Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
80
“yabanı boyaq bitkisi” [150, s.449]
, boruğ Cənubi
Azərbaycanda “boyaq almaq üçün işlədilən yabanı bitki”
[150,s.61],
bəlgə Zəngilanda “boyaqçılıqda
istifadə olunan
bitki” [150,s.50],
sarağan Balakəndə “bitki adı” [150,s.420],
mar “Çənbərəkdə ip boyamaq üçün xüsusi hazırlanmış maye
adı” bildirən sözləri misal göstərmək olar [150,s.345].
Azərbaycanda dulusçuluğun qədim tarixə malik olması və
yüksək səviyyədə inkişafı öz növbəsində bu sənət sahəsi ilə
bağlı leksikanın formalaşmasını və inkişafını şərtləndirmişdir.
Azərbaycan dilinin tarixi leksikasının araşdırılması baxımından
dulusçuluq leksikasının tədqiqata cəlb olunmasının xüsusi
əhəmiyyəti vardır. Belə ki, burada əsrlər boyu dildə işlənmiş və
günümüzə qədər gəlib çatmış xeyli sayda söz vardır, məsələn:
karkar Qaxda “dəyirmanın çaxçaxı” [150,s.243],
satıl
Ağcabədi, Ağdam, Ağdərə, Basarkeçər, Bərdə, Cəbrayıl,
Gəncə,
Xocavənd, Qafan, Qazax, Laçın, Şəki, Zəngilanda
“kəsərti alətlərini itiləmək üçün polad alət” [150,s.421],
qələm
Culfada “daşyonan alət” [150,s.291]; “qağala” Şəkidə balaca
“saxsı qab” və s. [150,s.301].
Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınır.
Azərbaycanda
ipəkçilik həm qədim vaxtlarda, həm də müasir
dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Azər-
baycanın təbii şəraiti onu dünyanın ipəkçilik mərkəzlərindən
birinə çevirmişdir.
Bu səbəbdəndir ki, bu peşə müasir dövrdə
də inkişaf edir və məhsulları xarici ölkələrdə yayılır. Xüsusilə,
son illər Azərbaycan ipəyinə, kəlağayısına
maraq və önəm
daha da artmış, ölkəni xaricdə təmsil edən əsas atributlar
sırasında yer almışdır. İpək parça istehsalı ilə bağlı dialektlərdə