Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


 Peşə-sənət leksikasının inkişafında d



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə31/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   27   28   29   30   31   32   33   34   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

1.3. Peşə-sənət leksikasının inkişafında d
ialekt sözlərinin rolu
 
 
Xalqın məfkurəsi, elin yaddaşı elə bir xəzinədir ki, onu 
araşdırdıqca istədiyin qədər dəyərli, zəngin irs tapa bilirsən. 
Cəmiyyətin inkişafı və müəyyən sosial qrupların formalaşması 
nəticəsində peşə və sənət leksikası yaranmışdır. Peşə-sənət 
sözləri qədim tarixə malikdirlər və məhz bu səbəbdən dilin 
tarixi inkişafı bu sözlərdə daha aydın nəzərə çarpır. Görünür, 
bu səbəbdəndir ki, peşə-sənət sözləri leksikasında dialekt 
sözlərə daha çox rast gəlinir.
Xalq təbabəti və tibb sahəsinin formalaşmasında da dialekt 
sözlərin terminləşməsi prosesi diqqəti cəlb edir. Xalq təbabəti, 
tibb bütün xalqlarda olduğu kimi Azərbaycan xalqının da 
həyatında qədim dövrlərdən mövcuddur. Coğrafi mövqeyinə 
görə Azərbaycan çox mühüm bir strateji ərazidə yerləşir. Bu 
isə öz növbəsində Azərbaycanda təbabətin inkişafına öz təsirini 
göstərməyə bilməzdi. Buna görə də başqa elm sahələrinə 
nisbətən xalq təbabəti tibb terminlərinin işlənməsinin tarixi 
daha qədimdir. Çünki xalq təbabəti terminləri bir çox hallarda 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
65 
dilin öz daxili imkanları hesabına yaranır və onların 
formalaşmasında dialekt və şivələr məhsuldar bir mənbə kimi 
istifadə olunur. İlk dəfə olaraq A.Cəfərova “Azərbaycan xalq 
təbabəti terminləri” adlı tədqiqat işində xalq təbabəti ilə elmi 
təbabət terminlərinin qarşılıqlı əlaqəsinin aydınlaşdırılmasına 
xüsusi fikir vermişdir. Bu zaman hər iki laya məxsus 
terminlərin bir-birindən fərqli və oxşar cəhətlərinin müəy-
yənləşdirilməsi, elmi təbabət sistemində xalq təbabəti 
terminologiyasının rolunun aşkara çıxarılması, nəhayət, elmi 
təbabətdə hazırda işlədilən bir sıra qəliz, Azərbaycan dilinin 
qayda-qanunları ilə səslənməyən terminlərin xalq təbabəti 
terminləri ilə əvəz olunması yollarının konkret faktlarla 
göstərilməsi də ön plana çəkilmişdir [18]. 
Xəstəlik adı bildirən terminlərin çox qismi dialekt sözləri 
hesabına yaranıb. A.Cəfərova yazır: “Xalq təbabəti 
terminlərinin bu növü işlənmə dairəsinə görə iki cəhətdən 
diqqəti cəlb edir: onların bir qismi yalnız xalq təbabətində 
işlənir və bu sözlərdən müasir dialekt və şivələrimizdə fəal 
şəkildə istifadə olunur” [18,s.25]. Bu baxımdan, xalq tə-
babətində işlənmə dairəsi geniş olan terminlərdən biri olan 
ağırrıx sözünün semantik tutumu maraqlıdır. Bu söz Qərb 
dialektində göz xəstəliyinin adıdır və tibbdə “göz xəstəliyi” 
kimi qeyd olunur [151,1s.5], [176,s.35]. “Türk dillərinin 
etimoloji lüğəti”ndə sözün “xəstə, sağlam olmayan”, 
V.V.Radlovun “Türk ləhcələrinin sözlüyü”ndə isə Azərbaycan 
bölgələrində işlək olan “ağırlıq, çəki”, “yorğunluq” mənaları 
diqqət çəkir [223,s.87], [220,I,161]. Semantik baxımdan sözün 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
66 
hələ qədim zamanlarda xalq dilində “xəstəlik” anlamında işlək 
olması faktı ortaya çıxır: 
Ağırlığım-uğurluğum odlara, 
Yazda mənlə hoppanmayan yadlara. 
Göründüyü kimi, ağırrıx sözü ilkin mənasını qorumaqla 
müasir dildə elmi terminoloji leksikada yer almışdır. Yaxud, 
ala sözü Bakı zonasında “xəstəlik nəticəsində üzdə əmələ gələn 
ağ ləkə” mənasında rast gəlinir [150,s.18]. Eyni söz “dəri 
xəstəliyi” mənasında tibbi termin kimi işləkdir [175,s.43], 
[187,s.15]. Bu sözün maraqlı semantik tutumu var və bunu 
A.Cəfərova belə izah edir: “Ala sözü ilkin semantikasına görə 
“rəngbərəng”, “qarışıq rəngli”, “alaca”, “ala-bula”, “əlvan” 
mənalarını bildirir. Azərbaycan dilində bu məna ilə əlaqədar 
“alabəzək”, “alagəz”, “alaqanad” kimi ifadələr formalaşmışdır” 
[18,s.47]. Sözün semantikasının müxtəlif istiqamətlər üzrə 
inkişaf etməsinə baxmayaraq, terminoloji leksikada məhz dia-
lektdə işlənən mənası xüsusiləşmişdir. 
Xalq təbabətində xəstəlik adı bildirən terminlər haqqında 
A.Cəfərova yazır: “Bu sözlərin bəzisini müxtəlif əlyazmalarda-
tibbə aid yazılmış tarixi sənədlərdə və klassiklərin əsərlərində 
müşahidə etmək olur” [18,s.20]. Müxtəlif dialektlərdə işlənən 
bu tip xəstəlik adı bildirən sözlərə aid xeyli sayda nümunə var, 
məsələn: sil sözü Qubada “yulaf”, Salyanda “balıq tutmaq üçün 
alət”, Zərdabda “vərəm” mənalarında işlənir. Tibb sahəsində 
terminləşmiş bu dialekt sözün yalnız “vərəm” mənası 
xüsusiləşərək terminləşmişdir [150,s.436], [187,s.185]. İnağ 
sözü İmişli, Lənkəranda “xəstəlik adı” deməkdir. Eyni anlamda 
sözə “Kliniki terminlər lüğəti”ndə də rast gəlmək mümkündür 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin