsinə rüsxət verilən bir əməldir.

Müsəlman kafirlərin onu küfrə sövq etməsinə qarşı çıxmaqla həyatını fəda edə bilər.Necə ki,Umeyyə ibn Xələf əl Cəhminin köləsi olan Bilal ibn Rabəh (r.a) davranırdı. Mübarəkfuri “Sirə”də yazır: “Ağası onun boğazına kəndir bağlayaraq,küçəyə çıxardır onu və uşaqların əlinə oyuncaq kimi verirdi.Bilal isə deyirdi: “O təkdir,o təkdir.” Həmçinin,ağası onu gündüz qızmar torpaq vəya daş üzərinə uzandırıb,sinəsinə qaya parçası qoyar və deyərdi: “Sən belə ölənə, ya da Muhəmməddən dönüb,Lat və Üzzaya ibadət edənə qədər qalcaqsan.” Lakin,o “Təkdir,təkdir” deyərdi.”

İbn Cəuzi “Zadul məsir” əsərində yazır: “Təqiyyə vacib olmayan amma,istifadəsi caiz olan bir əməldir.İmam Əhməddən soruşdular: “Əgər sənin başının üstündə qılınc olsa,sən yenə də haqqı deyəcəksən?” İmam dedi: “Əgər alim təqiyyəyə görə,cahil elmsiz olduğuna görə cavab verərsə,həqiqəti kim bəyan edəcəkdir?” (“Zadul məsir” 1/361)
İslamda təqiyyənin nə olduğunu bildikdən sonra,şiə kitablarında təqiyənin necə vəsf olunduğuna və bunun onlar üçün nə cür əhəmiyyət kəsb etdiyinə nəzər yetirək.

Şiələrə görə təqiyyə həqiqətin əslini izhar etməkdir.Bu isə şiə məzhəbi mənsubunun başqasını aldatmağına rüsxət verir.Belə təqiyyəyə əsasən şiə inandığı şeyi zahirən gizlədir,zahirən inkar etdiyi məsələyə isə qəlbən inanır.Buna görə də şiələr Quranın təhrifi,səhabələri söymək,müsəlmanlara böhtan atmaq və onları təkfir etmək kimi sünnilər qarşısında gizlətməyə çalışdıqları bəzi məsələləri inkar etməyə çalışırlar.Bu etiqadı ən yaxşı izah edən şeyx Muhibiddin əl Hatib deyir:

Bizimlə onların arasında bir-birimizə qarşılıqlı surətdə inanmağımıza mane ola biləcək əsas şey təqiyyədir. O elə bir dini əqidədir ki, onlara icazə verir ki, zahirdə bizə batində fikirləşdiklərinin əksini göstərsinlər.Bizlərdən təmiz qəlbli adamlar onların zahirən qarşılıqlı anlaşma və yaxınlaşmaya rəğbətləri olduğuna aldanır,onlar isə bunu nə istəyir,nə bununla razılaşır,nə də buna əməl edirlər.Tək məqsədləri digər tərəfdəkiləri saflarına qatmaqdır.” (“əl-Hutut əl-ərizə”,səh 10)
İndi isə şiələrin təqiyyə baradə olan etiqadları ilə tanış olaq.
Müasir şiə alimi olan Muhəmməd Cavad əl Muğaniyyə yazır: “Təqiyyə canını,malını qorumaq və kəramətini hifz etmək üçün inandığının əksini söyləmək və bir şeyi etməkdir.”(“əş Şia fil Mizan”səh 47)

Şiə alimləri təqiyyəyə böyük əhəmiyyət vermişlər.Hurr Amili “Vəsailuş şia” (11/470) kitabında “Təqiyyəyə dəyər və əhəmiyyət göstərmək və qardaşlarının haqqını əda etmək” adlı fəsil ayırmışdır.Eyni yerdə o “Avama qarşı təqiyyə ilə davranmağın vacibliyi” adlı fəsil tərtib etmişdir.Başqa fəsilə isə (11/471) “Təqiyyə ilə hakimə itaətin zəruriliyi” adını vermişdir.

Muhəmməd ibn Yəqub Kuleyni rəvayyət edir ki, Əbu Cəfər demişdir: "Təqiyyə mənim və ata-babamın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur" (“Kafi",c.2,“Təqiyyə” fəsli, səh 219)

Şeyx Muhəmməd Rza Müzəffər “Əqaidul İmamiyyə” kitabında (səh 85) yazır ki,bu hədis səhihdir.


Bu cəfəng sözlərə baxın! Təqiyyə acından ölməmək üçün və yeməyə heç nə olmadığı zaman haram yeməyin caizliyi kimi bir əməldir.Təqiyyənin mənim dinim olduğunu demək,haram yeməyin mənim dinim olduğunu demək kimidir.İmam bidətçilərin ona nisbət etdiklərindən uzaqdır.
Kuleyni imam Sadiqin belə dediyini rəvayyət etmişdir: “Ey Həbib! Allaha and olsun ki, mənim üçün təqiyyədən sevimli bir şey yoxdur! Kim təqiyyəyə əməl etsə, Allah onu yüksəklərə qaldırar, kim təqiyyəyə əməl etməsə, Allah onu yüksəklərdən endirər” (“Kafi”,c.2, “Təqiyyə” fəsli, səh 217)
Kuleyni həmçinin, Əbu Ömər Əcəminin belə dediyini rəvayət etmişdir: "Bir dəfə Əbu Abdullah mənə dedi: "Ey Əbu Ömər! Dinin onda doqquzu təqiyyədədir, təqiyyəsi olmayanın dini yoxdur". (“Kafi", c.2,“Təqiyyə” fəsli səh 217)

Bu hədisi Murtəza Ənsari “əl Təhara” kitabında (2/279-280) səhih hesab etmişdir.“Təqiyyə fi fikr əl İslami”kitabında (səh 75) isə yazılır: “Bu hədisə heç bir şübhə ola bilməz.”


Kuleyni və Kəşani kitablarında Əbu Abdullahdan belə nəql edirlər: “Bizim sirrimizi yayaraq yeni günə başlayan kimsəyə Allah dəmirin istiliyini və dar bir məclisi nəsib etsin.” (“Kafi” c.2,səh 372; “Kəşani “Vafi” c.3,səh 159)
İmam Baqirin belə dediyi rəvayyət olunmuşdur: “Mənə təqiyyədən əziz nə ola bilər; təqiyyə möminin Cənnətidir” (“Kafi” c.2, “Təqiyyə” fəsli, səh 220)
Kuleyni “Kafi”də,Xomeyni isə “ər Rəsail” də Süleyman ibn Xaliddən Əbu Abdullahın belə dediyini nəql etmişlər: "Bir dəfə Əbu Abdullah mənə dedi: "Ey Süleyman! Siz elə bir dindəsiniz ki, kim onu gizlətsə, Allah onu ucaldar, kim onu aşkarlasa,Allah onu zəlil edər." (“Kafi”,c.2, “Təqiyyə” fəsli; səh 222, “Rəsail” c.2,səh 185)
Hurr Amili imam Əlidən belə rəvayyət edir: “Təqiyyə möminin ən fəzilətli əməllərindəndir.” (“Vəsailuş şia”c.11,səh 473)
Yenə Hurr Amili imam Əli ibn Hüseyndən rəvayyət edir: “Allah möminin təqiyyəni tərk etməsi və qardaşlarının haqqını pozmasından başqa bütün günahlarını dünya və axirətdə əhv edər.” (“Vəsailuş şia”c.11,səh 474)
İmam Sadiqdən belə nəql edirlər: “Təqiyyədən ayrılan bizdən deyildir.” (“Vəsailuş şia”c.11,səh 466)
Əbu Abdullahdan rəvayyət olunur: “Təqiyyə etməyən Əli şiəsindən deyildir.” (“Camiul əxbər” səh 95)

Cəfər Sadiqdən nəql olunur: “Təqiyyə Allahla onun məxluqatı arasındakı qalxandır.” (Muhəmməd Reyşəhri “Mizanul hikmət” №6691)


Qeyd etmək lazımdır ki, Azərbaycan dilinə tərcümə olunmuş “Mizanul hikmət” kitabının müqəddiməsində Ocaq Necat yazır: “Bu kitabdakı rəvayyətlər böyük diqqətlə və hədis sahəsində ki, mütəxəssis rəyi ilə toplanmışdır.”

Həmçinin, eyni yerdə bu kitabda imam Cəfərdən nəql olunur: “Dininiz baradə diqqətli olun və onu təqiyyə ilə gizli saxlayın.Çünki,təqiyyəsi olmayanın dini yoxdur.” (“Mizanul hikmət” №6692)

Cəfər Sadiqdən: “Allaha and olsun!Allaha həbdən daha xeyirli bir şeylə ibadət olunmaz. Soruşdular: Həb nədir? Cavab verdi: Bu təqiyyədir.” (“Mizanul hikmət” №6693)
Həmçinin ondan: “Mömin insan hər zaman mücahiddir.Çünki,O Allahın düşmənləri ilə yalan ölkələrində,təqiyyə və qılıncla isə haqq ölkələrində mübarizə aparır.” (“Mizanul hikmət” №6694)
Şiə alimi Muhəmməd ibn Muhəmməd ibn Sadiq əs Sədr əl Musəvi “Tarihul qeybətil kubra” kitabında yazır:

Böyük qeybət dövründə təqiyyə əmri: “Bu başqalarında olmayan və sadəcə İmamiyyə xəbərlərində varid olan bir məsələdir. Səduq “İkməlut din”-də,Şeyx Hurr Amili “Vəsailuş şia”-da,Təbərsi öz kitabında imam Rzadan belə bir hədis nəql etmişlər: “Vərası olmayanın dini,təqiyyəsi olmayanın isə imanı yoxdur.Sizin Allah qatında ən dəyərli olanınız təqiyyə ilə ən çox əməl edəndir.Qaim zühur etməmişdən əvvəl kim təqiyyəni tərk edərsə o bizdən deyil.” (“Məktəbul əlfəyn” səh 362 hic.1403, Kuveyt)

Tacəddin Muhəmməd ibn Muhəmməd əş Şairi “Camiul əxbər” kitabında Peyğəmbər (s.a.s)-dən guya belə bir hədis olduğunu yazır: “Təqiyyəni tərk edən namazı tərk edən kimidir.” (“Camiul əxbər” səh 95,”Heydəriyyə mətbəəsi” Nəcəf)

Başqa səhifədə isə yazır: “Münafiqlərin arxasında təqiyyə ilə namaz qılmaq İmamların arxasında qılınan namaz kimidir.” (“Camiul əxbər”səh 110)


Məhz bu təqiyyə onlara bizim üzümüzə gülməyə,bizi qardaş adlandırmağa və “İslam vəhdəti” altında aldadıcı şüarlar etməyə sövq edir. Onlar beşinci məzhəb olmaq istəmirlər. Xatirimdədir,bir dəfə şiələrdən biri deyirdi ki,guya Livanda Hizbullahın təsiri altına düşən sünnilər şiəliyi qəbul edirlər. Onun bu sözünü şərh etməyə çalışdıqda isə o dedi: “Siz vəhabilər! Siz həmişə şiələrlə sünnilərin birləşməsinə mane olmusuz! Onların nəzərində vəhdət müsəlmanların şiəliyi toplu şəkildə qəbul etməsidir. Şeyx Mustafa əs Sibai deyir: “Vəhdətə çağrışla onlar sanki,sünnilərlə şiələrin yaxınlaşmasını deyil,sünnilərin şiələrə yaxınlaşmasını qəsd edirlər.” (“əs Sünnə və məkanətuha fit təşril islami” səh 10)

Allah bu ümməti belə bir fitnədən qorusun!

Şiə alimlərinə görə təqiyyə vacibdir və onun tətbiqi can qorxusu olduğu müddətlə məhdudlaşmır.
Ayətullah Ruhullah Xomeyni Musəvi “Rəsail” (c.2,səh 174-175) adlı kitabında yazır: “Təqiyyə bəzən qorxu,bəzən də qarşı tərəfi idarə etmək babından ola bilər....Təqiyyənin bir növü də insanları idarə etmək,sevgi və simpatiyalarını cəlb etmək üçün olan növüdür....Üçüncü növü də fiqhçilərə və qazilərə qarşı edilir.Bəzən avama qarşı da edilir.”
Xomeyni yazır: “Təqiyyənin caizliyi və vacibliyi insanın özünün vəya başqasının həyati təhlükəsi üçün hiss etdiyi təhlükədən irəli gəlmir.Əksinə,göründüyü kimi bəzi məsləhətlərə görə müxaliflərə təqiyyə ilə davranmaqda səbəb və faydalar vardır.Buna görə də təqiyyə əməl etmək və sirr tutmaq can qorxusu və təhlükə olmasa belə vacibdir.” (“Rəsail” c.2,səh 201)
Xomeyni “Misbəhul Hidayə” kitabında (səh 154) yazır: “Ey Ruhani dost! Allah dünya və axirətdə sənə kömək olsun!Bu sirrləri əhli olmayanlara açmaman və yerinə görə istifadə etmə məsələsində səni xəbərdar edirəm. İlahi qanunlardan,sirrlərdən olan şəriətin batini elminin özgə əl və gözlərdən qorunması lazımdır.Çünki,bunlar onların fikir və anlayışlarının dərk edə biləcəklərindən daha dərindədir….”
Xomeyni daha sonra yenə “Rəsail” də yazır: “Təqiyyənin özünə görə vacib olan qismi mövcuddur.Bu bir şeyi yayma xüsusunda tətbiq edilir.Məzhəbin ifşa edilməsindən və Əhli beytin sirrinin ortaya çıxmasının qarşısını almaq qəsdi ilə edilir.Bir çox rəvayyətlərdən çıxan nəticəyə görə imamların işlətdikləri təqiyyə məhz bu növdəndir.Batilin dövlətində haqqın gizlədilməsi vacibdir.Burada məsləhət dini və siyasətə görədir.Təqiyyə olmasaydı məzhəb yox olub gedərdi.” (“Rəsail” c.2,səh 185)
Rza Müzəffər yazır: “Dini əqidənin gizlədilməsi metodu İmami şiələrin digər İslami firqələrdən fərqləndirən xüsusiyyətlərdəndir.” (“Əqidətul imamiyyə”səh 25)

O,necədə haqqlıdır! Axı şiələrdən başqa heç kim müsəlmanları özündən uzaqlaşdırmamaq üçün əqidələrini gizlətmir. Bütün İslam məzhəbləri açıq şəkildə nəyə etiqad etdiklərini bəyan edir.Onlar məlumatsız bir adamın onların həqiqi dini fikirlərini bilməsindən ehtiyyat etməzlər,yalnız şiələr istisnadır.

Rza Müzəffər həmin kitabda (səh 86) yazır: ”... Yalnız şiələr öz əqidələrini gizlətmələrini etiraf edirlər və hər dəfə mövzu əqidəni gizlətmədən düşəndə şiələr xatırlanır.”
Şiələrin məşhur hədis alimi Muhəmməd ibn Əli ibn Hüseyn Ibn Babaveyh Qümminin "əl-Itiqadat" risaləsində qeyd etdiyi kimi: "Təqiyyə vacibdir,onu tərk edən namazı tərk edənlə bir səviyyədədir." O, sözünü belə bitirir: "Təqiyyə vacibdir.Müdafiəçi zühur edənədək onu aradan götürmək olmaz.Kim Müdafiəçi üzə çıxanadək təqiyyədən əl çəksə, o Allah Təalanın dinindən və Imamiyyə dinindən xaric olmuş, Allaha, Onun Rəsuluna və Imamlarına müxalif çıxmış olur. İmam Sadiqdən Qüdrət və Cəlal sahibi Allahın: "Allah yanında ən qiymətliniz Allahdan ən çox qorxanınızdır” kəlamı haqqında soruşmuşlar, o demişdir: “Təqiyyəyə ən çox əməl edəninizdir.” ("əl-Itiqadat", "Təqiyyə" fəsli, səh 104)
Xülasə olaraq deyirik:


  • Şiələrin nəzərində təqiyyə bəzi yaxşı niyyətli sünnilərin güman etdiyi kimi həyati qorxuya görə deyildir. Beləki,təqiyyə bu məzhəbin zəlalətini və sünnilərə qarşı duyduğu düşmənçiliyi gizlətmək üçün bir vasitədir.

  • Onlara görə təqiyyə namaz kimidir və onu tərk etmək olmaz.

Mühəddis Hurr Amili “Vəsailuş Şia” kitabında imam Əli ibn Muhəmmədin öz səhabəsinə belə buyurduğunu yazır: “Ey Davud! Əgər desən ki,təqiyyəni tərk edən namazı tərk edən kimidir haqqlı olmuş olarsan.” (“Vəsailuş şia” c.11,səh 466)


Şiə etiqadı haqqında məlumatı olmayan kimsənin qəbul etməyəcəyi qəribəliklərdən də biri budur ki,onlar qanları və mallarını mübah hesab edilən,özləri isə kafir və nəcis olan nasibilərin arxasında təqiyyə ilə namaz qılmağı caiz bilirlər.

Xomeyni kitabında Zürarə sənədi ilə Əbu Cəfərdən varid olan hədisi yazır: “Nasibi olanın arxasında qıldığın namazda bir problem yoxdur.O,qiraət etdiyi zaman sən bir şeylər oxuma.Çünki,onun qiraəti səninkinin də yerinə kifayətdir.” (“Rəsail”c.2,səh 198)

Bu rəvayyətin davamında Xomeyni yazır: “Təqiyyə ilə qılınan namazların qəbul edildiyi və səhih olduğunu bildirən sərih və zahir rəvayyətlər də mövcuddur.”
Halbuki,Xomeyni özü “Təhrirul Vəsilə” kitabında (c.1,səh 352) yazır: “Ən düzgün rəyə görə Nasibi birindən alınan qənimət xüms kimi hökmlər baxımından hərb əhli olanlara şamil edilməkdədir. Hətta,harada və necə olmasından asılı olmayaraq,malının alınması caiz və xümsünün ödənilməsi vacibdir.”

Şiə şeyxi Muhəmməd ibn Muhəmməd ibn Sadiq əs Sədr əl Musəvi “Tarihul qeybətil kubra” kitabında bunları yazır:

“Böyük qeybət dövründə təqiyyə əmri: “Bu başqalarında olmayan və sadəcə imamiyyə xəbərlərində varid olan bir məsələdir. Səduq “İkməlut din”-də,Şeyx Hurr Amili “Vəsailuş şia”-da,Təbərsi öz kitablarında İmam Rzadan belə bir hədis nəql etmişlər: “Vərası olmayanın dini,təqiyyəsi olmayanın isə imanı yoxdur.Sizin Allah qatında ən dəyərli olanınız təqiyyə ilə ən çox əməl edəndir.Qaim zühur etməmişdən əvvəl kim təqiyyəni tərk edərsə o bizdən deyil.” (“Məktəbul əlfəyn” səh 362,hic.1403, Kuveyt)
Gözlədikləri Mehdi gələnə qədər bizə qarşı gizlədiklərinin əksini izhar etməyə nə qədər önəm verdiyinə diqqət et!

Alim və hüccətləri sayılan Muhəmməd Təqi əl Musəvi əl İsfəhani “Vəzifətul ənam fi zəmani qeybətul İmam” adlı əsərində yazır: “Düşmənlərə yəni-Əhli Sünnətə qarşı təqiyyəyə bağlı qalmaq.Vacib olan təqiyyənin mənası budur: “Həyatına,malına vəya sahib olduğu mövqeyə mümkün zərər ehtimallarına qarşı əqidəni gizlətmək.Həmçinin, bununla yanaşı zərurət olduqda dili ilə etiqadının əksini söyləmək. Beləliklə səhih əqidəni qəlbində gizlədərək canını və malını qorumaq.” (“Darul Kari”səh 43, Beyrut 1987)

Eyni kitabda bir səhifə sonra yazır: “Təqiyyənin vacib olduğu haqqında çoxsaylı xəbərlər mövcuddur. Vacib olan təqiyyəyə nümunə olaraq imam Əlidən varid olan hədisdir.Bu hədisdə üç dəfə təqiyyənin tərk edilməməsi israrla qeyd edilmişdir.Çünki,belə bir əməl zillət səbəbi ola bilər.”
Bu şiə alimlərin nəzərində olan təqiyyədir.Ona görə də şiəliyin dürüstlük və vəfakarlıq kimi xüsusiyyətlərə sahib olduğunu demək çətindir.Çünki,bu əqidə onları sünnilərə qarşı gözəl görsənmə və onlarla bərabərmiş kimi görsənməyə sövq edir.Beləliklə də bizim saf qəlbli insanlarımız şiələrin bizdən çox da fərqli olmadığını güman edir.
Müəllif yenə həmin səhifədə (səh 44) imam Əlidən hədis nəql edir: “Qövmümün qəlbləri ixtilaf içində olduğu halda məscidlərin çoxluğu sizləri aldatmasın.....” Ey Möminlərin Əmiri! O dövrdə yaşamaq necə olacaq?” soruşdular. İmam: “Zahirdə onlarla qarışın.Amma,batində onlara müxalif olun....”

Bu rəvayyətin davamında müəllif yazır: “Bu mövzuda çox saylı xəbərlər mövcuddur.Bunlardan bir qismini “Mikyalul Məkarizm”-də qeyd etmişəm.”


Fəqih və müctəhidlərin şeyxi ləqəbi verdikləri Murtəza əl Ənsari kitabında bunları yazır: “İlkin olaraq təqiyyənin müxaliflərin məzhəbinə qarşı olması şərti labuddür.Çünki,bu ibadətlərdə təqiyyənin izn verilməsi haqqında varid olan xəbərlərdən məlumdur.Ağla ilk gələn də kafirlərə və şiələrin zalimlərinə qarşı deyil,təqiyyənin müxaliflərin məzhəbinə qarşı olmasıdır.” (“Risalətul Təqiyyə” səh 53,“Darul Hadi” Beyrut,1992)
Deməli,təqiyyə kafirlərə,zalımlara qarşı deyil,sünnilərə tətbiq edilir.
Ayətullah uzma olan Əbul Qasim əl Xoyi yazır: “Təqiyyə baradə olan hədislərə görə bu şiələrin müxaliflərdən gizlənmələri,şiə rafizi məzhəbinə mənsub olmaları ilə məşhur olmamağı və əlverişli mövqe tutaraq müxalifləri idarə etmək məqsədi ilə icazəli olmuşdur.Misal olaraq,sözü gedən adam özünü Hənbəli kimi Hənəfilərin vəya Hənəfi kimi Hənbəlilərin yanında göstərir.Nəticədə o əqidəsini gizlədəcək və şiə-rafizi olaraq qəbul edilməyəcəkdir.Beləliklə, müxaliflərə qarşı xoş görünmə və onları əla alma adı ilə davranacaqdır.Buradakı sirr belədir: Vacib olan,avama qarşı təqiyyə etmək,onlara xoş görünüb “məsləhəti idari” hərəkət etməkdir.Keçən dəlillərin heç birində müxaliflərin müxtəlif siniflərinə tabe olmanın vacibliyi varid olmamışdır.Məzhəbindən ötrü özünə təqiyyə edilən kimsəyə tabe olmağın vacib olması baradə heç bir dəlil varid olmamışdır.Zəruri olan davranış avama qarşı “məsləhəti idari” davranmaq,onlara xoş görsənmək və onların yanında şiə mənsubiyyətini gizlətməkdir.Yəni,Hənəfilərə qarşı təqiyyə edən bir şəxsin Hənbəli,Maliki vəya Şafiilərə görə əməl etməsi caizdir.Bu baradə heç bir müşkülat yoxdur” (“Tənqih şərhul urvatul vuska” c.4,səh 332; Sədr mətbəəsi,Qum h.1410)
Onlar bu məşhur taktikadan məharətlə istifadə edirlər. Şeyx Bəhai kimi tanınan Muhəmməd ibn Əli Hüseyn ibn Əbdussəməd deyir: “Mən Şamda Şafii olaraq görsənirdim.” Bunu Muhəmməd əl Əştəxardi “Əcvadul munzərat” kitabında yazır. (səh 188 “Darus saqaleyn” Livan 1416,1-ci nəşr)
Nəzərdən qaçmamalıdır ki,həqiqi əqidə və mənhəci bilməyən hər azmış biri propaqanda nəticəsində şiəliyi qəbul edərkən,özünün guya öncələri sünni vəya “vəhhabi” olduğunu iddia edir. Bu üsul da onların əsas taktikalarındandır. Onlar üçün sünnilərə yalan danışmaq,adi bir şeydir.Axı,onların alimləri belə yalan danışmağı onlara caiz görmüşlər.Ayətullah Əbul Qasim əl Xoyinin rəsmi saytından sula-cavab şəklində olan sitatı təqdim etmək istərdik.
Sual: “Bidət əhli vəya zəlalətə dəvət edən bir adama cavab verərkən yalan demək olarmı,o məqsədlə ki,bu yalanla onun dəlili və arqumentləri təkzib olunur.”

Cavab:Əgər bu cavab onu zəlalətdən qoruyacaqsa onda olar.” http://arabic.al-khoei.org/falea.htm


Müsəlmanları haqq yoldan sapdırmaq üçün onlar istənilən hiyləyə əl atmağa hazırdırlar.Onlar müsəlmanlardan izzətli səhabələr haqqında əqidələrini gizlədərək,ağzı köpüklü halda müsəlmanlarla vəhdət olmağın zərurətindən danışırlar.Bu birinci mərhələdir. Sonra ehtiyyatla heç də bütün səhabələrin yaxşı olmamasına ehyam vurulur.Daha sonra onların etdiyi və onların adından uydurulmuş yalanlarla dolu səhvlərə və günahlara işarə edilir. Bir də ayılıb,görürsən ki,sən artıq onlarla matəmdə oturub,yalançı göz yaşları tökürsən.
Əbul Qasim əl Xoyi yazır: “Ərafatda Zilhiccə ayının səkkizinci günü vəqfədə olmaq da yenə bu qəbildəndir.Çünki,imamlar həyatlarının böyük bir hissəsini Həcc edərdilər.İmamların əshabı və tərəfdarları isə avamla birlikdə Həcc edərdilər.” (“Tənqih şərhul urvatul vuska” c.4,səh 292)

Sünnilər haqqında bəzən “avam” bəzən də “müxaliflər” ifadəsi sərf etdiyinə diqqət edin!


Xoyi daha sonra yazır: “Daha xüsusi mənası ilə təqiyyənin avama qarşı edilən növünü qəsd edirəm.Bu təqiyyə əslində vacibdir.Bu zəruriyyət isə bu yöndə olan çox saylı xəbərlərin mütəvatirlik səviyyəsinə gəlib çıxmasından qaynaqlanır.” (eyni yerdə, səh 254)
Xoyi etiraf edir ki,avama yəni,Əhli Sünnətə qarşı təqiyyə etmək vacib və mütəvatir hökmündədir.
Xoyi bu kitabın 255-ci səhifəsində yazır: “Bu xəbərlərin birində "Təqiyyə mənim və ata-babamın dinindəndir, təqiyyəsi olmayanın dini yoxdur" ifadəsi mövcuddur.Vacibə dəlalət etmə baxımından hansı ifadə bundan daha güclü ola bilər? Elə ilk başdan təqiyyəsi olmayanın dini olmayacağı bildirilir.Buradan da şəri mənada təqiyyənin əhəmiyyəti və onu tərk edənin dininin olmayacağı israrla bildirilməkdədir.Digər bir xəbərdə isə “Təqiyyəsi olmayanın imanı yoxdur” ifadəsi keçir.Bu da məna və dəlalət baxımından əvvəlki hədisi təsdiqləyir. Üçüncü hədisdə isə “Əgər desən ki,təqiyyəni tərk edən namazı tərk edən kimidir haqqlı olarsan” ifadəsi keçməkdədir.Bu xəbər də vacibliyə dəlalət edir.Çünki,namaz hədislərdə bildirildiyi kimi küfr ilə imanı ayıran bir əməldir.Təqiyyə də namaz misalında gətirilmişdir.Bu da təqiyyənin iman ilə küfr arasında bir pərdə olduğuna işarədir.Dördüncü xəbərdə “Təqiyyəni şüar və amal etməyən kimsə bizdən deyildir.” deyilmişdir.Başqa xəbərdə “təqiyyəni tərk edən kimsə şiələrin sirrini ifşa edərək,onları düşmənə satan kimi vəsf edilmişdir” deyilir.Bundan başqa daha çox rəvayyətlər də mövcuddur.Nəticə olaraq təqiyyə əslə görə vacib hökmü daşıyır.”
Xoyinin nəzərində vacib olan xüsusi mənada sünnilərə qarşı edilən təqiyyədir.Kitabının 254-cü səhifəsində Xoyi yazır: “Ən yaxşı mənası ilə təqiyyə əslində cəlb etmə və xoş görünmə hökmü daşımaqdadır.”
Xoyi başqa kitabında da ona verilən bir suala belə cavab vermişdir: “Zərər ehtimalı olan şəraitdə təqiyyə vacibdir.Onlarla (Əhli Sünnə) birlikdə namaz qılmaq isə zərər ehtimalı olmamaqla bərabər müstəhəbdir.” (“Siratun necat fi əcvibətil istiftat” c.2,səh 79,Kuveyt,1996-cı il)
Xoyi açıq şəkildə zərər ehtimalı olmadığı hallarda da təqiyyə etməyi cazi hesab edir.

Ayətullah Kazım əl Hairi ona verilən bir suala kitabında belə cavab verir: “Siə bir şəxs sünnilərlə şiələrə qarşı pis təəsürat yaratmayacaq şəkildə davranmalıdır.”

(“Fətavəl muntəhabə” 1/150,Kuveyt)

Şiələr təqiyyəni nə zaman tərk edirlər?
Müsəlman qardaşım! Şiələr gözlədikləri imamın zühuruna qədər təqiyyəyə bağlıdırlar.

Şiə müfəssiri Əyyaşi “Təfsir”in (2/351)-də,Hurr Amili “Vəsailuş şia”(11/467)-da,Abdullah Şübbar “Usulul asilə” (səh 321)-də Cəfər Sadiqin Kəf 98-ci ayənin təfsirində belə buyurduğunu nəql edirlər: “Kəşf anında o təqiyyəni götürər və Allahın düşmənlərindən intiqam alar.”


Allah düşmənlərindən qəsd olunanlar sünnilərdir.Çünki,şiələr təqiyyə ilə onlara qarşı müamilə edirlər.Kəşf sözündən qəsd olunan isə imamın meydana çıxmasıdır.

Kuleyni və Kəşani kitablarında Əbu Abdullahdan belə nəql edirlər: “Ey Hubeyb! Kimin təqiyyəsi varsa Allah onu ucaldar.Kimin də təqiyyəsi yoxsa, Allah onu alçaldar.Şübhəsiz ki,insanlar bir sükunət halında yaşayırlar.Əgər o olarsa bu biri də olacaqdır.” (Kuleyni “Kafi”c.2,səh 217; Feyz Kəşani “Vafi” c.3,səh 122)

