Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə30/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   26   27   28   29   30   31   32   33   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
63 
[65,s.544,I,221-1,249-10]. Eyni mənada sözə atalar sözlərində 
də rast gəlmək mümkündür: Tikan əkən gül götürməz; Tikan 
olub ayağa batınca gül ol yaxaya sancıl. Göründüyü kimi, 
tikan sözü qədim türk sözüdür və ilkin mənasına oxşar mənada, 
yəni funksiyasına və zahiri oxşarlıq əlamətlərinə əsasən 
zoologiya sahəsində xüsusiləşmişdir. Yaxud, sığır sözü 
“maral” deməkdir [196,s.204]. Dialektoloji lüğətdə bu söz 
Ağdam, Cəbrayıl, Göyçay, İsmayıllı, Qafan, Qax, Şuşa 
bölgələrində “inək”, Qax və Şəkidə isə “naxır” mənasında 
işləkdir [150,s.432]. “Azərbaycan dilinin izahlı lüğəti”ndə isə 
söz “qaramal” və zoologiya termini kimi “belşəkilli buynuzları 
olan maral fəsiləsindən iri kövşəyən məməli heyvan” kimi 
qeyd olunur [162,s.102]. Külmə//taran balıq cinsi bildirir 
[196,s.402]. Lənkəran və Masallıda bu söz “balıq növü”, 
Təbrizdə isə “yaş baramanı qurutmaq üçün çən” mənasında 
işləkdir [150,s.266]. “Azərbaycan dilinin izahlı lüğəti”ndə 
külmə sözü zoologiya sahəsində termin kimi “siyənək 
fəsiləsindən yeyilən balıq”, məhəlli sözü kimi isə “yaş 
baramaları qurutmaq üçün çən” mənalarında qeyd olunur 
[153,s.778]. Külmə sözünün dialektlərdə işlənən mənası 
omonimdir. Bu sözün yalnız birinci mənası elmi sahədə 
terminləşmişdir. 
Nümunələrdən də aydın olur ki, dialekt sözləri hesabına 
terminologiyanın zənginləşməsi prosesi müxtəlif istiqamətlər 
üzrə baş verir. Belə ki, bəzi dialekt sözləri əvvəlki mənasını 
dəyişmədən, digərləri isə qismən dəyişərək xüsusiləşmişdir. 
Yuxarıda qeyd olunan dialekt sözləri müxtəlif sahələrdə termin 
kimi işlənirlər. Hər dialekt sözü termin ola bilməz. İşlənmə 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
64 
dairəsi geniş olan, əksər əhali tərəfindən başa düşülən dialekt 
sözləri inkişaf edərək elmi lüğətlərdə öz əksini tapır, elmi 
məfhumu ifadə edir və termin kimi qəbul edilir. Demək, yeni-
yeni anlayışlar meydana gəlib inkişaf etdikcə mövcud ter-
minologiyada da dəyişikliklərin olması təbiidir. Sözün ümumi 
mənası hamıya aydın olub işlənildiyi halda, sözün terminoloji 
mənasının əhatə dairəsi məhduddur. Məhz bu səbəbdən termin 
və ya terminə çevrilən sözlərin dəqiq, əlverişli və anlaşılan 
olması əsas şərtlərdən hesab olunur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin