Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
89
II FƏSİL
TERMİNOLOJİ LEKSİKANIN İNKİŞAFINDA
ÜMUMİŞLƏK SÖZLƏR
2.1. Ümumişlək semantika əsasında terminləşmə prosesi
Dil və təfəkkür qarşılıqlı əlaqədədir. Biz dildə mövcud
olan söz və ifadələri öz fikirlərimizə, düşüncələrimizə uyğun
olaraq istifadə etməklə qarşı tərəflə ünsiyyət qururuq. Söz
sadəcə səslərdən, müəyyən fonetik quruluşdan ibarət məfhum
deyildir. Özündə müəyyən şüur aktını cəmləşdirən səs
kompleksinə malik dil faktıdır. Təfəkkür inkişaf etdikcə
yeniliklər baş verir. Bu yeniliklərin nəticəsi olaraq yeni anlayış,
məfhum və bunun müqabilində yeni sözlər yaranır. Sözün bir
neçə məna kəsb etməsi sayəsində konkret mənalar müstəqil
sözlərlə ifadə olunur. Dildə mövcud olan sözlərin yeni məna
ifadə etmə hadisəsi semantik derivasiya adlanır. Sözün yeni
məna ifadə etməsi onun əşya, anlayış arasında mövcud olan
assosiativ əlaqələri əsasında baş verir. Beləliklə, yeni
terminlərin formalaşmasında dilin daxili imkanları hesabına
yaranan terminlər də üstünlük təşkil edir. Milli dil əsasında
termin yaradıcılığı daim aktual məsələlərdən biri olub. Çünki
ana dilinin saflığı, xəlqiliyi əsas prinsip hesab edilməli və onun
həlledici rolu nəzərə alınmalıdır. M.Qasımov yazır: “Elm və
texnikanın müxtəlif sahələrində meydana gələn yeni
anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana
dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından
səmərəli istifadə etmək lazımdır. Ana dilinin lüğət tərkibi
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
90
əsasında termin yaratmaq üçün yalnız mövcud söz yaradıcılığı
modellərindən istifadə etmək kifayətdir” [48,s.8].
Müasir Azərbaycan dilinin terminoloji leksikasında
terminlərin ümumişlək sözlər hesabına formalaşma prosesinə
müxtəlif elm sahələrində rast gəlinir: informatika sahəsində-
cavab, daxiletmə, xidmət, imkan, ünvan, axın, yığın, bənzətmə,
böcək; logistika sahəsində-yığma, tələb, növbə, qutu, qalıq,
azalma, tullantı, tutqac; iqtisadi sahədə-enmə, gəlir, bölmə,
məhsul, ödəmə, izləmə, işəsalma; tibb sahəsində- ağızcıq, baş-
cıq, bığcıq, boğulma, cücərmə, çürümə; politologiya sahəsində-
birlik, seçki, seçici, işğal; texnika sahəsində-rəqqas, yeyilmə,
üfürmə, tərəzi, tüstü; nəqliyyat sahəsində- açar, damcı, dilçə,
səpinti, sıçrayış və s.
Dilin daxili imkanları əsasında termin yaradıcılığı
prosesində ümumişlək sözlərin terminləşərək yeni mənalar
ifadə etməsi daha çox rast gəlinən hadisədir. Bütün yeni
mənalar yeni anlayış və məfhumların adlandırılması məqsədilə
meydana çıxmışlar. Sözün məna yükünün artması milli dilin
lüğət tərkibinin kəmiyyətcə artmasının qarşısını alır, beləliklə
də eyni leksik vahidin müxtəlif anlayışları ifadə etməsinə
imkan yaradır. Bu hal ümumişlək sözün mənasının
genişlənməsi-polisemiya prosesinə bənzəsə də, lakin fərqli
hadisədir. Belə ki, çoxmənalılıq leksik-semantik hadisə hesab
olunur. Eyni zamanda çoxmənalılıq dilin obrazlılığını,
emosionallığını təmin edən əsas məsələlərdən biridir. Əslində,
çoxmənalılıq bir deyil, bir neçə məna çalarını ümumiləşdirən
anlayışlar, ifadələr sisteminin ümumi adıdır. “Sözün mənasının
və ya məna variantının çoxalmasında söz əvvəlki mənasını
|