Seyyid Əli Əkbər Qıfari “Kafi” kitabında bu hədisin şərhində yazır: “Əgər o olarsa,yəni Mehdi zühurunu etsəydi bu da olurdu,yəni təqiyyə tərk edilərdi.”
Hurr Amili Həsən ibn Harunun Əbu Abdullahdan belə rəvayyət etdiyini nəql edir: “Əbu Abdullahın yanında oturmuşdum.Mualla ibn Huneys ona Qaimin imam Əlinin yolu ilə hərəkət edib-etməyəcəyi baradə sual ünvanladı. İmam dedi: “Bəli,imam Əlinin yolu nemət və ehsanla dolu idi.Çünki,şiələrinin onlara qarşı qələbə qazanacağını bilirdi.Qaim isə onlar arasında qılınc və əsarətə almaq surəti ilə hərəkət edəcəkdir.Çünki,o da özündən sonra şiələrin onlara qarşı qələbə qazana bilməyəcəyini bilir.” (“Vəsailuş şia” 11/57)
Muhəmməd ibn Muhəmməd ibn Sadiq əs Sədr əl Musəvi kitabında Əbu Cəfərdən bu rəvayyəti nəql edir: “İnsanlar sükunət içərsində olduğu müddətcə biz onlarla nigah bağlayar,onlardan miras aparar,həddləri yerinə yetirib,əmanətlərinə riayyət edərik.Bu Qaimlə bərabər müzayilənin gəlməsinə qədər davam edər.”

Sədr Musəvi müzayilənin mənasını belə izah edir: “Bu haqq əhlinin batil əhlindən ayrılmasıdır.” (“Tarihu mə bəduz-zuhur”səh 726,Beyrut)


Ayətullah Seyyid İbrahim əz Zincani kitabında imam Əlinin belə dediyini nəql edir: “Onların fəqihləri öz istəklərinə görə fətva verir,qaziləri bilmədikləri şeyləri danışır və çoxu da yalançı şahidlik edirlər.Qaim ortaya çıxanda isə fətva əhlindən intiqam alacaqdır.” (“Hədaiqul uns” səh 104,Beyrut)

Müəllif bu rəvayyətin şərhində eyni səhifədə yazır: “Fəqihlərdən qəsd olunan müxaliflərin fəqihləridir.Çünki,onlar Allahın nazil etdiyinin başqası ilə hökm verirlər.Bunun təsdiqi imam Baqirin sözüdür: “İmam Mehdi zühur etdiyi zaman xüsusi ilə fəqihlərdən başqa ortada bir düşmən qalmayacaqdır.O və qılınc bir-birinin qardaşıdır.Qılınc yəni,onun əlində qüvvə olmasaydı fəqihlər onun öldürülməsi üçün fətva verərdilər.Lakin,Allah onu qılıncla qalib edəcəkdir.”


Kuleyninin tələbəsi olan Əbu Zeynəb Muhəmməd ibn İbrahim ibn Numani imam Baqirdən nəql edir: Əgər insanlar bilsəydilər ki, Qaim (Mehdi) zühur etdikdə nələr törədib neçə-neçə insanları öldürəcək, o zaman onu (Mehdini) görmək istəməzdilər.Mehdi işə Qüreyşdən başlayacaqdır. Qüreyşə qılıncdan başqa bir şey verməyəcəkdir. Beləliklə insanlar deyəcəklər: O (Mehdi) Muhəmmədin ailəsindən deyil. Əgər Muhəmmədin ailəsindən olsaydı o bağışlamağı bacarardı.” (Numani “əl Qeybət”fəsil 13, №18)
Bu rəvayyəti Sadiq əs Sədr “Tarihu mə bəduz-zuhur”(səh 567)-də,şeyx Əli Yəzdi əl Hairi isə “İlzamun nasib fi isbatil huccətul qaib” kitabında (2/283)-də zikr etmişlər.
“İmam dedi: “Rəsulullah (s.a.s) ümməti içərisində bərəkət və mərhəməti ilə hərəkət edirdi.Qaim isə insanlar içərisində öldürmək ilə hərəkət edəcəkdir.Özü ilə bərabər olan kitabda “öldürərək hərəkət etməklə əmr olundum”yazılmışdır.Heç kəsdən də tövbə etməsini istəməyəcəkdir.Ona qarşı gələnlərə vay olsun.” (Numani “əl Qeybət”fəsil 13, №14)
O,yaralıları və qaçanları öldürəcəkdir...” (Numani “əl Qeybət”fəsil 13, №15)

Əbu Abdullahdan rəvayyət edilir: “....Allah hər vadidən külək əsdirər və küləkdən belə nida gələr: “Bu Mehdidir! Heç bir dəlil istəmədən Davudun hökmü ilə hökm edər.” (Numani “əl Qeybət”fəsil 13, №26)

Şiələr imamın zühurundan sonra dünyanın sahibi və ağaları olacaqlar.” (“Mizanul hikmət” №581, səh 87)
Numani “əl Qeybət” adlı əsərində (səh 231) və “Tarihu mə badəz zuhur” kitablarında (səh 566) Zurarənin imam Baqirdən belə bir rəvayyət nəql etdiyi yazılır: “Ona dedim ki,salehlərdən bir saleh.Mənə onun adını söylə.Bununla Qaim (Mehdi)-i nəzərdə tuturdum.İmam dedi: “Adı mənim adımdandır.”


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin