Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə41/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   37   38   39   40   41   42   43   44   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
85 
təsərrüfatı, əkinçilik, meyvəçilik, balıqçılıq, ipəkçilik və digər 
sahələrə aid termin səciyyəli sözlərə rast gəlinir. 
Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını 
şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik 
maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, 
üzümçülük, gülçülük təşkil edir. Burada aqroiqlim şəraiti 
zeytun, zəfəran, püstə, badam, əncir, ağ və qara şanı üzüm 
sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının 
yetişdirilməsinə imkan verir. Bu sahələrlə bağlı xeyli sayda 
növ anlayışı bildirən termin səciyyəli sözlər vardır. Məsələn: 
abasbeyi (Bakı) - üzüm növünün adı [151,s.1], ərkəri (Bakı) - 
tez yetişən üzüm növü [151,s.177], xalbəcər (Bakı) - üzüm 
növü [151,s.235]; xotxoti (Bakı) - üzüm növü [151,s.252]; 
gavangir (Bakı) - üzüm növünün adı [151,s.190] və s. 
Quba-Xaçmaz regionunun iqtisadiyyatının əsasını kənd 
təsərrüfatı təşkil edir. Bu sahə, əsasən, tərəvəz və meyvə 
istehsalı üzrə ixtisaslaşmışdır. Bu sahə üzrə bir sıra termin sə-
ciyyəli sözlərə rast gəlirik. Məsələn: çaxma (Quba) – armud 
növüv [151,s.88]; çərəki (Quba) - payız armudu [151,s.100], 
alabəhli (Qəbələ, Quba) albalı [151,s.8], küzrü (Quba) - xırda 
balıq [151,s.298] və s. 
Şirvan torpağı tarixən sənətkarlıq və toxuculuq mərkəzi 
olmuşdur. Basqal kəndi isə xalq içində öz kəlağayısı ilə 
məşhurdur. Şamaxı şəhərində də ipək kəlağayı emalatxanaları 
fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi 
sənətkarlıq növüdür. Bu səbəbdən, ərazidə işlək olan termin 
səciyyəli sözlərin əksəriyyəti bu sahə ilə bağlıdır, məsələn: 
dürgə (Şamaxı) - kəlağayı topası [151,s.159], lipirtin 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
86 
(Kürdəmir) - ipək parça növü [151,s.368], humay (Göyçay)- ağ 
çit, humayın ağı [151,s.231] və s. 
Lənkəranda kənd təsərrüfatının strukturunda faraş 
tərəvəzçilik, balıqçılıq, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük 
təşkil edir. Azərbaycanda istehsal olunan çayın 99%-ə qədəri, 
tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu iqtisadi rayonun 
payına düşür. Lənkəranda rast gəlinən termin səciyyəli sözlərə 
kosara (Lənkəran) - çəltik topası [151,s.286], külmə 
(Lənkəran, Masallı) - balıq növü [151,s.293], azatmayi 
(Lənkəran)- qızıl balıq növü [151, s.1], sol (Lənkəran)- 
pulcuqlu kiçik balıq növü [150,s.443] və s. kimi sözləri misal 
göstərmək olar. 
Şəki-Zaqatalada yüngül sənayenin əsasını ipəkçilik təşkil 
edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi 
müəssisələri fəaliyyət göstərir. Şəkidə kustar üsulla bəzəkli 
toxumaları olan ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar 
toxunulur. Ərazi üçün səciyyəvi olan termin səciyyəli sözlərə 
alafa (Şəki, Zaqatala) - zərif ipək parça [151,s.10]; çöpix 
(Şəki) - yorğan-döşəyin içərisində işlənib xarab olmuş yun 
[151,s.110], dünya (Şəki) -kiçik ipək bağlaması [151,s.158], 
dümarrə (Oğuz) - ipək qarışıq parçadan hazırlanmış böyük 
yaylıq [151,s.157]; dümbüz (Oğuz) - ipək parçadan qadın 
yaylığı [151,s.158] və s kimi ifadələr misal ola bilər. 
Gəncə-Qazax ərazisində kənd təsərrüfatının əsas 
ixtisaslaşma sahələri kartofun becərilməsi, üzümçülük və 
taxılçılıqdır. Pambıq yalnız Goranboy rayonunda əkilir. Qazax 
və Ağstafa, Şəmkir və Samux rayonları üzüm istehsalı üzrə, 
Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin